Sezai Temelli
Sezai Temelli (15 iyul 1963, İstanbul) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı.
Sezai Temelli 15 iyul 1963-cü ildə İstanbulda anadan olub. İstanbul Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Həmin universitetin İqtisadiyyat Bölməsində PhD dərəcəsi alıb.
Uzun illər İstanbul Universiteti Siyasi və İctimai Elmlər Bölməsində müəllim olaraq çalışıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2016-cı ildə tutduğu vəzifədən azad edilib.
2018-2020-ci illərdə HDP həmsədri olub.
İyun 2015-ci ildə İstanbul ilindən, 2018-ci ildə Van ilindən, 2023-cü ildə isə Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
İngiliscə bilir.