TEATRŞÜNAS

сущ. театровед (специалист по театроведению)
TEATRLAŞDIRMAQ
TEATRŞÜNASLIQ
OBASTAN VİKİ
Ağakərim Şərifov (teatrşünas)
Ağakərim Şərifov (1899 – 1942) — teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru. == Həyatı == Ağakərim Şərifov Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin (1934) yaradıcısı və ilk direktoru olub. O, 1923-cü ildən Teatr Texnikumunda dərs deyib. 1926-cı ildə texnikumun ilk məzunlarının köməyi ilə birinci sərgini açıb. Sərgi Tağıyev teatrının foyesində açılıb və sərginin materialları kimi Sidqi Ruhullanın arxivindən istifadə olunub. Sərgidə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif iştirak edib. 1927-ci ildə Dövlət Muzeyində Teatr şöbəsi açılıb. 1934-cü ildə isə dövlət teatr muzeyi müstəqil fəaliyyət göstərməyə başlayıb. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilib. İlk illərdə muzeyin ekspozisiya zalı fəaliyyət göstərib.
Cəfər Cəfərov (teatrşünas)
Cəfər Haşım oğlu Cəfərov (20 sentyabr 1914, Bakı – 19 sentyabr 1973, Bakı) — teatrşünas, ədəbiyyatşünas və estetik, ictimai xadim, sənətşünaslıq elmləri doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1973). == Haqqında == Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda kiçik bir tacir ailəsində anadan olub. O, ilk təhsilini Bakıda alıb. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 2 il müəllim işlədikdən sonra 1932-ci ildə Moskvadakı A.Bubnov adına Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təh­silini başa vuraraq Bakıya qa­yıdıb. == Əmək fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Bakıya qayıdan Cəfər Cəfərov "Ədəbiyyat" qəzetinin Tənqid şöbəsinin müdiri vəzifəsini icra edib. 1937–1938-ci illərdə Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, 1938–1939-cu illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ssenari şöbəsinin müdiri, 1939-cu ildə isə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olub. Cəfər Cəfərov hökumətdə müxtəlif məsul vəzifələrdə çalışıb. Belə ki, o, 1947-1954-cü illərdə Azər­baycan KP MK-da şöbə müdiri, mədə­niy­yət na­zirinin müavini vəzifələ­rini icra edib.
Elçin Cəfərov (teatrşünas)
Elçin Nadir oğlu Cəfərov (15 noyabr 1985, Bakı) — azərbaycanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri, 4.4 Qısa Tamaşalar Festivalının art-direktoru. == Həyatı == Elçin Cəfərov 15 noyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992–2003-cü illərdə Hövsan qəsəbəsində 280 №-li orta ümumtəhsil məktəbində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalavr (2003–2007) və magistr (2008–2010) pillələrini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Azərbaycan Dövlət Yuğ Teatrında Bədii dram hissəsinin rəhbəri vəzifəsində çalışır. 2014-cü ildə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Teatr-tamaşa və konsert müəssisələrinin baş rejissorları və ədəbi hissə müdirləri qrupu üzrə treninqdə iştirak edib. 2011–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində işləyib. Universitetdə təhsil aldığı vaxtdan mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Mədəniyyət.az", "Mədəni həyat", "Musiqi dünyası" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Azərbaycan mədəniyyəti və incəsənəti", "525-qəzet", "Ədəbiyyat", "Kaspi" qəzetləri, "Teatro.az", "Kulis.az", "Kult.az", "Artkaspi.az" saytlarında və s.) teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş tənqidi və analitik məqalələrlə çıxış edir. 2005, 2007 və 2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi "Boş məkanın dolğunluğu" və "Yeni teatr" festivallarında ekspert kimi iştirak edib, "Tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə" fəxri diplomla təltif olunub. 2010, 2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Teatr Konfransında iştirak edib.
Könül Əliyeva (teatrşünas)
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü == Yaradıcılığı == Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Kəmalə Cəfərzadə (teatrşünas)
Kəmalə Cəfərzadə —Tanınmış teatrşünas,Azərbaycanın Əməkdar mədəniyyət işçisi . == Həyatı == Kəmalə Məmməd qızı Cəfərzadə 5 avqust 1950-ci ildə Şirvan rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq" fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkcisi işləmişdir,1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib.2014-cü ildə Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində redaktor sonra isə şöbə müdiri vəzifəsində çalışıb. K.Çəfərzadə dövri mətbuatda teatr sənətinin müxtəlif sahələrindən bəhs edən məqalə, resenziya və portret yazıları ilə cıxış edir. Onun "Teatrda gənç aktyor problemi", "Gülarə Rəsulova", "Zülfidə Babayeva", "Fırtınadan əvvəlki harmoniya" (M.Əlizadə ilə birlikdə), "Teatrşünas alimin son əsəri" (M.Əlizadə ilə birlikdə), "Bir aktrisa var Bakıda (Sofya Bəsirzadə)", "Həm teatrda, həm kinoda… (Nəçibə Məlikova)", "Hüseynağa Hacıbababəyov", "Heykəltəraş Nəcəf Salamov", "Fars teatr tamaşaları", "Hind teatr tamaşaları", "Balet barədə dialoq və dialoq iştirakcıları haqqında (Rəfiqə Axundova və Maqsud Məmmədov)", "Teatrın baş rəssamı (Əyyub Fətəliyev)", "Meyerxold və Azərbaycan teatrı", "Səhnədə kecən illər (Ulduz Rəfili)", "Respublikamızın yaşıdları – Raxil Ginzburq", "Həsənağa Turabov ücün elegiya", "Sevgi dolu ömür (Firəngiz Şərifova)" və sair yazılarını qeyd etmək olar. Kəmalə Cəfərzadə bir sıra kitabların, o cümlədən Ə.Nemətzadənin "İsmayıl Dağıstanlı", Barat Şəkinskayanın "Xatirələrim", İ.Rəhimlinin "Kəsişən paralellər", "Bəşir Səfəroğlu", "Aktyora oxşamayan adam", Y.Əlioğlunun "Səhnə rampasının sehri", "Sənət cevrəsinin sakinləri", "Şuşa teatrı", Ə.Cəfərzadənin "Biz Cəfərzadələr" və s. kitabların redaktoru olmuşdur. K.Cəfərzadə xarici ölkələrdə – Türkiyə, Rusiya və Qazaxıstanda kecirilən teatr festivallarında nümayəndə kimi iştirak etmişdir. K.Cəfərzadə Teatr Xadimləri İttifaqının kecirdiyi irimiqyaslı tədbirlərin: festivalların, yaradıçılıq tədbirlərinin, konfransların təşkilində fəal iştirak edir.
İsrafil İsrafilov (teatrşünas)
İsrafil Ramazan oğlu İsrafilov — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (13.05.2010–05.01.2016), Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin sabiq direktoru (2003–2010), sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədr müavini. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ilin sentyabr ayının 10-da Bakı şəhərində anadan olub. 1956-cı ildə Bakıdakı 31 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib. 1967–1971-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil alıb, 1971–1972-ci illərdə Ordu sıralarında xidmət edib. 1973–1975-ci illər Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975–1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışıb, bu zaman rejissor fəaliyyəti ilə məşğul olmuş, görkəmli rejissor T. Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən, V. Şekspirin "Fırtına", M. S. Ordubadinin "Qılınc və Qələm", Anarın "Şəhərin yay günləri", M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah", A. Safronovun "Daşqın" əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib. 1978–1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru, 1986–1989-cu illərdə Azərbaycan KPMK-nın mədəniyyət şöbəsində təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991-ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi, 1991–1992-ci illər ərzində Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin, 2003-cü ilin may ayından 2010-cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru kimi vəzifələrdə çalışıb. Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı seçilərək, 1991–1995-ci illərdə fəaliyyət göstərib. Qeyd edilən illərdə elmi-yaradıcılıq işlərimi davam etdirərkən ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200-ə yaxın məqalələr yazmış, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib. Səhnə sənətimizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi almış (1985), daha sonralar rejissor sənəti sahəsində tədqiqatları ona sənətşünaslıq doktoru (2004) alimlik dərəcəsi qazandırıb.
Teatrşünaslıq
Teatrşünaslıq — teatr sənətini öyrənən, təhlil və tədqiq edən elm. Teatrşünaslığın üç əsas qolu var: Teatr tarixinin tədqiqi, öyrənilməsi. Teatr təndiqi və çağdaş teatr prosesinin operativ araşdırılması, işıqlandırılması, resenziyaların, təhlili məqalələrin yazılması. Teatrda mövcud olan müxtəlif problemlərin (aktyor yaradıcılığında, rejissor üslubunda, repertuar seçimində və sair) operativ elmi müzakirəsi. Teatr elminin nəzəri-estetik əsaslarının öyrənilməsi. Sənətşünaslıq Musiqişünaslıq İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017.

Значение слова в других словарях