Tələbnamə

Claim Hər hansı bir formada müəyyən obyektlə bağlı bir subyektin başqa subyektə tələbini təsdiq edən xüsusi formaya malik sənəd və ya sənədlər toplusu. Məsələn, görülmüş işə görə ödənişin aparılması üçün sifarişçiyə təqdim olunan ödəniş sənədi. Tələbnamənin aşağıdakı növlərini qeyd etmək olar: ◦ borc tələbnaməsi – kreditor, yaxud malgöndərən tərəfindən qarşı tərəfə öhdəliyin icrası ilə bağlı təqdim olunan ödəniş sənədi; ◦ qarşılıqlı tələbnamə – borclu subyektin kreditora ona olan borcunu hər hansı başqa öhdəlik məbləği ilə qarşılıqlı əvəzləşdirilməsi barədə rəsmi təklifini ifadə edən sənəd. ◦ ödəniş tələbnaməsi – kreditor, mal göndərən, yaxud ödəniş almaq hüququ olan subyektin, borc alana, yaxud ödəniş etməklə bağlı borcu olan subyektə bank vasitəsilə ödənişi həyata keçirməklə bağlı təqdim etdiyi hesablaşma sənədi.
Tələb olunanadək
Təminat marjası (təminatlı marja)

Значение слова в других словарях