TOUCH-ME-NOT

n 1. dəymədüşər; 2. qadağan olunmuş mövzu; 3. bot. xınagülü

TOUCH-LINE
TOUCH-NEEDLE
OBASTAN VİKİ
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
.me
.me — Monteneqronun internet kodu.
NOT elementi
Rəqəmli məntiqdə, çevirici və ya NOT elementi məntiqi inkarı yerinə yetirən məntiq elementidir (Cədvəl 1).
Not Alone
Not Alone — Ermənistannın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Səkkizlik not
Səkkizlik not — Səslənmə müddətinə - uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Ölü not
Ölü not (ing. ghost note) — bir musiqi notu məlumatıdır. Çalınan bir notun ikinci bir çalış edilmədən yazıldığı dəyər qədər uzadılmasına deyilir.Bir notdan sonra bir-birinə bağlı göstərilən notlardan çalınmayanın içi boş yazılır.
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
Hom*me
Hom*me — ev, süfrə və dekor əşyaları istehsal edən Azərbaycan brendidir. Şirkətin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Brendin yaradıcısı Azərbaycanlı iş adamı N. Əhmədovadır.Brend hədiyyəlik, ev dekoru və süfrə əşyaları istehsalı ilə məşğul olur. Hom*me xüsusi Milad və Yeni il dekorları istehsal edən ilk Azərbaycan şirkətidir.Şirkətin məhsulları İtaliya, Portuqaliya, Çexiya, Polşa, Tayland, Hindistan, Misir, Çin, Türkiyə və başqa ölkələrdə istehsal olunur. Hom*me həmçinin "Tescoma" və "Lamart by Pierre Lamart" brendlərinin Azərbaycanda rəsmi təmsilçisidir.
Marry Me
Marry Me — (Azərbaycanca: Mənimlə Evlən) Finlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Me 262
Messerschmitt Me 262 Schwalbe (almanca "Qaranquş") İkinci dünya müharibəsinin sonlarına doğru istehsalına başlanılmış və döyüşdə aktiv iştirak etmiş cüt reaktiv mühərrikli alman döyüş təyyarəsidir. İlk reaktiv mühərrikli qırıcı olaraq bilinir. == Konstruksiya və inkişaf etdirilmə mərhələlər == Müharibənin son zamanlarında Almanların ümid bağladığı üstün silahlardan biri olaraq bilinsə də ilk dizayn yanaşmaları 1939-cu ildə başlamışdır. Aviasiya və döyüş Nazirliyində taktika yanaşma və doktrinaya çıxan zabitlərin döyüşü qazanmaq üçün dövrün ənənəvi piston mühərrikli , pərvanəli təyyarələri kafi görməsi üzərinə , bu layihədən döyüşün ilk illərində istifadə edilməmişdir. Villi Messerşmittin təyyarələrdə yüksək sürətlərdə ibarət müqavimət və müqavimət problemləri üçün təyyarə gövdəsinə bucaqlı şəkildə bərkidilmiş qanadlar üzərində işləri 1935-ci ilə dayanır. Me 262də də ilk başda 18.5 dərəcə bucaqlı qanadlar istifadə edilmişdir. Mühərriklər və gövdənin yerə paralel bir vəziyyətə gətirilməsi , son şəklini almamış prototipləri üzərində görülən bu problemlər təsirli şəkildə həll edilmişdir. İlk test uçuşları təyyarənin skeletini test etmə məqsədli olaraq 1941 aprelində başlamışdır. Bu vaxt istifadə edilməkdə olan BMW 003 reaktiv mühərriklərinin qeyri-kafi qala biləcəyi düşüncəsiylə təyyarənin burnuna bir pərvanə və güc qaynağı olaraq Junkers Jumo 210 mühərriyi əlavə olunmuşdur. Yalnız reaktiv mühərriklərinin istifadə edildiyi ilk uçuşu iyul 1942 — edilmişdir.
Music & Me
Music & Me – Maykl Cekson üçüncü solo albomudur. Dünyada albomun 2 milyondan çox nüsxəsi satılıb.
Rock Me
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Windows ME
Windows Millennium Edition (Windows ME; eləcə də Windows Me abbreviaturası istifadə olunur) — Microsoft şirkəti tərəfindən 14 sentyabr 2000-ci ildə satışa çıxarılmış qarışıq 16/32-kateqoriyalı əməliyyat sistemi. Yeni III minilliyin şərəfinə (lat. millennium — minillik) bu cür adlandırılıb.
Dance with Me
Dance with Me (azərb. Mənimlə rəqs et‎) — Macarıstanın Avroviziya-2009 mahnısı. Yarım finalda məğlub olub. Mahnını Zoli Adok ifa edib.
Fly With Me
Fly With Me (azərb. Mənimlə uç‎) — Ermənistanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Artsvik "Fly With Me" mahnısı ilə Ermənistanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir.
Icon in Me
Icon in Me (iMi) — Moskvada yaradılan, Rusiya metal-qrupu. 2004–2007-ci illərdə "Hostile Breed" adı altında fəaliyyət göstərmişdir.
Lean on Me
"Lean on Me" (azərb. "Mənə söykən"‎) — amerikalı müğənni və musiqiçi Bill Uizersin mahnısı. Mahnının müəllifi və ilk ifaçısı Bill Uizersin özüdür. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "Lean on Me" mahnısının Bill Uizersin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 205-ci yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 208-ci yerdə qərarlaşıb.
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüsserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.
Love Me Tender
Love Me Tender – Elvis Presli tərəfindən Love Me Tender albomundan çıxarılan sinql. Mahnının musiqisi George R. Poulton və W.W. Fosdickin müəllifi olduğu Amerikan vətəndaş müharibəsinə həsr edilmiş Aura Lee (və ya "Aura Lea") mahnısına uyğunlaşdırılmışdır. Aura Lee mahnısı 1861-ci ildə çıxmış və elə həmmin dövrdən də xalq tərəfindən çox sevilmişdir. Elvis Presley mahnını ilk dəfə 1956 – cı il 9 sentyabrda The Ed Sullivan Show – da ifa etmiş, qısa müddət sonra mahnı sinqı şəklində satışa çıxarılmış, bir ay sonra isə Love Me Tender filmi çəkilmişdir. Sinqlın çıxarıldığı gün RCA Records şirkəti daha bir milyon sifariş almış və mahnı görünməmiş uğur qazanmışdır. Love Me Tender filmini çəkən 20th Century Fox şirkəti əvvəlcə filmi "The Reno Brothers" adlandırmaq istəsədə, sonra mahnının qazandığı böyük uğuru görüb filmi "Love Me Tender" adlandırmışdır. Elvis Preslidən sonra mahnı 1967-ci ildə Riçard Chamberlain və 1967-ci ildə Percy Sledge tərəfindən də ifa edilmişdir.
Me Too hərəkatı
“Me Too” hərəkatı müxtəlif yerli və beynəlxalq fiqurlarla ortaya çıxan cinsi təcavüz qarşı hərəkatdır. Hərəkat 2017-ci ilin oktyabrında sosial mediada yayılmağa başlayıb, cinsi təcavüz və təcavüzün xüsusilə iş yerlərində yaygın olduğunu göstərmək üçün. Prodüser Harvi Vaynşteynə qarşı cinsi qısnama iddiaları ilə davam edib. Amerikalı ictimai fəal Tarana Burke 2006-cı ilin əvvəlində "Me Too" həştəqindən istifadə etməyə başladı və bu ifadə daha sonra 2017-ci ildə amerikalı aktrisa Alyssa Milano tərəfindən Twitter-də populyarlaşdı. Milano cinsi qısnama qurbanlarını 'Mən də' (#MeToo) başlığı altında cinsi təcavüz və zorakılıq təcrübələri haqqında tweet atmağa təşviq etdi. Daha sonra hərəkata amerikalı məşhurlar Qvinet Peltrou, Eşli Cadd, Cennifer Lourens, Nikol Kidman və Uma Turman dəstək verib. == Tarixi == Tarana Burke 2006-cı ildə "mən də" hərəkatını yaratdı. Yarandığı ilk illərdə cinsi zorakılığın baş verdiyi yerdə sona çatmağa həsr olunmuş çempionlar şəbəkəsi yaratmağa başladı. Metoo həştəqi 2017-ci ildə viral oldu və dünyanı cinsi zorakılığın ciddiliyi barədə xəbərdar etdi. Kiçik miqyaslı kütləvi səy kimi başlayan şey tezliklə qlobal hərəkata çevrildi.
Messerschmitt Me 163
Me 163 Komet — Aleksandr Martin Lippisch tərəfindən tərtib edilmiş tarixdə yeganə reaktiv mühərrikli döyüş təyyarəsidir. Almaniya Hərbi Hava Qüvvələri tərəfindən İkinci Dünya Müharibəsi zamanı istifadə edildi. İnqilabi dizaynına və rəqibsiz performansına baxmayaraq, istifadəsinin çox təhlükəli olmasına görə yalnız bir neçə Müttəfiq qırıcı təyyarəsini vurmağa nail olmuşdur. == İnkişaf etdirilməsi == Konstruksiya işləri Deutsche Forschungsanstalt für Segelflug (DFS) - Almaniya Playner Uçuş İnstitutunun tələbləri ilə başladı. İlk dizaynları daha əvvəl hazırlanmış Lippisch Delta IV, digər adı ilə DFS 39 modelindən dəyişdirilərək əldə edilmişdi və təyyarə skeletini sınamaq üçün tam bir playner şəklində istifadə edilmişdir. Daha böyük bir yeni versiyası kiçik bir pərvanəli mühərrikə sahib idi və DFS 194 adı ilə konstruksiya edilmişdir. Bu versiyada qanad ucuna bağlanmış hündürlük tənzimləyicilərindən istifadə edilmişdir. Lippisch, bu dizaynın yüksək sürətlə problem yaratacağını düşündü və sonrakı modellərə adi arxa şaquli stabilizator da daxil etdi. Dizaynda playner atalarından vacib xüsusiyyətlər mövcud idi, bu xüsusiyyətlərdən uçuş zamanı çəkilə bilən və eniş üçün istifadə edilən xüsusi xizəklər də var idi. Qalxma üçün xüsusi hazırlanmış çarpaz oxların uclarına asanlıqla bağlanıla bilən bir cüt təkərlərdən istifadə edilmişdir.
ва́зопись гидрометеоста́нция городско́й забеле́ться ко́фточка мы́зник пробурча́ть уга́дывание флами́нго водотолче́ние метро́лог налётывать основополо́жница поточи́ть приглуша́ть примя́ться ради прекрасных глаз сельджу́чка улайдать ягарма ham-handed incurable octave underthings заехать