THAN

conj 1. -dan, -dən; I am taller than you Mən səndən / sizdən hündürəm; sooner ~ expected gözlənildiyindən tez; I have never met anyone more stupid than you Mə səndən / sizdən səfeh /axmaq adama heç vaxt rast gəlməmişəm; 2. -sa, -sə; Better late than never Heç olmamaqdansa, gec olmağı yaxşıdır: 3. -ca, -cə; He knows better than to deceive me O yaxşıca bilir ki, məni aldatmaq olmaz

TEXTURE
THANK
OBASTAN VİKİ
Bigger than Us
Bigger than Us (azərb. Bizdən daha böyük‎) — Böyük Britaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Maykl Rays "Bigger than Us" mahnısı ilə Böyük Britaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker, İsveç müğənnisi Con Lundvik və Anna-Klara Folin, Conas Tander tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Con Lundvik eyni müsabiqədə İsveçi təmsil etmişdir.
Happier Than Ever
Happier Than Ever — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə səsyazma şirkətləri Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Aylişin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop albomu olan Happier Than Ever, cüzi miqdarda caz və elektropop elementlərini təcəssüm etdirir. Albomda Aylişin şöhrətə yüksəlişindən və bunun mənfi tərəflərindən danışılır. Buraxıldıqdan sonra albom musiqi tənqidçiləri tərəfindən tənqidi rəğbətlə qarşılandı, onlar onun üslubunu, istehsalını və dərin sözlərini təriflədilər. 64-cü İllik Qremmi Mükafatlarında albom və onun adını daşıyan trek müxtəlif kateqoriyalarda, "İlin Albomu", "Ən Yaxşı Pop Vokal Albomu", "İlin Mahnısı" və "İlin Rekordu" daxil olmaqla yeddi nominasiya qazandı. Albomu dəstəkləmək üçün yeddi sinql buraxıldı: "My Future", "Therefore I Am", "Your Power", "Lost Cause", "NDA", "Happier Than Ever" və "Male Fantasy"; ilk üçü ABŞ Billboard Hot 100-ün ilk 10-luğuna daxil oldu. Happier Than Ever ABŞ-da bir nömrəyə yüksələn və digər 27 ölkədə albom hit-paradlarında birinci olan Aylişin ikinci albomu olaraq Billboard 200-ün zirvəsində debüt etdi. Ayliş 3 sentyabr 2021-ci ildə buraxılan "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu" filmində albomda yer alan trekləri canlı ifa etdi.
Stronger Than Me
"Stronger Than Me", ingilis musiqiçi və musiqi sözü yazarı Emi Uaynhaus-un Frank albomu üçün yazdığı ilk single-dır. Emi Uaynhaus və Salaam Remi tərəfindən yazılan musiqi, 6 oktyabr 2003-də Birləşmiş Krallıq-da dərc olundu. İngiltərə 45-liklər listində 71-ci olan musiqi,Amy Winehouse-un kariyerindəki ən aşağı göstərici oldu. Musiqi buna baxmayaraq 2004-də Ən Yaxşı Müasir Musiqi Sözü və Musiqi bölməsində İvor Novello mükafatı qazanıb.
Bigger than the Universe
"Bigger than the Universe" (azərb. Kainatdan daha böyük‎) — İsveçli ifaçı, musiqi prodüseri, bəstəkar və söz yazarı Sven Anders Baqqenin mahnısı. O, ölkəsinin ənənəvi musiqi hadisəsi sayılan sayca 62-ci Melodifestivalendə məhz bu mahnı ilə, 2-pilləyə qədər yüksəlmişdir. == Mahnı == Pop janrlı "Bigger than the Universe" mahnısının sözləri və bəstəsi Pyetr Buström, Zimmi Consson, Tomas "G:Son" və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Mahnının insanlara bəxş edə biləcəyi duyğu, əsasən ruhani yüksəlişdir. İfaçı yerdən əbədiyyən xilas olmaq və hər kəslə birgə, bütün qaranlıqların aydınlıqla əvəz olunacağı daha xoşbəxt bir məkanı vətən seçmək niyyətindədir, və əgər bu qurtuluş həqiqətən baş tutarsa, artıq hər kəs "Qalib" və hər söz "Şeir" olacaq. O, "Ümid yağmuru altında kainatdan daha böyük olan ruhumun doğuşunu görə bilirəm" cümləsi ilə qəlbinin simfoniyasını paylaşır. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "Bigger than the Universe" mahnısı Anders Baqqenin səsləndirməsiylə, İsveçin böyük musiqi hadisəsi hesab edilən Melodifestivalen 2022-də iştirak etmişdir. Mahnı uzun seçim mərhələlərini uğurla geridə qoyaraq, 12 mart 2022-ci il tarixində keçirilən böyük finala yüksəlməyi bacarmış və finalın telesəsvermə nəticələrinə əsasən 90 xalla qələbə qazanmışdır. Jüri səsverməsinin təsiri ilə yekun olaraq 121 xal toplayan musiqi əsəri, Melodifestivalenin sayca 62-ci buraxılışını 2-ci sırada tamamlamışdır.
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.
Ton Dhık Thanq
Ton Dhık Thanq (vyet. Tôn Đức Thắng; 20 avqust 1888[…], Lonqsyuen[d], Fransa Hind-Çini, Fransa – 30 mart 1980[…], Hanoy) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti. == Həyatı == Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi. == Təltif və mükafatlar == Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.