SUŞ

(Quba)
göbələk
SUSDƏLMƏĞ
SUŞDU
OBASTAN VİKİ
Devid Suşe
Devid Suşe (ing. Sir David Courtney Suchet; 2 may 1946, Paddinqton, Böyük London) — ingilis teatr və kino aktyoru. Aqata Kristinin əsərlərinin motivləri əsasında çəkilmiş "Aqata Kristinin Puarosu" detektiv teleserialında (1989–2013) canlandırdığı belçikalı detektiv Erkül Puaro rolu ilə məşhurluq qazanmışdır. 1971-ci ildə London Musiqi və Dram Akademiyasını bitirib. Filmdəki ilk rolunu 1980-ci ildə "İki şəhərin hekayələri" filmində oynayıb. 1986-cı ildən teatrda 40-dan çox rol alıb.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Suşehri
Suşehri (türk. Suşehri) — Sivas ilinin ilçəsi.
Suşi
Suşi (yap. 寿司, 鮨, 鮓) — balıqdan hazırlanmış yemək növü. İlk suşi adlı yemək Cənubi Asiyada meydana gəlmişdir. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürürdülər və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyı, mayalanırdı və məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu suşinin adı narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və nəticədə balığın qoxusunu udmağı bacarır.
Suşmita Sen
Suşmita Sen (ing. Sushmita Sen, hind. सुष्मिता सेन, 19 noyabr 1975, Heydәrabad) — hind aktrisası və modeli. 19 noyabr 1975-ci ildə Heydərabadda anadan olmuşdur. 1994-cü ildə dünya gözəli seçilmişdir. Himayəyə iki qız götürüb. Subaydır.