Sumağallı

SumağallıAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Sumağallı kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Sumağallı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Sumağallı
40°55′05″ şm. e. 48°02′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 734 nəf.
Xəritəni göstər/gizlə
Sumağallı xəritədə
Sumağallı
Sumağallı

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd "Şirinsu-Qız qalası" turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 22-ci km-də, yoldan 1 km kənarda yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu. Kəndin ərazisindən Göyçay çayi keçir

Əhalisi 858 nəfərdir ki, onun da 427 nəfəri kişi, 431 nəfəri qadındır. Qeyri-rəsmi məlumatlara əsasən Sumağallı kəndi ləzgiazərbaycanlılardan ibarət qarışıq əhaliyə sahibdir.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndin ərazisində yeməkxana ilboyu fəaliyyət göstərir. Kəndə yaxın məsafədə "Maydərsi" adlanan yerdə istirahət mərkəzi tikilmişdir. İstirahət zonasının adı "GreenHouse"dir[3]

Kənddə 1 uşaq bağçası[4] və 1 orta məktəb fəaliyyət göstərir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
  2. SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Lezgi in Azerbaijan Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine
  3. Kəndlərimiz[ölü keçid]
  4. "Sumağallı kəndinin qəzalı uşaq bağçası..." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-26.