SUFİMƏSLƏK
SUFLYOR
OBASTAN VİKİ
Sufizm
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.
Azərbaycanda sufizm
Azərbaycanda sufizm, təsəvvüf və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. == Tarixi-mədəni mühit == === Elxanilər və Cəlairilər dövrü === Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir. Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə məhsulları ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir. Zəngilan bölgəsində Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir. Yəhya Elxani dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır. İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (Əhmədiyyə) təriqəti isə monqol şamanizmindən bəhrələnir, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.

Значение слова в других словарях