Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar.
İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi.
Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir.
Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir.
Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958
Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958
Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958
Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959
Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr
Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960
Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960
Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960
Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958
Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959
Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü.
Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir).
Pioner 6,7,8 və 9 kosmik aparatları
Pioner 6 (Pioner A) 1965-ci il Dekabr
Pioner 7 (Pioner B) 1966-cı il Avqust
Pioner 8 (Pioner C) 1967-ci il Dekabr
Pioner 9 (Pioner D) 1968-ci il Noyabr
Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust
Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır.
Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur.
Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb
Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb
Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı.
Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.