tozölçən
tozsorma
OBASTAN VİKİ
Tozsoran
Tozsoran və ya tozsoran maşın — hava nasosunun köməyi ilə səthlərdəki çirkləri və tozu sora bilən elektrik cihazı. Sorma zamanı toz maşının süzgəcində ilişir. Tozsoran maşınlar adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir. Tozsoran maşınlar süpürgələrin texniki cəhətdən inkişaf etmiş xələfləri kimi qəbul olunurlar. Bu qəbildən olan cihazların başlıca üstünlükləri arasında vaxta qənaət, daha effektiv təmizlik və çoxfunksiyalılıq kimi elementlər vardır. Texniki spesifikasiya cəhətdən yaş və quru olaraq səciyyələndirilən cihaz, yaş rejimdə sorma zamanı bir çox tekstil məmulatını, məslən xalıları, habelə divar kağızlarını təmizləməyə imkan yaradır. Zaman-zaman izafi elektrik enerjisindən istifadəyə yol verməsi onu tənqid olunan cəhəti arasında olsa da, ekoloji cəhətdən ziyansız modelləri də mövcuddur. Tozsoran maşınların texniki göstəriciləri məişətdə və sənayədə fərqlənir. Ümumən hər iki sferada yayğın olan mexaniki istifadəyə əsaslanan tozsoranlar, ucu xüsusi sorucu komponentdən ibarət metal sərt boru və onun əsas motor hissəsi ilə onu birləşdirən elastik borudan ibarət olurlar. Bu tozsoranlar tozun yığılma yerindən asılı olaraq 3 növə ayrılır: Toztorbalı tozsoranlar — Bu tip tozsoranda toz özəl torbaya yığılır.

Значение слова в других словарях