TÖVHİD

İslamda Allahın vahid bir varlıq olaraq qəbul edilməsi ideyasıdır. Tövhidin prinsipləri Quranın 112-ci “İxlas” surəsində verilmişdir. Müsəlman kəlam (I) məktəblərinin əksəriyyətinə görə Allahın zatı ilə birlik təşkil edən və keyfiyyətlərini əks etdirən sifətləri vardır. Ancaq mütəzililər kimi bəzi müsəlman ilahiyyatçıları Allahın sifətlərini inkar etmiş, onun yalnız zatının olduğuna inanmışdırlar. İslam ilahiyyatına görə Allah təbiəti yaratdığı kimi, onları məhv də edə bilər. Heç kəs onun əmrindən kənara çıxa bilməz. Hətta, bir çox müctəhidlərə görə dünyada baş verən bütün hadisələr onun qəza və qədərinə uyğun olaraq cərəyan edir. İbadətlər də yalnız Allaha edilməlidir. Hamı Allahın bütün buyuruqlarını yerinə yetirməli, halal şeylərdən yararlanmalı, haramlardan isə çəkinməlidirlər.
TÖVBƏ
TÖVRAT
OBASTAN VİKİ
Tövhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həm də layiq olan sadəcə odur." == Etimologiya == Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. == Tarixçə == İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, İstanbul – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Tövhidi dinlər
İbrahimi dinlər, həmçinin Tövhidi dinlər və ya Vəhy dinləri — Yaxın Şərqdən çıxmış, ortaq nöqtə olaraq İbrahim peyğəmbəri əsas alan dini təlimlərə verilən ad. Hazırkı üzvləri: İbrahim dinləri, İbrahim nəslinin peyğəmbərləri ilə müqayisə olunan Orta Şərq mənşəli monoteist dinlərdir. Xronoloji qaydada, İbrahim dinləri Yəhudilik, Xristianlıq və İslamdır. Bəzən bəhailər də bu kateqoriyaya daxil olur. == Mənşəyi və tarixi == Yəhudilik və Xristianlıq peyğəmbərlərindən İbrahimin oğlu İshaqın nəsilləri; İsmail peyğəmbər Məhəmməd İslamın nəslindən sayılır. İbrahim kəlməsi "çox millətlərin atası" mənasını verir. Məkkəlilər İbrahimin dinini mandayizm adlandırırdılar. Quranda İbrahim bir hanif olaraq xatırlanır. İbrahimin adı Tanahda Abram olaraq xatırlanır. İslam mədəniyyətində səmavi dinlər anlayışı bəzən İbrahim dinləri anlayışına cavab olaraq istifadə olunsa da, tam eyni deyil.
Tövhidli (Xudabəndə)
Tövhidli (fars. توحيدلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (43 ailə).

Значение слова в других словарях