Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuluzalı Ekzuperi
Tuluzalı Ekzuperi (lat. Exsuperius, fr. Exupéry; IV əsr – 410) — Roma Katolik Kilsəsinin müqəddəsi, Tuluza yepiskopu (400–410). Ekzuperi 410-cu ildə Blanyak şəhərində vəfat etmişdir. Ölümündən sonra qalıqları kiçik bir kilsəyə yerləşdirilmişdir. 13 iyun 1258-ci ildə onun qalıqları Tuluzadakı Müqəddəs Saturnin Bazilikasına köçürülmüş və hələ də burada saxlanılır. Katolik Kilsəsində Anma Günü 28 sentyabrdır. 14 iyunda onun qalıqlarının təhvil verilməsi qeyd olunur.