SƏNƏTŞÜNASLIQ
SƏNGDİL
OBASTAN VİKİ
Kəhriz Səng
Kəhrizsəng və ya Kəhriz Səng — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,267 nəfər və 2,169 ailədən ibarət idi.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Sefid Səng
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,894 nəfər və 1,110 ailədən ibarət idi.
Sırxa Səng
Sırxa Səng (az-əbcəd. سورخاسنگ‎, fars. سرخه‌سنگ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (37 ailə).
Ağababaye-Səng (Əhər)
Ağababaye-Səng — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Üzümdül bölgəsinin Vərzəqan kəndistanında, Vərzəqan qəsəbəsindən 17 km qərbdə, köhnə Təbriz-Əhər yolunun üstündədir.
Sövməəyi-Səng (Həştrud)
Sövməəyi-Səng (fars. صومعه سنگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (8 ailə).
Səngabad (Ərdəbil)
Səngabad (fars. سنگ اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,078 nəfər yaşayır (216 ailə).
Səngan
Səngan (Rəzəvi Xorasan)
Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگان‌سفلی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. Kənd Qəzvindən 105 kilometr aralı yerləşir. 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir. Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir. İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır. Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.
Səngan (Rəzəvi Xorasan)
Səngan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Səngan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,718 nəfər 1,952 ailədən ibarət idi.
Səngan (Üşnəviyyə)
Səngan (fars. سنگان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 925 nəfər yaşayır (151 ailə).
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Səngi Muğan ada döyüşü
Səngi Muğan ada döyüşü — 1669-cu ilin iyul ayında Xəzər dənizində Stepan Razinin kazakları ilə Səfəvi donanması arasında baş vermişdir. Bu döyüş rusların XVII əsrdəki dəniz döyüşlərində ən böyük qələbəsidir. Rusların Svinoy adlandırdığı ada hazırda Bakı arxipelaqına daxil olan Səngi Muğan adasıdır. Ada Bakıdan bir qədər aralıda cənubda yerləşir. Ancaq mənbələrdə adanın yeri olaraq Lənkəran olaraq göstərilir. Ola bilsin ki, kazaklar "Svimın" adlandırdıqları ada çağdaş Sarı yarımadasıdır. 1668-ci ildən Xəzər dənizində Stepan Razinin başçılığı ilə böyük bir (1000–1200 nəf.) "quldur" kazak dəstəsi fəaliyyət göstərirdi. Dənizdə hakim mövge tutaraq Səfəvi imperiyasının Xəzər dənizi sahil zonalarına hücumlar təşkil edərək talançılıqla məşgul olurdular. Yazda onlar Türkmənistan sahillərinə istiqamətlənmişdilər. Sonradan isə Səfəvilərin mülkiyyəti olan Səngi Muğan adasına yerləşirlər.
Səngi Muğan mayakı
Səngi Muğan mayakı . — Bakı arxipelaqına daxil olan Səngi Muğan adasında quraşdırılmış mayak. Azərbaycanda unimal formaya malik az saylı mayaklardan biridir. Səngi-Muğan adasındakı mayak 1891-ci ildə Fransada fransız mühəndis, memar və metal strukturlar ustası olan Qüstav Eyfelin hesablamalarına və çertyojlarına əsasən hazırlanmışdır. Mayak təxminən 50 metr hündürlüyü olan çuqun borudan ibarət idi. Ancaq adadakı palçıq vulkanlarından birinin püskürməsi zamanı alov 150 metr hündürlüyə fontan vurdu və mayakın çuqun borusu əridi. Sonradan burada yeni elektron mayak quraşdırıldır.
Səngilaci
Seyid Məhəmməd Təbatəbai (tam adı: Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai, fars. میرزا سید محمد طباطبائی‎; ləqəbi: Səngilaci (fars. سنگلجی‎; 22 dekabr 1842, Kərbəla – 28 yanvar 1920, Tehran) — İran Məşrutə hərəkatının dini rəhbərlərindən biri. Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai 1842-ci ildə Kərbəla şəhərində doğulmuşdu. Böyük müctəhidlərdən Hacı Seyid İsmayıl Behbəhani, Seyid Məhəmmədsadıq Səngələci, sonra Hacı Şeyx Hadı Nəcmabadi, daha sonra Seyid Məhəmməd Təbatəbai və başqaları "Adəmiyyət cəmiyyəti"nə yardım göstərmiş və bəzi ruhanilər cəmiyyətin sıralarında fəaliyyət göstərmişlər. Mütləqiyyətlə ruhanilər arasında olan mənafe toqquşmaları bu cəmiyyətin tədbirləri nəticəsində tədriclə şiddətlənmiş, bu iki mühüm qüvvə arasında olan fasilə getdikcə dərinləşərək və 1891-ci il "Tənbəki üsyanı"nda özünün yüksək mərhələsinə çatdırılmışdır. Bu mühüm məsələnin—mütləqiyyətlə ruhanilər arasında ziddiyyətin kəsginləşməsinin gələcək tarixi hadisələr üçün xüsusilə məşrutə inqilabı üçün faydalı nəticələri olmuşdur. Məşrutə inqilabının başlandığı vaxtda hərəkət başçılarından Seyid Məhəmməd Təbatəbainin kütlələrə təsir göstərən nitqləri və fəaliyyəti mütləqiyyəti təşvişə salmışdı. Hökumət tərkibində nazir vəzifəsində iştirak edən Naserülmülk Təbatəbaini inqilabi hərəkatdan çəkindirmək məqsədilə 1906-cı ilin iyul ayında ona yazdığı məktubda özünü məşrutə hərəkatı tərəfdarları kimi qələmə verərək, eyni zamanda məşrutə üsuli-idarəsinin İran xalqları üçün hələ vaxtı gəlib çatmamasından, məktəblərin sayını artırmağın, savadlı adamlar hazırlamağın faydalı nəticələr verəcəyindən uzun bəhs etmişdir. Qeyd etmək lazımdır ki, Təbatəbai özü də framason cərəyanına mənsub idi, lakin o, framason cərəyanından xalqın oyanması və azadlıq mübarizəsinə qoşulması xeyrinə istifadə etməyə çalışırdı.
Sənginabad (Qürvə)
Sənginabad (fars. سنگين آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 734 nəfər yaşayır (148 ailə). Əhalisini kürdlər təşkil edir.
Səngsər
Səngsər və ya Mehdişəhr — İranın Simnan ostanının şəhərlərindən və Mehdişəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,581 nəfər və 5,473 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti səngsər elindən ibarətdir və səngsər dilində danışırlar.
Səngsər dili
Səngsər dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qrupunun Simnan dilləridəndir ki İranın Simnan ostanında, xüsusilə Səngsər (Mehdişəhr)də danışılır.
Səngsər eli
Səngsər eli - əsasən İranın Simnan ostanında Mehdişəhr(Səngsər) şəhərində yaşayırlar, amma köç ərazilərinə Tehran, Qəzvin, Gülüstan, Mərkəzi, Qum,Rəzavi Xorasan, Şimali Xorasan, Cənubi Xorasan, Gilan, Mazandaran, İsfahan ostanlarıda daxildir. Səngsərlər səngsər dilində danışırlar, müsəlman (şiə) və bəhaidirlər. Onlar dünyanın ən uzun miqrasiya marşrutunu keçirlər. Belə ki, onların ən uzaq yaylaq və qışlaq nöqtəsinin məsafəsi 1500 km-dən çoxdur.
Səngçaraq
Səngçaraq — Əfqanıstanın Səri-Pul vilayətinin rayonlarından biri. Mərkəzi Tuzkar şəhəridir. Səngçaraq rayonunun sahəsi 1089 km²-dır.
Səngək
Səngək — çörək növü. Şimali Azərbaycanda səngək əvvəllər geniş şəkildə yayılmışdı, amma 1920-ci ildə Sovet işğalından sonra azalıb.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Səngər-i Mirabdullah (Urmiya)
Səngər-i Mirabdullah (fars. سنگرميرعبداله‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (112 ailə).
Səngər (Abaran)
Səngər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tabeliyində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tabeliyindən Alagöz (Araqadz) rayonunun tabeliyinə keçirilmişdir. Toponim qədim türk dilində «dağ burnu» mənasında işlənən səngər (sengir) sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Səngər (Maku)
Səngər (fars. ‎سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (118 ailə).
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Səngan döyüşü
Nəbərdi-Səngan — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır. == Arxa plan == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu. Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Səngan, Xaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi.
Səngəçal (dəqiqləşdirmə)
Səngəçal — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Səngəçal bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Qaradağ rayonunda bələdiyyə. Səngəçal vulkanı — Bakı şəhəri Qaradağ rayonu ərazisində palçıq vulkani Səngəçal burnu — Qobustanın c.-g.-inda, Duvarıni dəmiryolu stansiyasından ş.-da burun. Səngəçal buxtası — Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisinə daxil körfəz. Səngəçal terminalı — Xəzər dənizindəki yataqlardan hasil olunan xam nefti və qazı qəbul edən terminal. Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Səngəçal İES — Bakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya.

Значение слова в других словарях