Tərcümədə dilin kreolizasiyası

tərcümə dilinin orijinal dilinin elementləri ilə sistemsiz şəkildə doldurulması; iki dil strukturunun tərcümədə qeyri-orqanik çarpazlaşması. Orijinal dil strukturunun tərcümə dilinə, hər şeydən öncə, leksik, morfoloji və sintaktik formalardan kalkalaşma yolu ilə gedir.
Tərcümədə bədii inversiya
Tərcümədə mədəniyyətin «kreolizasiyası»
OBASTAN VİKİ
Tərcümədə Təşkilatlanma
Dilin əzələləri
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dilin ucunda
“Dilin ucunda” - hər hansı tanınmış sözü xatırlaya bilməməkdir , unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur. İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır ( ing. tip-of-the-tongue "dilin ucunda fırlanır" ). Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir. Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır. Tədqiqatın nəticələri 1966-cı ildə "Verbal Learning and Verbal Behavior" jurnalında dərc edilmişdir.
Təbii dilin emalı
Təbii dilin emalı (Natural Language Processing (NLP)) – süni intellekt və riyazi dilçiliyin ümumi istiqaməti; danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüterin köməyilə analiz və sintezi problemlərini öyrənir. Analiz dedikdə dilin başa düşülməsi, sintez dedikdə isə savadlı mətnin generasiyası nəzərdə tutulur. Bu problemlərin həlli kompüter və insan arasında qarşılıqlı təsirin daha əlverişli formasının yaradıldığını bildirəcək. AlchemyAPI Expert System S.p.A. General Architecture for Text Engineering Modular Audio Recognition Framework MontyLingua Natural Language Toolkit) İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.