Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir.
Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır.
Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir.
Adaya yaxınlaşmaq məqsədilə sal quraşdırılmışdır.