topuqvurma 2021
topultu
OBASTAN VİKİ
Topulqa
Topulqa (lat. Spiraea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dazıyarpaq topulqa
Dazıyarpaq topulqa (lat. Spiraea hypericifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirin cənubunda, Qafqaz, Türkiyə, Çin, Monqolustanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, əyilmiş budaqlı, uzunömürlü koldur. Yumurtavari və ya lansetvari yarpaqları çox xırda, uzunluğu 3,5 sm-dək, eni 1,5 sm-dəkdir. Yarpaqların rənginin üstü boz-yaşıl, alt tərəfi açıq və ya göyümtül-yaşıldır. Mayın axırlarından təxminən 2 həftə diametri 5-7 sm, kiçik çiçək saplaqlarında 4-10 ağ çiçəkdən ibarət çətir çiçək qrupları olur. Ucunda 2-dən 5 dişiciyədək vardır. Meyvələri iyulda yetişir. 4 yaşından çiçəkləyir.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Məryəmnoxudyarpaq topulqa
Söyüdyarpaq topulqa
Söyüdyarpaq topulqa (lat. Spiraea salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Sibir, Uzaq Şərq, Çin, Koreya, Yaponiya, Şimali Amerikanın qərbində yabanı halda bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, düz dayanan, hamar və ya çıxıntılı-zolaqlı, qırmızımtıl-qonur-sarı zoğlu koldur. Yarpaqları uzunsov-lansetvari, uzunluğu 10 sm-dək, ucu biz təxminən bünövrəyədək iti dişli, çılpaq və ya tükcüklü, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Çəhrayı və ya ağ çiçəkləri qısa, sarımtıl tükcüklü çiçək saplaqlarında uzunluğu 20 sm-dək olan silindirik və ya piramidal süpürgələrə yığılmışdır. == Ekologiyası == Çayların, göllərin ətrafında, bataqlıqlarda bitir. İşıqsevəndir. Şaxtaya davamlıdır, torpağa tələbkardır, nəmişli torpaqlarda yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Mədəni şəraitdə bir çox park və bağlarda becərilir.
Yasəmənçiçək topulqa
Yasəmənçiçək topulqa (lat. Spiraea × syringiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın meşə və yarımsəhra zonasının şimal sərhəddində bitir. == Botaniki təsviri == Hündürlüyü 1,2 m-dək, sıx budaqlı, lansetvari yarpaqlı, enli, piramidal süpürgələrdə bənövşəyi-qırmızı, xırda çiçəkləri olan koldur. İyuldan şaxtalar düşəndən çiçəkləyir. Meyvələri oktyabrda yetişir. == Ekologiyası == Qışa davamlılığı ortadır. == Azərbaycanda yayılması == Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Canlı hasarlarda və bordürlərdə xüsusilə effektlidir.
İtidişli topulqa
İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ərazilərdə yayılmlşdır. == Botaniki təsviri == Hündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir. == Ekologiyası == Şəhər şəraitinə dözümlüdür. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.
Məryəmnoxuduyarpaq topulqa
Məryəmnoxuduyarpaq topulqa (lat. Spiraea chamaedryfolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Qərbi Sibirdə, Qazaxıstanda, Mərkəzi Avropada yayılmşdır. == Botaniki təsviri == Möhkəm, yumru çətirinin buğumlu zoğları olan, hündürülüyü 1,5-2 m-dək çatan koldur. Yarpaqları enli-uzunsov-yumurtavari, ucu biz, bünövrəsi yumru və ya dar, kənarı mərkəzinədək bütöv, ayanın ucunda cüt dişlidir. Uzunluğu 3,5 sm-dən 4,5 sm-dəkdir. Yarpaqların üst tərəfi parlaq yaşıl rəngli, alt tərəfi göyümtüldür. Mayda-iyunda çiçəkləyir, iyulda-avqustda meyvə verir. Ağ çiçəkləri 6-20 ədəd çiçəkli qalxanvari çiçək qruplarına yığılmışdır. Çiçək saplaqları çılpaqdır.
Orta topulqa
Orta topulqa (lat. Spiraea media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın şimal-şərq hissəsi, Sibrin cənubu, Uzaq Şərq və Orta Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m, diametri 1,2 m, yumru, möhkəm çətirli, uzunsov-ellipsvari, parlaq yaşıl, uzunluğu 5 sm-dək olan yarpaqlı, çoxbudaqlı koldur. Yarpaq ayası yuxarı hissədə 2-4 iri dişlidir. Zoğları yumru, qonurtəhər, pulcuqlu qabıqlıdır. Çiçəkləri ağ, qalxanvari çiçək quruplarında yerləşir. Mayda 15-20 gün ərzində çiçəkləyir. 4 yaşından çiçəkləyir və meyvə verir. Meyvələri avqustda yetişir.
Billiard topulqası
Billiard topulqası (lat. Spiraea × billardii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Amerika, Şimali Avropa və Asiyanın ərazisində yayılmışdır. == Botaniki təsviri == Yarpaqların rəngi zəngin palitraya malikdir: zərif yaşıldan gümüşüyə, payız dövründə isə sarı çalarlardan bənövşəyi və al qırmızıyadək dəyişir. Təbii formaları topulqaya şar, kaskad və ya piramida, sallaq və ya sürünən görünüş verir. Topulqanın çiçəkləri xırda və gözəldir. Onlar çoxsaylı süpürgəvari, qalxanvari, sünbülvari və ya piramidal çiçək qrupları ilə açılır. == Ekologiyası == Çöl və dağ bitkisi hesab edilir. Qış şəraitinə, tüstüyə, qaza davamlıdır. == Azərbaycanda yayılması == Mədəni şəraitdə becərilir.
Duqlas topulqası
Duqlas topulqası (lat. Spiraea douglasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Sinonimləri == Drimopogon douglasii (Hook.) B.D.Jacks. Drimopogon menziesii (Hook.) B.D.Jacks. Spiraea douglasii var. douglasii Spiraea douglasii subsp. douglasii Spiraea douglasii f. douglasii Spiraea douglasii var. roseata (Rydb.) C.L.Hitchc. Spiraea fulvescens auct.
Topulqayarpaq boymadərən
== Qısa morfoloji xüsusiyyətləri == Achillea filipendulina Lam. Çoxillik, 30-100 sm hündürlükdə, sarımtılyaşıl, sıxtüklü bitkidir. Gövdəsi adətən tək və düzdür. Yarpaqları iri, hər iki tərəfdən sıx tüklü, uzunsov-lansetvari, lələkvari bölünmüş, seqmentləri uzunsov-lansetvari, yarpaqları yuxarı gövdəyə doğru azalandır. Səbətləri uzunsov-tərskonusvari, 4,5-5 mm uzunluqda, 2-3 mm enində, mürəkkəb budaqlanan qalxanvari çiçəkqrupunda toplanıb. Qını sarımtıl və tükcüklü,yarpaqcıqları uzunsov-lansetvaridir. Dilcikşəkilli çiçəklər parlaq sarı rəngli, qısa büküşlü və ya ancaq boruşəkillidir. Toxumcaları tərsyumurtavari-uzunsov, çılpaq, 1-1,5 mm uzunluqda, 0,5 mm enindədir. Hündürlüyü 30-100 sm, gövdəsi adətən tək, düz, şırımlı, əsası qismən xovlu-tüklü, yuxarı hissədə səpələnmiş xırda tükcüklü və yaxud çılpaq, aşağı hissədə isə sıx yarpaqlamış sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları iridir, hər iki tərəfdən basıq tüklü, görünüşünə görə qismən enli uzunsov-neştərvaridir, lələkvari-bölünmüş-dür; yarpağın seqmentləri yastı, uzunluğu 6-17 mm, eni 2-6 mm-dir, uzunsov-neştər-varidir, küttəhərdir, kənarları kəsilmiş və küt-dişlidir; gövdə boyunca yuxarıya getdikcə yarpaqlar tədricən azalır, lap yuxarı yarpaqlar (1-2) kəskin azalandır, tamkənarlı və xətvaridir.
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Yapon topulqası
Yapon topulqası (lat. Spiraea japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Çində, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 metrdən çox olan koldur. Kolların təbii forması müxtəlifdir — piramidal, düzdayanan, sallaq, sürünən, yarımşarşəkilli formalarına rast gəlinir. Topulqaların müxtəlif növləri yarpaqların forması və rəngi ilə fərqlənir. Bir çox sortları payızda parlaq yaşıl rəngini parlaq qırmızı, narıncı və ya sarı rəngə dəyişir. İyunun axırları topulqa çiçəkləyir və payızın axırlarınadək bu gözəllik qalır. Topulqanın cavan zoğları keçəli tükcüklüdür, sonradan çılpaqlaşır və budaqları tamam hamar olur. == Ekologiyası == Temperatur dəyişkənliyini yaxşı keçirir, torpağın keyfiyyətinə tələbkar deyil və zəif şaxtalara davamlıdır.