TANA
TANALIX
OBASTAN VİKİ
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.