Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir.
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Meksika ardıcı
Meksika ardıcı (lat. Juniperus ashei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Meksika bayrağı
Meksika bayrağı — Meksikanın Dövlət bayrağı
Meksika dalğası
1986-cı ildə Meksikada futbol üzrə dünya çempionatı keçiriləndə meksikalı azarkeşlər çiyin-çiyinə verərək stadionda möhtəşəm bir dalğa yaratmışdılar ki, bu terminin yaranması da onunla bağlıdır.
Meksika erməniləri
Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir. == Tarixi == Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır. Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.
Meksika inqilabı
Meksika inqilabı (isp. Revolución mexicana) və ya Meksikada vətəndaş müharibəsi (isp. Guerra civil mexicana) — 1910-1917-ci illərdə Meksika tarixində baş vermiş vətəndaş müharibəsi. Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdır. Vətəndaş müharibəsi dövründə əhalinin arasında müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər əhali, 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.. == Mərhələləri == Tədqiqatçılar Meksika inqilabını dörd mərhələyə bölürlər: Birinci mərhələ (1910-cu ilin noyabrından 1911-ci ilə qədər) Porfirio Dias diktaturasının devrilməsidir. Liberal torpaq sahibləri və sahibkarlar, işçilər və kəndlilər, liberal-demokrat liderlərin siyasi rəhbərliyi altında vahid bir cəbhə kimi çıxış etdi. İnqilabın ikinci mərhələsində (1911-ci ilin mayından 1913-cü ilə qədər) liberal demokratlar hakimiyyətdə idi, lakin inqilabçı qüvvələr arasında birliyin olmaması əks-inqilabçı çevrilişə gətirib çıxardı. Üçüncü mərhələ (1913-cü ilin fevralından 1914-cü ilin iyununa qədər) konstitusiya rejiminin bərpasıdır. İnqilabçılar yenidən birləşmiş cəbhədə çıxış etmiş, kəndli kütlələrinin rolu artmışdır.
Meksika körfəzi
Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır. Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir. == Geologiyası == Meksika körfəzini tədqiq edən alimlərin ümumi gəldiyi nəticəyə görə, körfəz Trias dövrünə kimi mövcud olmayıb. Bəzi dənizlərin adı səhvən körfəz yazılıb. Bunların içərisində Meksika körfəzi vardır.
Meksika mətbəxi
Meksika mətbəxi — Qarğıdalı, lobya, meyvə növləri və müəyyən bitki növləri ümumiyyətlə zəngin bitki örtüyünə malik olan bu isti, topik ölkə mətbəxində mühüm rol oynayır. Meksikada çox müxtəlif regional mətbəxlər var. İspan mətbəxinin təsiri Meksikanın şimalında yayılıb. Yerli əhalinin mətbəxi cənubdadır. == Tarixi == Meksika bütün dünyada yayılmış kakao, vanil, avokado, yerfıstığı, pomidor, çili və qarğıdalının yaradıcısıdır. Demək olar ki, Meksikada bir çox yeməklər qarğıdalı ilə hazırlanır. Qarğıdalı o qədər mühümdür ki, Asteklər tərəfindən qarğıdalı tanrısı olaraq ucaldılıb. İkinci isə ədviyyat kimi istifadə olunan çilidir. Meksikada ev heyvanı kimi it saxlanılır. Meksikada Qabaq çiçəyi Flor de Calabaza hind inciri adlandırılır.
Meksika məxluqu
Meksika məxluqu - 2007-ci ildə Meksikada bir fermerin qarşılaşarkən qorxduğu üçün suda boğduğu, sifəti insana, bədəni kərtənkələyə bənzəyən, Meksika və Kanadada uzun müddət laboratoriya analizlərində DNT-sı aşkarlana bilməyən qəribə məxluq. İspan alimi Hose Antonio bu məxluqun DNT-sini öyrənə bilib. Onun hüceyrələrində nukleosit tapılıb. Alimə görə, bu, elmə məlum olmayan heyvan deyil, 99,99 faiz başqa planetlərdən gəlmiş bir canlıdır. İspan alim bu yadplanetlinin göz və qulaq quruluşunu öyrənib. Məlum olub ki, onun insanla müqayisədə müdhiş duyma qabiliyyəti var. Bu canlı ilə qarşılaşan meksikalı fermer keçirdiyi həyəcanın təsiri ilə onu bir neçə saat suyun altında saxlayıb. Həmin varlıq bir neçə saat suda yaşadıqdan sonra ölüb. Normal halda isə yer üzündə quruda yaşayan heç bir canlı bu qədər suda sağ qala bilmir. Digər qəribə olay budur ki, bu məxluqu öldürən meksikalı fermer bir müddət sonra qəribə şəraitdə ölüb.
Meksika pesosu
Meksika pesosu (isp. Peso mexicano) — Meksika dövlətinin valyutası. Meksikanın milli pul vahidi olan Meksika pesosu (işarəsi: $ kodu: MXN) dünyada ən çox ticarət aparılan pul vahidlərindən biridir. MXN kodundan əvvəl MXP kodu Meksika pesosunun göstərilməsi üçün istifadə olunub. Peso 100 sentavosdan ibarətdir. 20 aprel 2009-cu ildə 13.4102 Meksika Pesosu 1 ABŞ dollarına bərabər olub. == Beynəlxalq istifadəsi == ABŞ-nin Meksika sərhəddinə yaxın yerlərində xüsusilə marketlərdə Meksika pesosu ilə alış-veriş etmək mümkündür lakin digər Amerika şəhərlərində peso alış-verişdə istifadə edilmir.
Meksika qaraçöhrəsi
Meksika qaraçöhrəsi (lat. Taxus globosa) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Meksika qızılquşu
Meksika qızılquşu (lat. Falco mexicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Meksika suzambağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika suzanbağı
Meksika suzanbağı (lat. Nymphaea mexicana) – suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. == Sinonimləri == Castalia flava (Leitn. ex A.Gray) Greene Castalia mexicana (Zucc.) J.M.Coult. Leuconymphaea flava (Leitn. ex A.Gray) Kuntze Leuconymphaea mexicana (Zucc.) Kuntze Nymphaea flava Leitn. ex A.Gray Nymphaea lutea Treat Nymphaea planchonii Casp.
Meksika tamanduası
Meksika tamanduası (lat. Tamandua mexicana) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin tamandua cinsinə aid heyvan növü. == Görünüşü == Meksika tamanduasının başı və gövdəsi 77 sm, quyruğu 40 ilə 67 sm arasındadır. Ağzı uzun və əyridir. Ağız boşluğu 40 sm uzunluğu olan dilə sahibdir və kiçik bir diametrə malikdir. Heyvanlar arxa tərəfində tünd zolaqlara sahibdirlər. Çiyinlər və bədən nahiyyəsi tünd rəngdədir. Bədənin qalan hissəsi daha açıqdır. Demək olar ki, ağdan qəhvəyi rəngə qədər çalarlar vardır. Meksika tamanduası anal vəzinin ifraz etdiyi güclü bir qoxu ilə seçilir və bu səbəbdən "meşə iylənmişi" ləqəbini almışlar.
Meksika tarixi
Meksika tarixi Şimali Amerikanın cənub hissəsində yerləşən bir ölkə olan Meksikanın üç min illik dövrünü əhatə edir. İlk dəfə 13.000 il əvvəl sivilizasiyalar tərəfindən kəşf edilmişdir.Ərazi 16-cı əsrdə ispanlar tərəfindən işğal edilməzdən əvvəl Meksika hinduları və asteklər kimi tanınan yerli sivilizasiyalar mövcud idi. 1519-cu ildə Meksikanın ən köklü yerli sivilizasiyaları ispanlarla qarışmağa başladı və Avropa Mədəniyyətini mənimsəməyə doğru irəlilədi. Ölkə dünyanın ən çox ispandilli bölgəsi olsa da, yerli Amerika dilləri baxımından Şimali Amerikanın əksəriyyətinə də ev sahibliyi edir. Üç əsr ərzində İspaniya İmperiyasının bir hissəsi olan ölkə, ispan dilinin, eləcə də katolikliyin və Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır. Uzun mübarizədən sonra Meksika 1810-cu ildə İspaniyadan müstəqilliyini elan etdi. 1846-cı ildə Meksika-Amerika müharibəsinin başlaması ilə Meksika iki illik müharibədə ərazisinin demək olar ki yarısını ABŞ-yə verdi. Daha sonra 19-cu əsrdə Fransa Meksikanı işğal etdi (1861) və Maksimilian taxtına salaraq İkinci Meksika İmperiyasını qurdu. Lakin bu rejim 1867-ci ilə qədər davam etdi. Yarım əsrlik iqtisadi durğunluq və siyasi xaosdan sonra 1884-cü ildə hakimiyyəti ələ keçirən Porfirio Diaz dövlətin gücünü idarə etdi, cəmiyyəti və iqtisadiyyatı modernləşdirdi.
Meksika şəhərləri
Meksika əhalisi
Meksika əhalisi 126,014,024 nəfərdir ki, bu da ispandilli ölkələr arasında ən böyük, Latın Amerikasında Braziliyadan sonra ikinci, dünyada isə onuncu yerdədir və bu yaxınlarda əhalinin sayına görə Yaponiyanı geridə qoyur. 20-ci əsrdə Meksika əhalisi 1940-1980-ci illər arasında ildə təxminən 3% artaraq 13,6 milyondan 97,5 milyona yüksəldi. Bu artım tempi o dövrdə inkişaf etməkdə olan ölkələr üçün ümumiləşdirilmiş, demoqrafik keçid kimi təsnif edilmiş və 1970-ci illərdən kontraseptiv siyasətin qəbul edilməsinə səbəb olmuşdur. Bu tendensiya yavaşlasa və son illərdə orta illik artım tempi 1,5%-dən aşağı olsa da, demoqrafik keçid hələ də davam edir və Meksikada gənclərin böyük əhalisi var. Ölkənin ən sıx məskunlaşdığı şəhər 8,7 milyon əhalisi olan paytaxt Mexiko şəhəridir (2005), şəhərin metropoliten ərazisi isə 20,137 152 nəfərlə (2010) ölkənin ən sıx məskunlaşdığı şəhərdir. Əhalinin təqribən 50%-i Meksikanın 59 metropoliyasından birində yaşayır. Siyahıyaalmaların hazırlanmasına cavabdeh olan qurum Milli Statistika və Coğrafiya İnstitutudur (INEGI). Daxili İşlər Nazirliyindən asılı olan Milli Əhali Şurası (CONAPO) demoqrafik hadisələrlə bağlı məlumatların təhlili, qiymətləndirilməsi və sistemləşdirilməsinə cavabdeh olan qurumdur. Yerli Xalqların İnkişafı üzrə Milli Komissiya (CDI) digər məsələlərlə yanaşı, Meksikanın yerli xalqlarının tədqiqatı və sosial-demoqrafik və linqvistik təhlilinə cavabdehdir.
Ekatepek (Meksika)
Ekatepek (isp. ekateˈpek) rəsmi olaraq Ekatepek de Morelos , Meksikanın orta Meksika əyalətində bir bələdiyyədir və daha böyük Meksika şəhər ərazisinin şimal kəsimində yer alır . Bələdiyyə mərkəzi San Kristobal Ekatepekdir. .Ekatepek şəhəri, 1.645.352 toplam bələdiyyə əhalisinin %99-ni təşkil edən, praktikada bələdiyyə ilə eyni anlam verir. Tiyuana , Leon və Puebladan sonra Meksikanın ən böyük dördüncü bələdiyyəsi və Qreater Meksika şəhərinin ən böyük şəhər ətrafı yaşayış məntəqəsidif . "Ekatepek" adı Nahuatldan ortaya çıxıb və "küləklj təpə" velə ya "Ehekatla ( külək tanrısı) adanmış təpə" anlamına gelir.Eyni zamanda tanrı Quetzalkoatla alternativ bir addır ."Morelos", Meksika Müstəqillik savaşı dönəmindən qəhrəmanı Jose Maria Morelosun soyadıdır . Əziz Xristofer , 25 İyulda qeyd edilən şəhərdə qoruyucu əzizdir. Ekatepese Meksima şəhər metrosu , Meksika Əyalətinin Mexibús Avtobus sürətli tranzit xətləri və Mexicable kanat xətləri xidmət edir . Maraq doğurucu yerlər arasında Meksikadakı ən yeni Katolik Katedralı , Saqrado Korazon de Jesus , bir neçə kolonyal dönəm kilsəsi ve "Kasa de los Virreyes"dəki Morelos Muzeyi yer alır. Meksikanın ən işlək ticarət mərkəzi Multiplaza Araqonda Ekatepekdə yerləşir == Coğrafiya == Bələdiyyə MeKsika şəhərinin şimalında,Şimal 19º29'23" minimum, maksimum 19º40'28", Qərb 98°58'30" minimum, maksimum 99°08'35" coğrafi kordinatlarında yerləşir.
Meksika Prezidenti
Meksika Birləşmiş Ştatlarının Prezidenti — Meksikanın icraedici hakimiyyətinin başçısı . == Səlahiyyətlər == Prezident icraedici hakimiyyətin başçısı kimi bütün dövlət aparatına rəhbərlik edir, Federasiyanın və Federal Dairənin yüksək vəzifəli şəxslərini vəzifəyə təyin və vəzifədən azad edir, silahlı qüvvələrə rəhbərlik edir. Ona qanunvericilik təşəbbüsü hüququ verilmişdir və praktikada Konqresdə müzakirə edilən və təsdiqlənən qanun layihələrinin böyük əksəriyyəti icraedici hakimiyyətdən gəlir. Prezidentin veto hüququ var, lakin qanunvericilik prosesinə tam nəzarət etmək imkanına malik olduğu üçün bu, Meksikada geniş yayılmamışdır. Prezidentin fövqəladə vəziyyət tətbiq etmək, konstitusiya təminatlarını dayandırmaq və ştatların daxili işlərinə federal müdaxilə imkanlarını həyata keçirmək hüququ var. O, qanuni qüvvəyə malik fərmanlar verir. Prezidentin bütün qərarları, fərmanları, qərarları və sərəncamları müvafiq akta cavabdeh olan dövlət katibi tərəfindən əks imzalanmalıdır.
Meksika quşəppəyi
Meksika quşəppəyi (lat. Capsella mexicana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
ABŞ-Meksika müharibəsi
Meksika-ABŞ müharibəsi (ing. Mexican–American War) — Meksika ilə ABŞ arasında sərhəd anlaşılmazlığı səbəbindən 1846–1848-ci illərdə baş vermiş müharibə. ABŞ-nin Texası ilhaq etməsi və sərhəd mübahisələri səbəbiylə 1845-ci ildə meydana gələn Meksika-Amerika müharibəsi və ya Meksika müharibəsi (1846–1848). Bu, ABŞ-nin qətiyyətli qələbəsi və Rio Grande-dən Böyük Okeana qədər geniş Meksika ərazisini ələ keçirməsi ilə nəticələndi. Texasın ilhaqı nəticəsində yaranan gərginlikdən sonra ABŞ prezidenti Ceyms K. Polk mübahisəli Texas sərhəd məsələsini və Nyu-Meksiko və Kaliforniyanın Meksikada alınmasını müzakirə etmək üçün Con Slidelli Meksikaya göndərdi. Meksikalı idarəçilər bu görüşdən imtina etdikdən sonra general Zachary Taylor komandirliyindəki qoşunlara Nueces və Rio Grande arasındakı mübahisəli ərazini işğal etməyi əmr etdi (Yanvar 1846). Konqres Meksikanın qoşunlarının aprelin 25-də Rio Grande-dən keçdiyini və Meksikanın bu münasibətə görə müharibə tələb edəcəyi bir vaxtda Taylorun qoşunlarına hücum etdiyini biləndə Mayın 11-də Meksikanın Amerika ərazisindəki Amerika qanını tökdüyü mövzusunda bir çıxış etdi. . Konqres əsasən 13 May müharibə elan etdi. Demokratlar müharibəni coşğuyla dəstəklədiyi bir vaxtda, təşəbbüsün ədalətsiz bir yer tutması olaraq görən Whigs və yeni torpaqlara köləliyin yayılmasından narahat olan quldarlıq əleyhinə dairələr müharibəyə qarşı çıxdılar. ABŞ ictimaiyyətində dərin bölünməsinə baxmayaraq, ABŞ qoşunları bütün böyük döyüşlərdə çox olan Meksika ordusunu məğlub etdi.
Azərbaycan–Meksika münasibətləri
Azərbaycan–Meksika münasibətləri — Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 10-da qurulmuşdur. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi 10 yanvar 2008-ci ildə, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi isə 1 oktyabr 2014-cü ildə təsis edilmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Nağı Əbdüləzimov olmuşdur. 4 mart 2016-cı il tarixindən Ülvi Quliyev işçi qrupunun rəhbəridir. 8 aprel 2010-cu il tarixində Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası işçi qrupu yaradılmışki, həmin qrupun 2016-cı ilin məlumatlarına görə rəhbəri Raymundo Kinq de la Rosa idi. 4 noyabr 2011-ci ildə "Senatın Asiya-Sakit okean ölkələri üzrə xarici əlaqələr komitəsinin Dağlıq Qarabağ regionunda münaqişəyə dair rəyi" adlı sənəd (Təkliflərlə birgə Razılaşma maddəsi) Meksika Senatında qəbul edilmişdir. 8 dekabr 2011-ci ildə Meksika Konqresinin Deputatlar Palatasının sessiyasında "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında" sənəd (Razılaşma Maddəsi) qəbul edilmişdir. 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılmışdır.
Birinci Meksika İmperiyası
Meksika İmperiyası (İspanca: Imperio Mexicano), qısa ömürlü bir monarxiya idi və Meksikadakı ilk müstəqil müstəmləkə sonrası dövlətdir. İspaniya imperiyasından müstəqillikdən sonra bir monarxiyanı quran tək koloniya idi və qısa müddət ərzində Braziliya İmperiyası ilə birlikdə Amerikadakı iki imperiyadan biri idi. Birinci Meksika İmperiyası qısa ömürlü idi, iki ildən az bir vaxtda möcud idi.Kordova Müqaviləsinin imzalanması və 1823-cü ilin sentyabr ayında Meksika İmperiyasının Müstəqilliyinin elan edilməsindən, Müvəqqəti hökumətin iqtidara gəldiyi və 1824-cü ildə Birinci Meksika Respublikasının elan edildiyi 1823-cü ilin Mart ayında imperatorun imtina etməsinə qədər mövcud idi. İlk və tək monarx, Aqustín de Iturbide idi və Aqustín'in şah olaraq səkkiz aydan daha qısa müddət hökm sürmüşdü. İmperatorluq qısaca 1864-cü ildə Fransızlar tərəfindən yenidən quruldu. == Yaradılışı == İnqilabçı Meksikadakı müxtəlif müstəqil fraksiya İspaniyanın Meksikanın müstəqilliyi üçün üç prinsip ya da "zəmanət" ətrafında birləşdi: Meksikanın mühafizəkar bir Avropa şahzadəsinin idarə etdiyi müstəqil bir konstitusiyalı monarxiya olacağını; Şəriət və yarımadalılar bundan belə bərabər hüquqlara və imtiyazlara sahib olacaqdı; Və Roma-Katolik Kilsəsi torpaqların rəsmi dini olaraq imtiyazlarını və mövqeyi qoruyacağını söylədi. Bu Üç Zəmanət, Müstəqillik hədəfini və bir konstitusiyanı Katolik monarxiyasının qorunmasıyla birləşdirərək bütün Meksika fraksiyalarını bir araya gətirən inqilabçı plan olan Iquala Planının əsasını qurdu. Əksər vilayətin qatıldığı Iguala'nın 1821-cı ilin 24 Fevralında Plana uyğun olaraq Meksika Qurultayı, Iturbide başçılığında bir naiblik şurası qurdu. 1821-ci ilin 28 Sentyabrında Meksika İmperiyasının Müstəqillik Bəyannaməsini imzaladıqdan sonra, Meksika Qurultayı, İspaniya Kralı VII Fernando'nun da Meksikanın imperatoru olacağı bir ortaq dövlət qurmağı hazırladı və hər iki ölkə də ayrı qanunlar və formlarla idarə edəcəkdi. Ayrı qanunvericilik orqanları.
Aleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir.Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..
Cessika
Cessika — ad. Cessika Mauboy — Avstraliya müğənnisi, söz yazıçısı və aktrisası. Cessika Steffens — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Cessika Muskat — Malta müğənnisi və aktrisası.
Leksikon
Leksikon (en. lexicon) – dildə olan sözlərin toplusu. Proqramlaşdırma dillərinin leksikonunu identifikatorlar, açar sözlər, sabitlər (konstantlar) və s. təşkil edir; leksikonun bu elementlərinin birləşəbilmə üsulları dilin sintaksisini əmələ gətirir. = Ədəbiyyat = İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Meksiko
Mexiko (isp. Ciudad de México, astek Āltepētl Mēxihco) — Meksikanın paytaxtı. 2009-cu ilin əhali siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8.84 milyon nəfər olmuşdur.
Pəktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.