TENNİSÇİ

сущ. теннисчи (теннис къугъвазвай уюнчи).
TENNİS
TENOR
OBASTAN VİKİ
Andrey Rublyov (tennisçi)
Andrey Andreyeviç Rublyov (20 oktyabr 1997-ci il, Rusiya, Moskva şəhərində anadan olmuşdur) — rusiyalı tennisçi; 21 yaşadək tennisçilər arasında ATP Finalının finalçısı (2017); beş ATP turnirinin qalibi (bunlardan dördü təkdir); bir yeniyetmə Grand Slam tək turnirinin qalibi (French Open 2014); cütlüklərdə yeniyetmələrin Böyük Dəbilqə turnirinin finalçısı (Uimbldon-2014); Orange Bowl cütlük turnirinin finalçısı (2013); 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı; gənclər sıralamasında dünyanın ilk birinci raketkası. == Ümumi məlumat == Andrey Rublyov idmançı ailəsində anadan olmuşdur. Atası, Andrey Rublyov, keçmiş peşəkar boksçudur. İdmandan ayrıldıqdan sonra o bizneslə məşğul olmuş və hazırda Moskvada bir restoran şəbəkəsinin sahibidir. Anası — Marina Maryenko, tennis məşqçisi, əvvəllər Anna Kournikova, Daria Gavrilova və İrina Xromacheva ilə birlikdə çalışmışdır. Kiçik Andreyi üç yaşında tennisə gətirən məhz anası olmuşdur. Bacısı Anna-Arina Marienko, tennis üzrə idman ustası və hazırda məşqçiliklə məşğuldur. Yeniyetmələr arasında ilk böyük uğurunu 2012-ci ilin dekabrında əldə etmişdir. Andrey Orange Bowl turnirinin finalında ev sahibi amerikalı Tommy Paulu məğlub etdi (16 yaşadək kateqoriyada) — 6:3, 6:4. 2013-cü ilin yayında isə idmançı 16 yaşadək Avropa çempionatında qızıl medal qazandı.
Aleksey Smirnov (stolüstü tennisçi)
Aleksey Smirnov (9 oktyabr 1977, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Aleksey Smirnov Rusiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 4-cü pillənin pillənin sahibi olub. Daha sonra Aleksey Smirnov Rusiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Aleksey Smirnov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Robert Frank (stolüstü tennisçi)
Robert Frank (22 yanvar 1990) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Robert Frank Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.

Значение слова в других словарях