Tülü (Balakən)
Tülü — Azərbaycan Respublikasının Balakən rayonunun Tülü kənd inzibati ərazi dairəsində kənd.
Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir.
Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman edilir.
Ərazisində bir orta, bir natamam-orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda KHTC-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir.
Yerli musiqi aləti sayılan damburun (Dambır,Tənbur, Tambur) ən mahir ifaçıları bu kənddədir. Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir.