Svop

Swap Faiz dərəcəsi və ya valyuta riskini aradan qaldırmaq üçün iki tərəf müqabili arasında pul axınının mübadiləsi. Misal üçün bir şirkətin xərcləri avro gəlirləri isə ABŞ dolları ilə, digər şirkətin isə xərcləri ABŞ dolları gəlirləri isə avro ilə olduqda bu şirkətlər pul axınlarını mübadilə etməklə özlərini effektiv şəkildə valyuta riskinə qarşı qorumuş olurlar. (valyuta svopları) İki tərəf müqabili sabit və üzən faiz dərəcələrini mübadilə etdikdə isə özlərini faiz dərəcəsi riskinə qarşı qorumuş olurlar. (faiz dərəcəsi svop ları).
Süst (qeyri-fəal) bazar
Şaxələnmə (törəmə şirkət yaratma)
OBASTAN VİKİ
Svop
Svop (ing. swap — dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Faizli svop
Borc-səhm svopu
Kreditin defolt svopu
Kreditin defolt svopu (ing. credit default swap, CDS) — kredit riskindən sığortalanmaq üçün alınmış maliyyə svopu (qarşı tərəfin maliyyə öhdəliklərini yerinə yetirməməsi), baxmayaraq ki, alıcı kredit riskini daşıya bilməz və ya dolayı yolla. Svop alıcısı müəyyən kredit hadisəsi baş verdikdə, svop alıcının kreditini üçüncü tərəfə, Referans Müəssisə ödəməyə razı olan CDS satıcısına birdəfəlik və ya təkrarlanan mükafat ödəyir. Hadisənin baş verməsi əsas borcalan tərəfindən kreditin ödənilməsinin mümkünsüzlüyünü göstərir. Belə bir hadisə məcburi restrukturizasiya, ödənişlərə moratorium, iflas və s. ola bilər. Svopun alıcısı kredit riskindən müdafiə alır. Defolt halında, svopun alıcısı əsas borcalana qarşı tələb hüququnu svop satıcısına keçirir. Belə hüquq borc müqaviləsindən, istiqrazdan, vekseldən və ya digər əməliyyatdan yarana bilər. Bunun müqabilində alıcı borcun nominal məbləğinə bərabər kompensasiya alacaq.

Значение слова в других словарях