Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pianino
Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Piano iki formada mövcuddur: Royal PianoRoyalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Piano
Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Piano iki formada mövcuddur: Royal PianoRoyalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Pinin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Suva Planina
Suva Planina (serb :Сува планина «quru dağ») - Serbiyanın cənub-şərqində dağ massivi. Silsilə Nişka Banya (şimal-qərbdə) şəhəri ilə Babuşnisa (cənub-şərq) şəhəri arasında yerləşir. Şimalda massiv Bela Palanka şəhəri ilə həmsərhəddir. Suva Planina dağlarında Serbiyada yaşamış neandertal insanın qalıqları aşkar edilmişdir. Qalıqlar 2019-cu ilin aprelində tapılmışdır. == Ümumi məlumat == Suva Planina massivinin ən yüksək zirvəsi Tremdir (1810 m). Hündürlüyünə görə ikinci zirvə Qolemodur (1714 m). Üçüncü ən hündür zirvə Pitika olub hündürlüyü 1683 metrdir. Massivin adı ərazidə bulaqların çox olması ilə əlaqədardır. Suva Planinada iki təbi bulaq var:Bojanine Vode və Rakoš Česma.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. == Tarix == İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Al Paçino
Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[…], Manhetten, Nyu-York ştatı) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb. == Həyatı == Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb.
Andrey Panin
Andrey Panin — Rusiyanın tanınmış teatr və kino aktyoru. == Haqqında == Andrey Vladimiroviç Panin 28 may 1962-ci ildə Rusiyanın Novosibirsk şəhərində anadan olub. == Filmoqrafiya == Morfi (film, 2008) / rus.
Pyotr Panin
Qraf Pyotr İvanoviç Panin (rus. Пётр Ива́нович Па́нин; 1721[…], Vyazovna[d], Kaluqa vilayəti[d] – 15 (26) aprel 1789, Moskva) — Rusiya hərbi xadimi, baş general və senator. O, Paninlər ailəsindən idi və Nikita Paninin qardaşı olmuşdur. O, Yeddiillik müharibədə şöhrətə bürünmüş, Osmanlıya qarşı müharibədə isə Benderi qalasını ələ keçirmişdir. Panin sonra Puqaçov üsyanının yatırılmasına və Yemelyan Puqaçovun özünün tutulmasına əmr vermişdir. == Hərbi karyera == Hərbi xidmətə 1736-cı ildə Can Mühafizəsi İzmailovski alayında əsgər kimi başlamış, elə həmin il zabit rütbəsi almış və Krım tatarlarına qarşı fəaliyyət göstərən orduya göndərilmişdir. Onunla birlikdə Perekop və Bağçasarayın tutulmasında iştirak etmiş, sonra isveçlilərə qarşı yürüş edən feldmarşal Lassinin komandanlığı altında xidmət etmişdir. O, Yeddiillik müharibənin əvvəlində artıq general-mayor idi. O, xüsusilə Qros-Yaqersdorf və Zorndorf döyüşlərində fərqlənirdi. O, 29 avqust 1757-ci ildə "Müqəddəs Aleksandr Nevski" ordeni ilə təltif edilmişdir.
Rentso Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. == Həyatı == Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Renzo Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. == Həyatı == Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Muranska planina Milli Parkı
Muranska planina Milli Parkı (Slovak. Národný park Muránska planina) Slovakiyanın ən gənc milli parklarından biridir. Əsas sahə 21,318 ha və qoruyucu sahə 21,698 ha ölçülür. Buraya 14 kiçik qorunan ərazi daxildir. Qərargah Revucada yerləşir. == Tarixi == Mövcud Muranska planina Milli Parkının ərazisi ilk dəfə 1976-cı ildə qorunan bir sahə olaraq tanınırdı. Bu status 1997-ci ilin oktyabrında milli park statusuna dəyişdirildi. Park rəsmi olaraq 27 may 1998-ci ildə açıldı. == Məkan == Muránska Planina milli parkı, ölkənin şimalındakı Horehronie bölgəsi ilə cənubdakı Gemer bölgəsi arasındakı sərhədlərdən uzaqda Mərkəzi və Şərqi Slovakiya arasındakı sərhəddə yerləşir.Sahə qərbdəki Klenovská Rimava vadisindən Javorinka yəhərinə və şərqdə venervená Skala kəndinə qədər uzanır. Milli park Banská Bystrica Bölgəsindəki 3 bölgəyə, yəni şimaldakı Brezno bölgəsinə, cənubda Rimavska Sobota və cənub-şərqdə Revúca bölgəsinə yayılmışdır.
Çividate al Piano
Çividate al Piano (it. Cividate al Piano) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4882 nəfər, əhalinin sıxlığı 542 nəfər/km²-dir. Sahəsi 9 km² ərazini tutur. Poçt kodu — 24050. Telefon kodu — 0363. 1191-ci ildə kommuna ərazisində Cremona tərəfindən dəstəklənən Berqamo və Milanın dəstəklədiyi Brescia kommunaları arasında Rudiano döyüşü baş verib. İtalyan tenor Eliodoro Bianki 1773-cü ildə Çividate al Pianoda anadan olub.
Anna Rita Del Piano
Anna Rita Del Piano (rəsmi adı Anna Rita Viapiano, it. Anna Rita del Piano; 26 iyul 1966, Kassano-delle-Murce) — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. == Həyatı == Anna Rita Viapiano 1966-cı il iyulun 26-da İtaliyada anadan olub.
Kökdən düşmüş piano (film, 1982)
== Məzmunu == Tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.
The Classical Music of Azerbaijan: Piano Volume 4
The Classical Music of Azerbaijan: Piano Volume 4 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış dördüncü albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının pianino üçün yazılmış əsərləri daxil edilmişdir. Ümumilikdə alboma altı Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, İsmayıl Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Rafiq Babayevin iyirmi beş əsəri daxil edilmişdir. Əsərlər Tamilla Quliyeva, Ülviyyə Vəliyeva, Elnarə Həşimova və Murad Adıgözəlzadə tərəfindən ifa edilib. == Alboma daxil olan əsərlər == Üzeyir Hacıbəyov (1885-1948)Sənsiz (1941) - Tamilla Quliyeva 4:14Fikrət Əmirov (1922-1984)Ballada (1954) - Murad Adıgözəlzadə 1:12 Aşıq mahnısı (1954) - Murad Adıgözəlzadə 0:50 Noktrune (1954) - Murad Adıgözəlzadə 1:17 Humoreska (1954) - Murad Adıgözəlzadə 0:41 Lirik rəqs (1954) - Murad Adıgözəlzadə 1:27 Vals (1954) - Murad Adıgözəlzadə 1:00 Laylay (1954) - Murad Adıgözəlzadə 1:56 Toccata (1954) - Murad Adıgözəlzadə 0:37Qara Qarayev (1918-1982)Preludes 1 (1950) - Murad Adıgözəlzadə2:15 Preludes 2 (1950) - Murad Adıgözəlzadə 1:47 Preludes 3 (1950) - Murad Adıgözəlzadə 3:21 Preludes 4 (1950) - Elnarə Həşimova 3:36İsmayıl Hacıbəyov (d.
Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
Piano və orkestr üçün konsert No.2 , Op. 18 (C minor), 20-ci əsrin dahi rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900 və 1901-ci illər arasında yazılmış konsertdir. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü soloist olaraq, 2 dekabr 1900 tarixində ifa edilmişdir. Bütün əsər ilk dəfə, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianist olaraq, 9 Noyabr 1901 tarixində ifa olunmuşdur. Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı, onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir. == Arxa plan == Bəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən Nikolai Dahl adında terapevtə həsr olunmuşdur. == Bəstə == Əsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır.