TEMURÇİN
TENGİZXAN
OBASTAN VİKİ
Tengiz Abuladze
Tengiz Yevgeniyeviç Abuladze(gürc. თენგიზ აბულაძე; 31 yanvar 1924[…], Kutaisi – 6 mart 1994[…], Tbilisi) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980). == Həyatı == Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu. Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir. Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti saxlanmışdır.
Tengiz Siqua
Tengiz İppolitoviç Siqua (gürc. თენგიზ სიგუა; 9 noyabr 1934, Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 21 yanvar 2020, Tbilisi) — gürcü siyasi və dövlət xadimi, 1990—1991 və 1992—1993-cü illərdə Gürcüstan hökumətinə başçılıq edirdi. == Həyatı == 1934-cü il noyabrın 9-da Gürcüstanın qərbində yerləşən Lentexi kəndində hərbçi ailəsində anadan olmuşdur. O, 1957-ci ildə metallurq mühəndisi ixtisası üzrə Gürcüstan Politexnik İnstitutunu bitirdi. Həmin ilin avqust ayında Siqua Rustavi metallurgiya zavodunda mühəndis işləyirdi, 1962-ci ildən isə baş elmi işçi, laboratoriya müdiri və Gürcüstan SSR Elmlər Akademiyasının Metallurgiya İnstitutunda direktor müavini vəzifələrində çalışmışdır, 1989-cu ildə isə institutun direktoru təyin edildi. 1982-ci ildən Yenidənqurmaya qədər Sov.İKP üzvü idi. Siqua Zviad Qamsaxurdiyanın hökumətində 1990-cı il noyabrın 15-dən 1991-ci il avqustun 18-dək Nazirlər Şurasının Sədri idi. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq baş nazirin vəzifələrini icra edicisi təyin edildi. Bu vəzifəsi 1992-ci il noyabrın 8-də yeni Parlament tərəfindən təsdiqləndi. 6 avqust 1993-cü ildə Parlament hökumətin təqdim etdiyi büdcəni rədd etdikdən sonra istefa vermişdi.2011-ci ilin avqustunda RİA Novosti xəbər agentliyinə müsahibəsində bildirmişdir ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyaya qarşı müharibəni Gürcüstan başlayıb.
Tengiz gölü
Tenqiz gölü (qaz. Теңіз — "dəniz, böyük göl", Teniz, Denqiz) — Qazaxıstan alçaq təpəliyi, Tenqiz-Kurqal vadisində yerləşən tund-şor göl. Göl Qazaxıstanın Akmola vilayəti ilə Karağandı vilayəti arasında Korqaljın rayonu ərazisində yerləşir. Göl həmdə Korqaljın qoruğunun tərkibinə daxildir. Qoruq özü isə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.Tektonik çökəklikdə yerləşir. Gölün sahəsi 1590 km²; uzunluğu 74,4 km, eni isə 40,2 km təşkil edir. Maksimal dərinliyi 7,75 metrdir. Gölün orta dərinliyi 2,5 metr təşkil edir. Dənz səviyyəsindən 405 metr yüksəkliyə malikdir. Suyunun şəfaflığı 0,5–4,0 metrdir.
Tengiz bəy Rumlu
Tengiz bəy Rumlu (ö. 1613) — Səfəvilər dövründə yaşamış tacir. Rumlu tayfasından olub, Şah Abbasın səfiri kimi İspaniyaya göndərilmişdi. == İspaniya səfəri == 1609-cu ildə Şah Abbas tərəfindən portuqal keşiş Antonio de Quvea ilə birlikdə İspaniyaya Osmanlı imperiyasına qarşı ittifaq yaratmaq üçün göndərilmişdi. İspaniya kralına satılmaq üçün 100 top ipəklə yola salınmışdı. 1611-ci ildə İspaniya kralı III Filippin sarayına çatanda böyük bir anlaşmazlıq yaranmışdı - deyilənə görə satış üçün nəzərdə tutulmuş ipəyin yarısından çoxunu yolda öz xeyrinə satmışdı. Keşiş de Quvea çıxış yolu tapmaq üçün qalan ipəyi krala hədiyyə vermişdi. Ticarət anlaşması əldə olunsa da, heç vaxt reallaşdırılmamışdı. Bununla belə Tengiz bəyin xahişi ilə Antonio de Quvea Kirenaika yepiskopu və İsfahandakı ermənilərin vikarı təyin edilmişdi. == Səfərdən qayıdışı və ölümü == 1612-ci ilin martında Lissabondan hədiyyələrlə geri dönən Tengiz bəyə zireh və III Filippdən şəxsən xahiş etdiyi bir qılınc bağışlanmışdı.
заги́б замыслова́то наи́вно неопису́емо подпи́хивать с бу́хты-бара́хты соо́сно филе́йчик футболоман шварто́в эпони́м дана́йский кара́бканье петроглифи́ческий политэкономи́ст прокрича́ть все уши ребо́рда репре́ссия с рук доло́й тысячели́стник чесно́чница corn syrup cornflower Dorset Lesley