Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sufizm
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Azərbaycanda sufizm
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir. Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır. Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.
Azərbaycan sufizmi
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. == Tarixi-mədəni mühit == VIII əsrdə müasir İraq ərazisində başlayan hərəkat Qafqaz və Azərbaycan daxil olmaqla bütün İslam dünyasına yayılmışdır. Sufizmin Azərbaycanda yayılması IX–X əsrlərdə başlamışdır. Azərbaycanda sufizmi ilk təbliğ edənlər Əbu Hüseyn Dündəri-Şirazi (X əsr), Hüseyn ibn Yəzdinyar (X əsr), Əbu Həsən, Əbu Zura (1024-cü ildə vəfat edib), Əbu Abbas (XI əsr), Əbu Səid Əbdül-Bakuvi (X–XI əsrlər), qardaş olan Əli ibn Məhəmməd ibn Abdullah Bakuvi (vəfatı 1050–1051) və Hüseyn Şirvani (vəfatı 1074), Əbu Abbas Əhməd və başqaları idi. Bu dövrdə Azərbaycanda sührəvərdiyyə, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik kimi sufi təriqətləri ortaya çıxmış və İslam dünyasına yayılmışdır. Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir. Abaqa xanın oğlu Əhməd Təkudar xan isə türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur.
Sofizm
Sofizm (yun. σόφισμα - söz ustalığı, biclik, müdriklik) — bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlərdir. M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat. Sophistes – müdriklik ustaları) deyirdilər.
Autizm
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Bu əlamətlər autizmi Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırır. == Haqqında == Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən, yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər nəzərlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını hər 1000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər.
Buşizm
Buşizm (Bushism) – ABŞ-nin 43-cü prezidenti Corc U. Buşa məxsus, danışarkən istifadə etdiyi səhv məzmunlu cümlələr nəzərdə tutulur. Bir çox hallarda cəmiyyətdə müəyyən məşhur və söz yükünə sahib şəxslər, əsasən də siyasətçilər öz gözlənilməz açıqlamaları ilə diqqət mərkəzində olurlar. Bu cür ifadələrə bir çox gözlənilməz açıqlamaların sahibi Corc Buşun şərəfinə "buşizm" adı verilib. 1993-cü ildə təsis olunmuş "Foot in Mouth" mükafatı isə həmin gözlənilməz açıqlamalara görə verilir. Corc Buş özü bu mükafata bir neçə dəfə namizəd göstərilsə də yalnız 2008-ci ildə layiq görülüb. Mükafatın son sahibi isə hazırkı ABŞ prezidenti Donald Trampdır. == Buşizmdən məşhur misallar == O da mənim kimi Texasdan olan qızdır. Sizdə də zəncilər var? (Braziliya prezidenti Fernando Kordozo ilə söhbəti zamanı) Siz qaça bilərsiniz, amma gizlənə bilməyəcəksiniz! Bir, iki, üç, dörd, beş, altı, yeddi, beş ...
Kubizm
Kubizm (fr. cubisme) — XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan. XX əsrin əvvəllərindən Fransada real obyektləri həndəsi fiqurlar kimi təsvir etməsi ilə xarakterizə edilir. == Tarixi == Kubizm cərəyanı XX əsrin əvvəllərində meydana çıxmışdır. Kubizm termini Birinci Dünya Müharibəsindən əvvəlki illərdə Parisdə təkmilləşən bir cərayanı göstərmək üçün istifadə olunmuşdur. O dövrdə Avropada formalaşmaqda olan çağdaş incəsənətdə işığın keçici təsirlərini təsvir edən impressionizmin nümayəndələrindən məmnun olmayan gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin ətrafında toplanan çox rəngli rəsmlər çəkən rəssamların da üslubunu bəyənmirdilər. İmpressionizmə hakim olan görmə hissiyatı əvəzinə, kubizm cərəyanının nümayəndələri ağlın üstünlüyünə əsaslanaraq ağlın gücünü ortaya qoymaq istəyirdilər. Onlar rəsm əsərlərini tutarlı bünövrəyə əsaslandırmaq istəyirdilər və bu baxımdan onlar Pol Sezannın layiqli davamçıları idilər. Kubizm cərəyanından olan rəssamlar Pol Sezannın Provans mənzərələri əsərindən, naturmortlarından təsirlənərək kubizmin əsasını qoymuşdular.
Mutizm
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal.
Nudizm
Nudizm - İnsanların çılpaq formada hərəkət etməsi. Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. Almaniyada və digər ölkələrdə xüsusi nudist çimərlikləri, hotellər, kamplar, saunalar və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Ölkələrin mentalitet qaydalarına uyğun olaraq nudizmə münasibət hər bir ölkədə fərqlilik təşkil edir. Almaniyanın çılpaq həqiqəti - nudizm.
Orfizm
Orfizm (yun. Ορφικά) — təxminən miladdan öncə VII – VI yüzilliklərdə Yunanıstanda yaranmış din. Orfizmdə kifayət qədər fəlsəfi görüşlər də olmuşdur. Orfizmin adı mifik igid, musiqiçi və incəsənətin rəmzi olan Orfeus’la (yun. Ὀρφεύς) bağlıdır. Əfsanələrə görə o, çay tanrısı Oyaqros (yun. Οἴαγρος) və Kalliope (yun. Καλλιόπη) adlı muzanın (yun. μοῦσα) oğlu idi. Olimpus dağının yanında bir qəsəbədə yaşayırdı.
Purizm
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyil etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) — sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Sihizm
Siqhizm (pənc. ਸਿੱਖੀ – "şagird") — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ — Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir. Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir.
Turizm
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Rusizm
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
Sinizm
Sinizm və ya kinizm (lat. Cynismus; q.yun. Kυνισμός) — əxlaq normalarına, mədəni dəyərlərə və ədəb ideyalarına açıq olan, onları qətiyyətlə rədd edən və nifrət edən münasibət, ümumi qəbul edilmiş əxlaq normalarına mənfi, nihilist münasibət, hakim ideologiyanın rəsmi doqmaları. Sinizm müəyyən mənəvi dəyərlərə şüurlu və nümayişkaranə etinasızlığı ifadə edən davranışdır. Etik ritualları praktiki problemlərin həllinə müdaxilə edən və ya lazımsız hesab edən, mərhəmət, yazığı gəlmə, utanma, empatiya və s. kimi davranış motivlərini şəxsi maraqlara uyğun olmayan kimi qəbul edən dünyagörüşü . İnanclarda və davranışlarda sinizm şəxsi məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl atmağa hazır olan insanlara (kiniklərə) xasdır. Başqaları tərəfindən kinik kimi qəbul edilən davranış bəzən cəmiyyətin qınağına səbəb olur və münaqişəyə səbəb olan amildir. Sinizm əxlaqi relyativizmdən fərqli olaraq (əxlaqi prinsiplərin nisbiliyinə, onların subyekt və şəraitdən asılılığına münasibət verir) qəsdən aşağılamaya, həm öz motivlərinin, həm də davranış normalarının təfsirində qəsdən sadələşdirməyə münasibət müəyyən edir və digər insanların motivləri, prinsiplərin devalvasiyasına münasibət, “yüksək”, “transpersonal” kimi qəbul edilən bütün sahədir. Vulqar sinizm sosial və mədəni proseslərdən kənar şəxslərə, sosial və mədəni cəhətdən zəif qruplara ən çox xas olan “yüksək”, “prinsipial” kimi çıxış edənlərə istehzalı və ironik münasibətdir .
Ermənistanda turizm
Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞ və İrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var. Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər. == Tarixi == === 2015-ci ildən bəri === 2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır. Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi. === 2000–2015 === 2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı.
Etnik turizm
Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni qorunma strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunur.
Gürcüstanda turizm
Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir. Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür. Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.
Kanadada turizm
Kanadada turizm — Kanada ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər. == Dövlət siyasəti == Kanada bir çox təkrarolunmaz, nadir cəhətlərinə görə beynəlxalq turizm mərkəzi kimi xarici turistləri özünə cəlb edir. Bu ölkədə turizm müasir tələblərə və istehlakçıların ehtiyaclarına cavab verməklə çoxşaxəlidir. Kanadanın turizm sənayesi çevik, çoxpilləli turizm inzibati-idarəçilik sistemi dövlətin əhəmiyyətli maliyyə dəstəyinə arxalanır. Ona görə də ölkə iqtisadiyyatının həm qabaqcıl, həm də yüksək sərmayə tələb edən əsas sahələrindən birinə çevrilmişdir. Məsələn, 1995-ci il Kanadanın turizm sənayesi üçün olduqca uğurlu olmuşdu. Həmin il əhalisi 25 milyon nəfər olan Kanadaya xaricdən 17 milyon qonaq gəlmişdi. Turizm sənayesində 500 min nəfərdən çox insan çalışır. İllik mənfəət 26 milyard $ təşkil edir, büdcəyə ödənilən vergi 450 milyon $ təşkil edir, bundan 250 milyon $ dövlət xəzinədarlığına, 160 milyon $ əyalət büdcələrinə, 40 milyon $ bələdiyyələrə mədaxil olur. Hökumətin turizm sənayesinə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi "Kiçik biznesin inkişafı proqramı" çərçivəsində ölkədə turizmin inkişafına himayəsi dövlətin daima diqqət mərkəzindədir.
Kosmik turizm
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kosovoda turizm
Kosovo Respubliksında turizm — Avropanın cənub-şərqində, Balkan yarımadasında, tarixi Kosovo vilayətində yerləşən, qisməm tanınmış dövlət. Serbiya kostutsiyasına görə Kosovo Respublikası onun tərkibinə daxil olan Kosovo və Mestixiya adlı muxtar vilayətdir. Amma Serbiyanın Kososovada hec bir hakimiyyəti yoxdur. Kosovoya gedən beynəlxalq turistlərin əksəriyyəti Albaniya, Almaniya, İtaliya, ABŞ, Böyük Britaniya, Xorvatiya və Avstriyadan gələnlərdir. Turizm hər il ölkəyə gələnlər hesabına artan bir sektordur. Kosovoda turistik sahədə illiryalılar, dardanilər, romalılar, bizanslılar, serblər və osmanlılar dönəminə aid tarixi tikililər, alban mətbəxi, dini ənənələr, adətlər və təbiət mənzələrəri kimi üstünlüklərə sahibdir. Bölgənin bir çox tarixi tikililəri Kosovo müharibəsi zamanı dağıdılmışdır (1998–1999). "New York Times" 2011-ci ildə Kosovonu ziyarət ediləsi 34 ölkə siyahısına daxil etmişdir. Elə həmin ildəcə Kosovo Skyscanner sistemində dünya turizminin inkişafı ilə əlaqədar 40-cı yerə qədər qalXmışdır. == Statistika == Kosovo Respublikası statistika agentliyi ölkəni ziyatət etmiş turistlərin 2008-cildən siyahısını açıqlamışdır.
Macarıstanda turizm
Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. == Budapeştdə turizm == Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir.
Monteneqroda turizm
Monteneqroda turizm — iqtisadiyyatın sürətlə inkişaf edən aparıcı sektorlarından biridir 2009-cu ildə turizm mənfəəti 2007-ci illə müqayisədə 39% artaraq 480 milyon avroya (2007) qarşı 569 milyon avro (2009) təşkil etmişdir. Adriatik sahili 295 km təşkil edir, bunun 72 kilometri çimərliklərdir. 2012-ci il üçün turistlər arasında ən populyar şəhərlər: Budva (692.000 turist) Herseq Novi (229.000) Bar (156.000) Ulsin (125.000) Kotor (56.000) Podqoritsa (53.000) Kotorun köhnə hissəsi və Durmitor Milli Parkı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Monteneqronun sahil xətti 295 km uzunluqdadır. 73 km çimərliyi vardır. Bu çimərliklərin sayı 120-dən çoxdur. Qumdan tutmuş çınqıllara qədər müxtəlif çimərlik üslubları var. Ulsinin sahil xətti 32 km uzunluqdadır. 10-dan çox çimərliyi var. Ada Boyana çay adasıdır.
Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir. Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər. XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.