təyyarə meydanı

an airfield * лётное поле
təvəkkülə getmək
Təzə ağa, təzə ağacan.
OBASTAN VİKİ
Təyyarə
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Adi təyyarə
Konvansiyonal təyyarə, adi təyyarə və ya ənənəvi təyyarə, qanadları orta gövdə ətrafında olan quyruğu arxada olan ənənəvi təyyarə növlərinə verilən addır. Ənənəvi olmayan təyyarə növlərinə kanart, V quyruqlu təyyarə kimi fərqli konstruksiyalara malik olan təyyarələri göstərmək mümkündür.
Amfibiya təyyarə
Amfibiya təyyarə — həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür.
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Reaktiv təyyarə
Reaktiv təyyarə Reaktiv mühərriklər tərəfindən hərəkətə gətirilən təyyarələrdirlər. Reaktiv təyyarələr ümumi olaraq pər gücü ilə işləyən təyyarələrdən daha sürətli və daha çox hündürlüyə dırmana bilirlər — dırmanma hündürlüyü 10,000 ilə 15,000 metrə qədərdir (təxminən 33,000 ilə 49,000 ft). Bu hündürlüklərdə reaktiv mühərriklər uzun məsafələrdə maksimum məhsuldarlıq verirlər. Pər gücü ilə işləyən mühərriklər isə maksimum məhsuldarlığı aşağı hündürlüklərdə verirlər. Reaktiv təyyarələr səsdən daha sürətli hərəkət edə bilirlər. Ruminyalı mühəndis Henri Coandă, 1910-cu ildə Coanda-1910 adında ilk reaktiv təyyarəni yaratmışdır. Daha sonralar, iki mühəndis, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrılıqda bu anlayışı inkişaf etdirmişdirlər, buna baxmayaraq ilk model turboreaktiv Frank Vayta aiddir. Wittering Aviasiya Məktəbində Frank Whittle tərəfindən 1928-ci ilin avqustuna qədər bu anlayış nəzərdən keçirilmişdir, fəqət eyni zamanda Hans von Ohain 1936-cı ilin fevralında ilk reaktiv təyyarənin dizaynı və imkanları haqqında Ernst Heinkelə bir məktub yazmışdır. Ancaq 1926-cı ilin iyun ayında kompressor və turbinlərin üstündə RAE-də işlədiyi zaman bir hesabat yazan A. A. Griffith, bu məktubu ələ almışdır və eyni zamanda daha etibar edilən olmuşdur.
Stels Təyyarə
Stels təyyarə Stels Texnologiyalarından istifadə edərək düşmənin sonar, infraqırmızı və digər növ radarlarına mümkün qədər az görünən və bəzən də görünməyən təyyarələrdir. Stels təyyarələrin hazırlanması ikinci dünya müharibəsi dövrünə təsadüf edir. 1944-cü ildə istehsal olunmuş Horten Ho 229 təyyarəsi ilk stels təyyarə kimi qeyd olunur. Müasir stels təyyarələrə misal kimi Lockheed F-117 Nighthawk, B-2 Spirit, F-22, F-35, T-50 PAK FA-nı göstərmək olar. Əslində heç bir təyyarə radarlara tamamilə gizli deyildir. Lakin stels təyyarənin normal radarlar tərəfindən tutulması çox çətindir. Tutulsa belə ona atılan izləyən raketlərin onları vurmaq ehtimalı azdır. Çünki təyyarədən əks olunan siqnallar çox zəif olduğuna görə raketin öz radarları buraxılandan sonra onu izləməkdə çətinlik çəkirlər. İndiyə kimi yalnız Amerika Birləşmiş Ştatları ordusunun arsenalında stels təyyarələr mövcuddur. Digər ölkələrdəki təyyarələr hələ də test mərhələlərindədirlər.
Təyyarə korpusu
Təyyarə korpusu və ya fuzelyaj (/ f ju z əl ɑː ʒ /;dan fransızca fuselé “mil şəklində”) təyyarənin əsas hissəsidir. Ekipaj, sərnişinlər və yüklər də daxil olmaqla karqolar ümumiyyətlə burada saxlanılır. Tək mühərrikli təyyarələrdə ümumiyyətlə bir mühərrik olur, lakin bəzi amfibiya təyyarələrdə tək mühərrik üzən korpus kimi istifadə edilən təyyarə korpusuna bağlanmış bir dirəyə quraşdırılır. Fuzelyaj ayrıca idarəetmə və sabitləşdirmə səthlərini təyyarələrin sabitliyi və manevr qabiliyyəti üçün lazım olan qaldırıcı səthlərlə xüsusi münasibətlərdə yerləşdirməyə xidmət edir.
Təyyarə məktəbi
Təyarrə məktəbi türk. Tayyare Mektebi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi. Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı). Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.
Təyyarə məzarlığı
Təyyarə məzarlığı ABŞ-də Arizona səhrasının ortasında, 1050 hektarlıq ərazini əhatə edən bir məzarlıqdır. Bura ABŞ Hava Qüvvələrinin əvvəllər istifadə etdiyi təyyarələri saxladığı və "Sümük Anbarı" adlandırdığı təyyarə məzarlığıdır. Bu məzarlıqda istifadəyə yararlı olabiləcək on minlərlə ehtiyat hissəsinin olduğu düşünülür. Təxmini hesablamalara görə bu məzarlığın ümumi dəyəri 35 milyard dollardır.Əhatə etdiyi ərazi isə 1300 stadioni ərazisinin cəminə bərabərdir.Bu böyük ərazidə 4800 təyyarə və 350 mindən artıq ehtiyat hissə var. Rəsmi adı 309 AMARG olan fabrikdə 2005-ci ildə 19 mindən artıq hissə istifadəyə yararlı vəziyyətə gətirilmiş və beləliklə də 568 milyon dollar qənaət edilmişdir. Bu nəhəng anbarın müştərisi əlbəttə ki, təkcə ABŞ deyil.ABŞ bu anbardan bəzi ölkələrə ehtiyat hissələri,hətta təyyarələr satıb. Belə bir anbar üçün bu cür ərazinin seçilməsi də təsadüfi deyil. Çünki bu əraziyə yağış az yağır, rütubət isə demək olar ki yoxdur və bu da polad və metal hissələrin daha uzunömürlü olmasına şərait yaradır.
Təyyarə rejimi
Uçuş rejimi — aktivləşdirildikdə cihazın radiotezlik (RF) siqnal ötürmə texnologiyalarını (məsələn, Bluetooth, telefoniya və Wi-Fi) dayandıran və elektron cihaz proqram təminatı müəllifi tərəfindən düzgün tətbiq edildikdə bütün analoq səs və rəqəmsal məlumat xidmətlərini effektiv şəkildə söndürən, smartfonlarda və digər portativ cihazlarda mövcud olan parametr. Rejim əksər aviaşirkətlər uçuş zamanı RF siqnallarını ötürən avadanlıqların istifadəsini qadağan etdiyi üçün belə adlandırılıb. Tipik olaraq, uçuş rejimində telefon zəngləri etmək və ya mesaj göndərmək mümkün deyil, lakin bəzi smartfonlar təcili xidmətlərə zəng etməyə imkan verir. Əksər cihazlar mətn və ya e-poçt mesajları yazmaq üçün e-poçt proqramlarından və digər mobil proqramlardan davamlı istifadə etməyə imkan verir. Mesajlar daha sonra, yəni uçuş rejimi söndürüldükdən sonra göndərilmək üçün yaddaşda saxlanılır. Wi-Fi və Bluetooth, təyyarənin operatoru tərəfindən icazə verildiyi hallarda cihaz psevdo-təyyarə rejimində olarkən ayrıca aktivləşdirilə bilər. RF siqnallarının qəbulu (radio qəbulediciləri və peyk naviqasiya xidmətləri kimi) uçuş rejimi tərəfindən dayandırıla bilməz. Lakin, həm ötürücülər, həm də qəbuledicilər, hətta onlara cavab vermədikdə belə, zəngləri və mesajları qəbul etmək üçün lazımdır. Təyyarə rejimində olan zaman cihazın ötürücüləri bağlandığından, rejim enerji istehlakını azaldır və batareyanın ömrünü uzadır.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. Yunan ippodromu Roma sirkinə bənzər idi.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Oktoqon meydanı
Oktoqon meydanı (mac. Oktogon tér) — Budapeştdə Böyük Bulvar dairəsi ilə Andraşi prospektinin kəsişməsində yerləşir. Meydanın adı onun forması ilə verilmişdir (Oktogon - "səkkizbucaq"). 1870-ci illərdə meydanda inşa edilən binalar, Antal Skalnitskinın dizaynına görə, sekkizbucaqdır. Budapeşt metrosunun 1-ci "kiçik" xəttinin Oktoqon stansiyası meydanın altında yerləşir. 1936-1945-ci illərdə meydan Mussolini adını daşıyırdı və müharibədən sonrakı dövrdə 7 noyabr meydanı adlandırıldı. 1990-cı ildə meydan orijinal adını geri qaytardı. Венгрия. Издательство «Вокруг света», 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл. Будапешт.
Pikadilli meydanı
Pikadilli meydanı (ing. Piccadilly Circus) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Qalxınış meydanı
Qalxınış meydanı (türkm. Galkynysh meýdany) — Türkmənistanın Aşqabad şəhərində yerləşən meydandır. Türkmənbaşı və Qalxınış prospektlərinin birləşməsində yerləşir.
Qarabağ meydanı
Qarabağ meydanı — Naxçıvan şəhərində 1980-81-ci illərdə inşa edilmiş mövcud meydanın yerində salınmışdır. 1988-ci ilin əvvəllərindən Azərbaycanın əzəli torpağı olan Qarabağa qarşı ərazi iddialarını açıq şəkildə irəli sürən erməni millətçilərinin separatçılıq əməlləri ilə əlaqədar olaraq 1989-cu ildə yenidən qurulmuş,ətrafında xidmət obyektləri, mərkəzində fəvvarəli hovuz yaradılmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 257. ISBN 5-8066-1468-9.
Qudiaşvili meydanı
Qudiaşvili meydanı (gürc. ლადო გუდიაშვილის მოედანი) — Tbilisi şəhərinin tarixi rayonu Sololakidə yerləşən meydan. Meydan Lermontov, Beqlar Axospireli və Cibladze küçələri ilə kəsişir. Şahzadə Vaksuşti (1735) tərəfindən Tiflisin ön hissəsində göstərilmişdir, burada "Bezhan bağı" yerləşirdi. Müqəddəs Corc olan Muqninskaya Kilsəsinin yaxınlığında yerləşirdi. 1827-ci ildə Abbas-Abad fars qülləsinin başçısı İ.F. Paşkeviçin ələ keçirilməsi şərəfinə, meydan Abbas-Abad adlandırıldı. Sovet dövründə (1923-cü ildən) Rusiyanın inqilabi Stepan Alaverdov şərəfinə Alaverdskaya meydanı adlandırmışdır. Müasir ad 1988-ci ildə qəbul edilmiş, Lado Qudiaşvili (1886-1980) — məşhur gürcü rəssamı — adlandırılmışdır. 2015-ci ilin mart ayında Qudiaşvili Meydanının tarixi binalarının qorunması planının işlənməsinə başlanmışdır. Qudiaşvili meydanı, eyni zamanda, sənətkar Niko Pirosmani sevdiyi Fransız aktrisa Marqarita de Sevrinin şərəfinə çiçəklərlə doldurduğu meydan olmuşdur.
Qızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Sultanəhməd meydanı
Sultan Əhməd meydanı — İstanbulun ən mühüm meydanlarından biridir. Bizans dövründə Cıdır meydanı kimi tanınırdı. "Cıdır meydanı" at minən, atların meydanı mənasına gəlir. Osmanlı dövründə buraya At meydanı denyilirdi. Günümüzə çox az qalıqları qalan Bizans dövrü əhəmiyyətli tikililəri və abidələri Cıdır meydanı ətrafında inşa edilmişdir. "Böyük saray" — deyə məşhur olan İmperiya sarayı Cıdır meydanının yanından başlayır, aşağılara, dəniz kənarına qədər uzanardı. Bu saraydan dövrümüzə bir böyük zalın yer mozaika lövhəsi gəlib. Şəhərin ən əhəmiyyətli meydanı Agusteion və bura ilə küçə arasında Milerium qələbə sırğa olardı. Prospekt, Romaya qədər uzanan yolun başlanğıcı idi və ilk kilometr daşı da burada. Hamamlar, məbədlər, dini, mədəni, idarə və ictimai mərkəzlər bu yaxınlığa yerləşmişdir.
Tayms meydanı
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.
İdman meydanı
İdman meydanı, avtomobil və heyvan yarışları üçün nəzərdə tutulan meydandır. İdman meydanlarında tamaşaçılar üçün xüsusi tribunalarda yerləşdirilə bilər.