TÜLU
TÜLÜBAŞI
OBASTAN VİKİ
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Tülü (Balakən)
Tülü — Azərbaycan Respublikasının Balakən rayonunun Tülü kənd inzibati ərazi dairəsində kənd. Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir. Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman edilir. Ərazisində bir orta, bir natamam-orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda KHTC-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir. Yerli musiqi aləti sayılan damburun (Dambır,Tənbur, Tambur) ən mahir ifaçıları bu kənddədir. Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir.
Tülü (Lerik)
Tülü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 20 nəfərdir. Bəzi tədqiqatçılar oykonimi qədim türk dilli dulu tayfasının adı ilə bağlayırlar. Dulu tayfaları II əsrdə hunlarla birlikdə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. VI əsrdə Qərbi Türk xaqanlığının tərkibinə daxil idilər. Müasir qırğızların tərkibində tolo adı ilə qalmışlar.
Tülü bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tülü kilsəsi
Tülü kilsəsi— Abidə Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyət yanı sahəsində yerləşir. İlk orta əsrlərə aid inventar nömrəsi 4149 olan, V-IX əsrlərə aid yerli əhəmiyyətli türbənin ətrafında Qafqaz Albaniyası Xristian Abidələrinin Arxeoloji Tədqiqi Ekspedisiyası tərəfindən 2017-ci ildən başlayaraq 2021-ci ilə qədər ümumilikdə 6 ay müddətində arxeoloji qazıntı işləri aparılmışdır. Aparılmış tədqiqatlar nəticəsində bu türbənin Qafqaz Albaniyasının xristianlıq dövrünə aid bir nefli kilsənin zəng qülləsi və ya aynabəndi olduğu müəyyən edilmişdir. 2017-2018-ci illər ərzində aparılan arxeoloji tədqiqat nəticəsində kilsənin bişmiş kərpiclərdə döşənmiş ibadət zalı 2-2,5 m. dərinliyində 150 m2 ərazidə tam tədqiqi edilmişdir. Altar hissədə Alban xaç altlığının yeri müəyyən edilmişdir. Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər. Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənmişdir. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri zəng qülləsi və ya aynabəndin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerlərinin müəyyən edilməsi olmuşdur. Kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla şimal girişi də dörd sütun üzərində inşa edilmiş və döşəməsinin bişmiş kərpiclərdən döşənməsi müəyyən edilmişdir.
Qışlaq (Tülüconu, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.

Значение слова в других словарях