Taha Hüseyn
Taha Hüseyn (ərəb. طه حسين; 14 noyabr 1889[…], əl-Minya mühafəzəsi[d] – 28 oktyabr 1973[…], Qahirə) — Misir yazıçısı, ədibi və filosofu.
== Həyatı ==
O, 1889-cu ildə Nilin sol sahilində yerləşən Məğağə şəhəri yaxınlığındakı kəndlərdən birində dünyaya gəlmişdir. Atası şəkər istehsal edən müəssisədə kiçik məmur vəzifəsində işləyirdi. Ailə çox böyük, dolanışıqları ağır olmuşdur. Taha ailənin yeddinci övladı idi. O, üç yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, dərin zəkaya malik olması özünü erkən büruzə vermişdir. O, hələ uşaq vaxtından elmə, ədəbiyyata böyük maraq göstərmişdir. Kor uşaq üçün Quran hafizi olmaqdan yaxşı bir sənət bilməyən valideynləri onu kuttəbə göndərirlər.