TƏNGİ

(Zaqatala)
bax dengi . – İki təngi üzüm yığıb satdım
TƏNGAV
TƏNGOV
OBASTAN VİKİ
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Təngistan şəhristanı
Təngistan şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əhrəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63 276 nəfər və 14 620 ailədən ibarət idi.
Təngivan
Təngivan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Talış dilində təng "dar", "dar dərə", "i" birləşdirici sait və van "yer", "ərazi" deməkdir (Dar dərəli kənd).

Значение слова в других словарях