Sumağallı
Sumağallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Sumağallı kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Sumağallı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Kənd "Şirinsu-Qız qalası" turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 22-ci km-də, yoldan 1 km kənarda yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu. Kəndin
ərazisindən Göyçay çayi keçir
Əhalisi 858 nəfərdir ki, onun da 427 nəfəri kişi, 431 nəfəri qadındır. Qeyri-rəsmi məlumatlara əsasən Sumağallı kəndi ləzgi və azərbaycanlılardan ibarət qarışıq əhaliyə sahibdir.
Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndin ərazisində yeməkxana ilboyu fəaliyyət göstərir. Kəndə yaxın məsafədə "Maydərsi" adlanan yerdə istirahət mərkəzi tikilmişdir.