Sünni məscidi (Vladiqafqaz)
Muxtarov məscidi (rus. Мечеть Мухтарова, oset. Мухтаровы мæзджыт) və ya sadəcə Sünni məscidi (rus. Суннитская мечеть) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
1900–1908-ci illərdə tanınmış Bakı milyonçusu Murtuza Muxtarov məscidin tikilməsinə maliyyə köməkliyi edir. "Priazovskiy kray" qəzetinin məlumatına görə 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Murtuza ağa Muxtarov vermişdir. Bu səbədən məbədə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. Məscidin tikintisi 14 oktyabr 1908-ci il tarixində tamamlanmışdır.
Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir.