Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otello
Otello (ing. The Tragedy of Othello, the Moor of Venice) — Vilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır. Oyun dörd ana xarakter ətrafında dönür: Otello — Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara — irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir. == Personajlar == Otello — Venesiya ordusunda general, baş qəhrəman Desdemona — Otellonun həyat yoldaşı Iago — Otellonun praporşiki Cassio — Otellonun leytenantı Emilia — Iagonun həyat yoldaşı və Desdemonanın qulluqçusu Bianca — Cassionun sevgilisi Brabantio — Venesiyalı senator və Desdemonanın atası Roderigo — saf venesiyalı, Desdemonaya aşiq Venesiya baş naziri Gratiano — Brabantionun qardaşı Lodovico — Brabantionun qohumu Montano — Otellonun Kirpdəki Venesiya əsilli sələfi Clown — xidmətçi Senatorlar Dənizçilər Zabitlər, cənablar, carçılar, elçilər, musiqiçilər və başqalarıHadisə Venesiya və Kiprdə baş verir.
Otello (Rossini)
Otello (it. Otello ossia Il moro di Venezia) — Coakkino Rossininin 3 pərdəli Şekspirin eyniadlə pyesi əsasında Françesko Berio di Salsonun yazdığı librettoya bəstələdiyi opera. Faciə janrda olan bu operanın ilk premyerası 4 dekabr, 1816-cı ildə Romada, "Del Fonda" səhnəsində oyananılmışdır. == Yazılma tarixi == 1816-cı ilədək 24 yaşlı Rossini 3 opera: Sevilya bərbəri, Qəzet (La gazzetta) və Otellonu yazmış olur. Neapollu impresario Domeniko Barbaya Rossinini Neapola dəvət edərək ona sifariş verir. Bu dövrdə Rossini iki teatra: San Karlo və Del Fondoya rəhbərlik etməli olur. Domeniko Barbaya Rossinini burada bəstəkar markiz Berio di Salsa ilə tanış edir. Şekspir pərəstişkarı olan Berio onun Otello pyesinə libretto yazmağa qərar verir. Əsərin süjet xəttindən tam fərqlənən librettoya o, ikinci "Venesiyalı mavr" adını verir. Müasiri Rossini tərəddüd etmədən işə başlayır.
Otello (Vaşinqton)
Otello (ing. Othello) — ABŞ-nin Vaşinqton ştatının Adams qraflığında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 7 364 nəfər olmuşdur. Adams qraflığının ən böyük şəhəridir. == Tarixi == 1884-cü ildə iki qardaş olan Ben və Sem Haçinson adlı iki qardaş Krab su axınının kənarında ev tikdilər. Onlardan bir az sonra Tom MakManamon da buraya gəldi. 1901-ci ildə ilk mülk sahibləri meydana gəldi. 1904-cü ildə ilk poçt məntəqəsi quruldu. == Coğrafiyası == Ritsvil 49°49′34″ şm. e.
Otello (dəqiqləşdirmə)
Otello
Otello (opera)
Otello (it. Otello) — İtalyan bəstəkar Cüzeppe Verdinin, Arriqo Boytonun librettosuna bəstələdiyi 4 aktlı opera əsəri. Opera ilk dəfə 5 fevral 1887-ci ildə Milanda, La Skala səhnəsindədə F. Tamano (Otello) və V. Morelyanın (Yaqo) iştirakı ilə oynanılmışdır. === I akt === Kipr əhli tufanda itgin düşmüş canişinin yerinə yeni xələfin gəlməsini səbirsizliklə gözləyirlər. Yeni canişin Otello türk donamasının məhv olma xəbərini verir. Gizir Yaqo Otellonun arvadı Dezdamonaya vurulmuş zadəgan Rodriqo ilə sövdələşirlər. Kassionun rütbəsinin artırılması Yaqonun paxıllığını daha da artırmış olur. Yaqo Kassionu içirdib zabit Montano ilə davaya təhrik edir. Otello Kassionun rütbəsini əlindən alır. Bu zaman Dezdamona gəlir və onlar it.
Otello Qaggi
Otello Qaggi — İtalyan anarxo-sindikalist, mühacir. == Həyatı == 1896-cı il 6 mayda Arezzo şəhərində anadan olan Otello aktivist həyatına 1911-ci ildə Liviyanın işğalına qarşı çıxaraq başlamışdı. 1915-ci ildə 35-ci piyada diviziyasında əsgərliyə göndərilmiş, lakin fərarilik etdiyi üçün həbs olunmuşdu. 1917-ci ildə ordudan qovulmuşdu. 1921-ci ildə mədəndə işləyən fəhlə Aqostino Lonqinin ölümündən sonra başlayan anarxistlərin Kastelnuovo dei Sabioni üsyanında siyasi qətl törətməklə təqsirli bilinərək 30 il həbs cəzası və 165 italyan lirəsi cərimə almışdı. 6 iyun 1921-ci ildə həbsdən qaçmış, bir müddət San Marinoda gizlənmişdi. Ordan da qaçaraq gəmi ilə Odessaya gəlmişdi. Oradan da qızı Lilin ilə Bakıya gəlmişdi. Gəldikdən bir neçə ay sonra, 1922-ci ilin noyabrında Bakıda həbs edilmişdi, dekabr ayında Qafqazdakı SR təşkilatları ilə əlaqədə təqsirli bilinmişdir. 3 il həbs olunmuş və Çelyabinsk həbsxanasına göndərilmişdi.
Otello Qaqqi

Otello qəsri
Otello qəsri (yun. Πύργος του Oθέλλου, türk. Othello Kalesi) və ya Otello qülləsi ― Kiprin Famaqusta şəhərində yerləşən qəsr. 14-cü əsrdə Kipr kralları tərəfindən inşa edilmiş və daha sonra venesiyalılar tərəfindən dəyişdirilmişdir. Qəsrin müasir adı Şekspirin "Otello " pyesi ilə bağlıdır. == Tarix == Otello qəsri XIV əsrdə limanı ehtimal olunan düşmən hücumlarından qorumaq üçün Kipr kralları tərəfindən inşa edilmişdir. Bura həm də Famaqustanın əsas girişi olaraq istifadə edilmişdir. Qəsr əvvəllər "keçilməz qala" adlanırdı, çünki ətrafındakı çox dərin xəndəklər səbəbiylə buraya hücum etmək mümkün deyildi. Kipr Venesiya Respublikasına satıldıqdan sonra qəsrin kvadrat qüllələri daha müasir topçulara uyğun olması üçün dairəvi bürclərlə dəyişdirildi. Bu dəyişikliklərdən sonra qəsrin əsas girişinin üstündə Müqəddəs Mark Aslanı relyefi həkk olundu.
Otello sindromu
Otello sindromu – (Patoloji qısqanclıq) şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması == Haqqında == Otello sindromu yaşayan insanlar özünü və sevdiyini yoracaq bir şəkildə sahiblənərək baş verəcək bədbəxtliklərdən qoruma altına alır. Bu qısqanclıq, yaşanan pis bir hadisə nəticəsində adamın sevdiyi şəxsi sədaqətsizliklə günahlandırması ilə ortaya çıxır. Bu sindromun təməlində özgüvən əskikliyi durduğu iddia edilir. Əgər birinin keçmişində tərkedilmə hadisəsi varsa, bu insanlarda Otello sindromu daha çox görülür. Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə büruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Məhz bu səbəblə kişilərdə daha çox olduğuna dair bir fikir yaranır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Həyat yoldaşını və ya sevgililərini davamlı olaraq izləyib, hər hərəkətlərini araşdırırlar.
Odano Naotake
Odano Naotake (小田野直武, 18 yanvar 1750, Kakunodate[d] – 19 iyun 1780, Kakunodate[d]) – Akita məktəbinin nümayəndəsi olmuş Yaponiya rəssamı və samuray. == Həyatı == 1749-cu ildə Kakunodate qəsəbəsində samuray ailəsində doğulmuşdur. Naotake əvvəlcə rəssamlığın Kano məktəbi üzrə biliklərə yiyələnmişdir. 1773-cü ildə Hiraqa Qennay ilə tanış olmuş, ondan Qərb rəssamlığının nəzəriyyələri və texnikaları haqqında biliklər əldə etmişdir. 1773-cü ilin dekabrında metallurgiya öyrənmək üçün Edo şəhərinə köçmüş və Qennayın evində qalmışdır. Naotake tezliklə rəssam kimi məşhurlaşmış və 1774-cü ildə Suqita Qenpakunun "Yeni anatomiya kitabı" əsərini illüstrasiya etmək üçün seçilmişdir. O, Qennayın "Müxtəlif materialların klassifikasiyası" (1763) adlı əsərini illüstrasiya etmiş rəssam So Şisekidən dərslər alaraq Şen Nanpin üslubunda quş və çiçək rəssamlığını öyrənmişdir.Naotakenin əsərləri çiçəklər, quşlar, heyvanlar, fiqurlar, mənzərələr kimi müxtəlif mövzuları əhatə edir və Qərb dünyasının naturalist texnikaları ilə çəkilmişdir. O, Akita məktəbinin tanınmış nümayəndəsi olmuş, Akita daymyosu Satake Şozana rəssamlığı öyrətmiş və 1778-ci ildə onu Edo şəhərinə dəvət etmişdir. Lakin onun bu əlaqələri Qennayın xoşuna gəlməmişdir. Nəticədə, Naotake rəsmi vəzifəsindən çıxarılmış və bundan qısa müddət sonra ölmüşdür.
İdeal (Muğanna)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir.İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir.Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən. Bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir."12 fevral 2014-cü ildə Kulis.az mədəniyyət portalı azərbaycanlı yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında sorğu keçirib. Sorğuda iştirak edənlərdən "Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı"nı seçmək xahiş edilib.
İdeal (kitab)

İdeal (roman)

İdeal Nərimanov
İdeal Həmid oğlu Nərimanov (1927, Ağdam, Ağdam qəzası – 2006, Bakı) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == İdeal Nərimanov 1927-ci ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbini bitirib, 1944 ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1950-ci ildən ali təhsilinin Leninqrad Universitetində davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra İdeal Nərimanov Azərbaycan Dövlət Tarix Muzeyində işləmiş, 1951-1952 illərdə Mingəçevir kompleks arxeoloji ekspedisiyasının üzvlərindən biri olmuşdur.İdeal Nərimanov 1952-1955 illərdə Moskvada SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasında təhsil almış, 1955-ci ildə "Gəncəçay rayonunun arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əsər 1958 ildə çapdan çıxmışdır. 1982 ildə Tbilisidə "Azərbaycanın ən erkən əkinçi maldar tayfalarının mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.İdeal Nərimanov yazılışı 1966-cı ildə başa çatdırılmış "Azərbaycan arxeologiyası" kitabının aparıcı müəlliflərindən biri olmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin I cildinin əsas müəlliflərindən biri, nəşrə hazırlanan çoxcildlik "Azərbaycan arxeologiyası"nın cildlərindən birinin müəlliflər kollektivinin rəhbəri idi. İdeal Nərimanov Bakıda keçirilən "Beynəlxalq arxeoloji və etnoqrafiq" (2000), "I albanşünaslıq" (2001) konfranslarında məruzə ilə çıxış etmişdir. İdeal Nərimanov 1966-cı ildən ömrünün sonuna kimi Azərbaycanın qədim dövr arxeologiyası şöbəsinə rəhbərlik etmişdir.
İdeal kinoteatrı
İdeal kinoteatrı — Yuxarı Don ərazisində 1911-ci ildə təsis edilmiş. Bu gölgənin iık kinoteayrlsrınfan biri hesab edilir. Bu kinoteatr səssiz kinomatqrafiyaya aiddir. 1920–1930-cu illərdə burada tamaşsların nümayişi baş verirdi. Onlarda şəxsən yazıçı və kinorejisor, Mixail Aleksandr Şoloxov iştirak edirdi. Bu bina M. A. Şoloxov adına Dövlət muzey qoruğu ərazisimə daxildir. Bina Rostov vilsyəti Bokovski rayonu Karqin stanisası əraxisində yerləşir. Ksrqinski kinomatoqrafiyası Don vilsyətində ikinci kinoteatr olmuşfur. Bu adla ilk kinoteatr Rostov-na-Donu şəhərində fəaliyyət göstərmişdir. == Tarixi == Kazak Tikofey İvanoviç Ksrqin 1911-ci ildə Karqin stanisasında "İdeal" kinoteatrını inşa etdirmişdir.
Tom Odell
Tomas Piter Odell (24 noyabr 1990, Çiçester[d]) — ingilis müğənnisi. == Həyatı == Tom Odell 24 noyabr 1990-cı ildə İngiltərədə doğulub. Atası pilot, anası isə ibtidai məktəb müəlliməsi. Böyük bacısı da var. Uşaqlığının bir qismini ailəsi ilə Yeni Zelandiyanın Oklend şəhərində keçirib. == Karyerası == Tom 2012-ci ildə "Songs from Another Love" adlı debüt mini albomunu buraxır. 2013-cü ilin əvvəlində "BRITs Critics' Choice Award" mükafatını qazanır. Odellin debüt studiya albomu olan "Long Way Down" 2013-cü ildə işıq üzü görür. Üç il sonra onun ikinci "Wrong Crowd" adlı albomu çıxır. Daha iki il sonra 2018-ci ildə üçüncü studiya albomu "Jubilee Road" dinləyicilərə təqdim olunur.
Otello (film, 1955)
"Otello" (rus. Отелло) — rejissor Sergey Yutkeviçin 1955-ci ildə çəkidiyi film. == Məzmun == Dezdemona Venesiya taciri olan atası Brabansiodan gizli şəkildə Venesiya generalı mavr Otello ilə nikah bağlayır. Miçman Yaqo Otelloya nifrət edir. Elə buna görə də Yaqo Otellonu inandırmağa çalışır ki, Dezdemona ona xəyanət edir. Namusunun əldən getməsi ilə heç cür barışa bilməyən Otello öz arvadı Dezdemonanı boğub öldürür. Lakin tezliklə hər şey bəlli olur. Otello heç nəyin üstündə sevimli arvadı Dezdemonanı öldürdüyü üçün özünü bağışlamır və xəncərlə intihar edir. == Səhvlər == Film Vilyam Şekspirin "Otello" faciəsi əsasında çəkilmişdir. Filmdə olan səhnələrdən birində gəminin arxa hissəsində Rusiyanın üçrəngli bayrağını görmək mümkündür.
İdeal qaz qanunları
İdeal qaz qanunları — parametrlərdən birinin verilmiş qiymətində qalan iki parametr arasındakı miqdarı asılılığına deyilir. Parametrlərdən birinin qiyməti dəyişməz qalmaq şərtilə baş verən proseslər izoproseslər (Yunanca izos - bərabər) deyilir. == İzoproseslər == İzotermik proses (Temperaturun sabit qalması ilə) İzobar proses (Təzyiqin sabit qalması ilə) İzoxor proses (Həcmin sabit qalması ilə) == Həmçinin bax == Temperatur Molekulyar-kinetik nəzəriyyə (MKN) == İstinadlar == == Ədəbiyyat == N.A.Pyorışkin, N.A.Rodina. Fizika 7-ci sinif. 1995 N.A.Pyorışkin, N.A.Rodina. Fizika 8-ci sinif. 1995 İ.K.Kikoin, A.K.Kikoin. Fizika 9-cu sinif.
İdeal qazın hal tənliyi
İdeal qazın hal tənliyi - sadəcə, olaraq ideal qazın halını təyin edən tənliyə deyilir. Bəzən bu tənliyə Klapeyron və ya Mendeleyev-Klapeyron tənliyi deyilir.
İdeal qətl (film, 1998)
İdeal qətl — 1998-ci ildə çəkilmiş Amerika triller filmidir. Orijinal adı A Perfect Murder olmuşdur. Ssenarisi Frederik Knottun ilk dəfə 1952-ci ildə Londonda səhnəyə qoyulan "Dial M for Murder" pyesindən uyğunlaşdırılaraq Patrick Smith Kelly tərəfindən yazılmış olan filmin rejissoru Endryu Devisdir. Baş rollarda Maykl Duqlas, Qvinet Peltrou, Viqqo Mortensen və Devid Suçetin çəkildiyi filmin orijinal partiturasını (musiqi) Ceyms Nyuton Hovard bəstələmişdir. İdeal qətl filmi 1954-cü ildə Alfred Hitchcock klassiki sayılan Dial M for Murder əsərinin remeykidir. Buna görə də film ABŞ-də "Dial M for Murder" və Yaponiyada "Dial M" alternativ adları altında da nümayiş etdirilmişdir. Alfred Hitchcockun filmində ssenarini də Frederik Knott öz əsərindəki kimi yazmışdır. Film tənqidçiləri "İdeal qətl"i Hitchcockun "Dial M for Murder" əsəri qədər müvəffəqiyyətli hesab etməmişdirlər. Varlı bir ailədən olan Emili Bredford (Gwyneth Paltrow) güclü bir iş adamı sayılan əri Stiven Tayloru (Maykl Duqlas) rəssam Devid Şou (Viqqo Mortensen) ilə aldadır. Aldadıldığını bilən ər, qısqanc sevgili və xəyanətkar arvad arasındakı cinayətə qədər gedən mürəkkəb münasibətlər silsiləsi, bu filmin mövzusunu təşkil edir.
Neftyanoye delo (jurnal)
Neftyanoye delo — Bakıda ayda iki dəfə rus dilində nəşr olunan jurnal, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının orqanı. == Tarixi == İlk nömrəsi 1899-cu ilin yanvarında, sonuncusu 1920-ci ilin aprelində çıxmışdır. Neft sənayeçilərinin mənafeyini müdafiə etmişdir. "Neftyanoye delo" Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixini öyrənmək üçün də qiymətli mənbədir. Jurnalın 1918-20-ci illərdə buraxılmış saylarında neft sənayeçiləri qurultayı şurasının dövlət hakimiyyətinin həyata keçirdiyi tədbirlərə münasibəti ifadə edilmişdir. Rusiyada bolşeviklərin mərkəzi hakimiyyəti ələ keçirməsi jurnalda kəskin pislənirdi. Rusiya burjuaziyası kimi, Bakı burjuaziyası da Sovet hakimiyyətinin yeritdiyi siyasətdən narazı idi. Bakı Xalq Komissarları Sovetinin neft müəssisələrini və Xəzər ticarət donanmasını milliləşdirmək haqqında dekretlərindon sonra jurnal sovet hakimiyyətinə qarşı açıq çıxış etməyə başladı. == Fəaliyyəti == "Sentrokaspi diktaturası" dövründə çıxan nömrəsində isə (9 sentyabr) bolşeviklər 1918-ci ilin martında hakimiyyəti qəsb etməkdə günahlandırılırdılar. Bakı nefti uğrunda mübarizə dövründə ingilislərin neft sənayesini böhrandan çıxaracağına inanan neft sonayeçilərinin milli və dövlətçilik ideallarına biganə mövqeyi jurnalda dərc olunan məqalələrdə əksini tapmışdır.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya. Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur.Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir. == Birinci cild == İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir. Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli) birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli) ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova) üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu) dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova) beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli) == İkinci cild == 2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub. Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb. İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.