termiki oksidləşmə

ру термическое окисление en thermal oxidation de thermische Oxidation fr oxydation thermique es oxidación térmica it ossidazione termica
termiki istifadə
termiki sərhəd qatı
OBASTAN VİKİ
Oksidləşmə
Oksidləşmə — oksidləşmə reduksiya reaksiyası nəticəsində məhsulun səthində oksid örtüyünün yaranmasıdır. Oksidləşmə əsasən qoruyucu və dekorativ örtüklər əldə etmək, həmçinin dielektrik təbəqələr yaratmaq üçün istifadə olunur. Oksidləşmənin termal, kimyəvi, elektrokimyəvi və plazma üsulları var. Termik oksidləşmə oksigeni və ya su buxarını atmosferdə qızdırılmaqla həyata keçirilir. Dəmir və aşağı lehimli poladların oksidləşməsi prosesi cilalanma adlanır. Kimyəvi oksidləşmə — bir qayda olaraq korroziyadan qorunmaq və ya dekorativ örtüklərin yaradılması üçün xromatlar, nitratlar və s. kimi oksidləşdirici maddələrin ərintiləri və ya məhlulları ilə emalıdır. Elektrokimyəvi oksidləşmə — elektrolitlərdə oksidləşmə, mikroqövsvari oksidləşmələrdir. Plazma oksidləşməsi – tərkibində oksigen olan aşağı temperaturlu plazmada sabit enerji, yüksəktezlikli və ya ultrayüksəktezlikli elektrik boşalmalarının köməyi ilə həyata keçirilir. Oksidləşmə Reduksiya reaksiyaları Polad cilalama Passivasiya Anodizasiya Oksidləşmə — Böyük Sovet Ensiklopediyasından məqalə.
Bioloji oksidləşmə
Bioloji oksidləşmə – canlı hüceyrə və toxumalarda oksigenin sərfi ilə üzvi maddələrin parçalanması nəticəsində və karbon qazının ayrılması ilə gedən prosesdir. == Bioloji oksidləşmə haqqında müasir nəzəriyələr == 1774-cü ildə Fransız alimi A.Lavuazye müəyyən etdi ki, yanma maddələrin oksigenlə oksidləşməsindən ibarətdir. Başqa sözlə, tənəffüs yanma prosesi ilə eyniyyət təşkil edir. Bioloji oksidləşməyə dair bir sıra alimlər müxtəlif fikirlər irəli sürmüşdür. Məsələn, N.Sösürün, E.Saks, F.Şenbay, Van-Hoff və s. Bu alimlərin irəli sürdüyü fikirlər bioloji oksidləşmənin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. F.Şenbayaya görə oksidləşmədə ozon iştirak edir. 1897-ci ildə toxumaların tənəffüsü bioloji oksidləşməyə dair ilk hipotez irəli sürüldü. Bu hipoteza peroksid nəzəriyyəsi adlanır. Bu hipotezanı bir-birindən aslı olmayaraq rus alimi A. N. Bax və alman alimi K. Engler hazırlamışdır.
Termiki analiz
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Termiki emal
Termiki emal - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir. Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir. Termiki emal prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy). Termiki emalın aşağıdakı əsas növləri mövcuddur: Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal prosesidir. Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir. Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur .
Oksidləşmə-reduksiya reaksiyaları
Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə vaxti elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya tərsinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.
Termiki analiz üsulları