Taha Hüseyn

Taha Hüseyn (ərəb. طه حسين‎; 14 noyabr 1889[1][2][…], əl-Minya mühafəzəsi[d][6]28 oktyabr 1973[3][1][…], Qahirə[3]) — Misir yazıçısı, ədibi və filosofu.

Taha Hüseyn
ərəb. طه حسين
Doğum tarixi 14 noyabr 1889(1889-11-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 oktyabr 1973(1973-10-28)[3][1][…] (83 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti dilçi, tarixçi, tərcüməçi, yazıçı, ədəbiyyat tənqidçisi, universitet müəllimi[d], siyasətçi, ədəbiyyatşünas, roman yazıçısı, ədəbiyyat tarixçisi
Elmi dərəcəsi
Elmi adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 1889-cu ildə Nilin sol sahilində yerləşən Məğağə şəhəri yaxınlığındakı kəndlərdən birində dünyaya gəlmişdir. Atası şəkər istehsal edən müəssisədə kiçik məmur vəzifəsində işləyirdi. Ailə çox böyük, dolanışıqları ağır olmuşdur. Taha ailənin yeddinci övladı idi. O, üç yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Buna baxmayaraq, dərin zəkaya malik olması özünü erkən büruzə vermişdir. O, hələ uşaq vaxtından elmə, ədəbiyyata böyük maraq göstərmişdir. Kor uşaq üçün Quran hafizi olmaqdan yaxşı bir sənət bilməyən valideynləri onu kuttəbə göndərirlər. 1902-ci ildə Taha təhsilini davam etdirmək üçün əl-Əzhərə daxil olur. Burada o, dini elmlərlə yanaşı ərəb dili və ədəbiyyatına da böyük maraq yetirir. Əbu Təmmamın "Həmasə"si, Əbu Əli əl-Qalinin Əl-Əmali əsəri onun tez-tez mütaliə etdiyi əsərlər idi. Onun dünyagörüşü ərəb maarifçiliyinin, Məhəmməd Əbdüh, Qasim Əmin kimi mütəfəkkirlərin fikir dünyasının təsiri altda formalaşır.

1908-ci ildə Qahirə universitetinin açılması Misirin mədəni həyatında böyük hadisə oldu. Burada təhsil alan Taha Hüseyn qabaqcıl dünyagörüşlü müəllimlərin, Avropalı alimlərin mühazirələrini dinləyir, Fransa ədəbiyyat və mədəniyyəti ilə yaxından tanış olmaq üçün fransız dilini öyrənir.1914-cü ildə o, Əbül-Əla əl-Məərriyə həsr olunmuş "Zikra Əbül-Əla" əsərini yazır. Görünür, Taha Hüseyn orta əsrlərin bu kor mütəfəkkiri ilə özü arasında bir bənzərlik gördüyündən, onun ədəbi taleyinə maraq göstərmişdir[7].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Orta əsr müəlliflərindən fərqli olaraq, Taha Hüseyn Əbül-Əlanın tərcümeyi-halının və yaradıcılığının mənzərəsini lətifəvari hadisələr yığını üzərində deyil, tarixi aspektdə, şairin dövrü, mühiti ilə sıx əlaqədə araşdırmışdır. Taha Hüseyn burada Orta əsr mənbələrinin araşdırılmasında Avropa şərqşünaslığının metodlarından istifadə etmişdir. Yəni tarixi tədqiq metodundan faydalanmışdır. Bu dövrdə o bir sıra şeirlər və hekayələr də yazmışdır. 1914-cü ildə Qahirə universiteti təhsilini davam etdirmək üçün onu Fransaya göndərir[8]. Bir il Monpelyedə qalıb tarix elmlərini öyrəndikdən sonra, Misirə qayıdır. Qahirə universiteti maliyyə qıtlığı səbəbindən Tahanın təhsil haqqını ödəyə bilmirdi, lakin 3 ay keçmir ki, Qahirə universiteti imkan tapıb Taha Hüseyni yenidən Fransaya, bu dəfə Parisə göndərir. Taha Hüseyn burada Kollec de Fransda, Sarbonnada, Şərq dilləri məktəbində təhsil alır. O, bir sıra tarixçilərin və ədəbiyyatşünasların mühazirələrini dinləyir, antik tarix, fəlsəfə ilə yaxından tanış olur, qədim yunan və latın dillərini öyrənir, Fransa ədəbiyyatına böyük maraq göstərir.

1918-ci ildə o, Fransada ikinci doktorluq dissertasiyasını müdafiə edir. Bu dissertasiya Orta Əsrlər ərəb sosioloqu İbn Xəlduna (1332–1406) həsr olunmuşdur.1919-cu ildə o, Qahirəyə qayıdır. Əvvəl universitetin klassik filologiyası kafedrasının professoru, sonra isə, ərəb ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır. 1922-ci ildən 1928-ci ilədək o, universitetdə fəaliyyət göstərməklə bərabər, həm də “əs-Siyasətu” qəzetinin redaktoru olur. Bazar günləri qəzetin səhifələrində Taha Hüseynin tərcümələri, cümə axşamları isə, ərəb poeziyasına həsr olunmuş tənqidi məqalələri nəşr olunurdu.

1926-cı ildə Taha Hüseyn “Fiş-Şiril-Cəhiliyyi” adlı əsərini nəşr etdirir. Bu əsər Misirin ictimai-siyasi həyatında böyük əks-səda doğurdu. Taha Hüseyn 1932-ci ildəVəfd partiyasının üzvü olur.1934-cü ildə isə o, "əl-Vadi" qəzetinin əsasını qoyur. O, ərəb ədəbiyyatının tədqiqi sahəsində fəaliyyətini davam etdirir. 1933-cü ildə "Hafiz və Şauqi",1943-cü ildə "əl-Hadisu fi-şiri van-nəsri"(Şer və nəsr barədə söhbət), 1936-cı ildə "məal-Mütənəbbi"(Mütənəbbi ilə birlikdə), 1939-cu ildə "Təcdidu fi zikra Əbil-Əla" (Əbül-Əlanın yenidən xatırlanması) və "Əbul-Əla fi sicnihi" (Əbül-Əla öz məhbəsində), 1939-cu ildə "Sautu Əbil-Əla"(Əbül-Əlanın səsi), daha sonra Fi ədəbinəl-muasiri" (Müasir ədəbiyyatımız haqqında) və başqa əsərlərini nəşr etdirir.

  1. 1 2 3 4 Taha Husayn // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Tahâ Husayn // Babelio (fr.). 2007.
  3. 1 2 3 4 Хусейн Таха // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 https://www.lematindz.net/news/20829-taha-hussein-et-le-coran.html.
  5. 1 2 https://www.lesclesdumoyenorient.com/Taha-Hussein-1889-1973.html.
  6. 1 2 Ərəbcə Vikipediya. 2003.
  7. http://web.archive.org/web/20080419121841/
  8. "Arxivlənmiş surət". 2008-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Taha husseyn [1]