Qadın sünnəti
Qadın sünnəti — klitorisin kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Qadında edilən sünnətin ən yüngülü klitorisin kəsilməsi olub, məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bununla yanaşı çox istənməyən risklərə hətta ölümə də səbəb olmaqdadır. Bu sünnət tipi daha çox Afrika ölkələrində məşhurdur.
Birləşmiş Millətlər (BM), hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini bildirdi.
UNİCEF tərəfindən nümayiş olunan hesabatda, məlumatların daha yaxşı toplanması nəticəsində, dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin, gözlənildiyindən daha məşhur olduğunun şahidi oldular. Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünün təsbit və təxmin edilə bilmədiyi qeyd edildi.
Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi görülən hesabatda, hər il sünnət edildiyi təxmin edilən 3 milyon qadının təxminən yarısının Misir və Efiopiyada yaşadığı bildirildi.
İndiyə qədər toplanan məlumatlara görə, qızlar daha çox 4 ilə 12 yaş arasında sünnət edilməkdədirlər. Dünya Sağlamlıq Təşkilatına görə bu gün dünyada, bu ən ağır forması daxil olmaqla, 100-140 milyon qız sünnət edilməkdədir.