Trakt

der; -(e)s, -e bina hissəsi
Trainingshose
Traktat
OBASTAN VİKİ
Georgiyevsk traktatı
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə. XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı.
Georgiyevsk traktatı (1802)
Georgiyevsk traktatı — 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Rusiya ilə Quba, Talış xanları və Dağıstanın bəzi feodalları arasında bağlanmışdır. Sentyabr-dekabr aylarında Rusiya himayəsini qəbul etmək haqqında aparılmış danışıqlarda Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı general Karl Knorrinq, Quba və Talış xanlarının nümayəndələri, həmçinin Tarki şamxalı, Qaraqaytaq usmisi, Tabasaran hakimi və digər Dağıstan hakimləri iştirak edirdi. Öz xahişlərinə görə Rusiya himayəsinə qəbul olunan Quba və Talış xanları, həmçinin Dağıstan feodal hakimləri, İran hücum edəcәyi təqdirdə ona qarşı çıxaraq Rusiya ilə birgə fəaliyyət göstərməyi, Cənubi Qafqazda ticarətin və Xəzərdə gəmiçiliyin inkişafına şərait yaratmağı, bir-birinə hücum etməməyi, daim ittifaqda, dostluqda olmağı öhdələrinə götürdülər. Traktat Azərbaycan və Dağıstanda Rusiyanın nüfuzunun güclənməsinə şərait yaratdı. Beləliklə çar hökuməti Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək üçün hazırlıqlara başladı.
Kürəkçay traktatı
Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə. Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi.
Minsk Traktor Zavodu
«Minsk Traktor Zavodu» Açıq Tipli Səhmdar Cəmiyyəti — Belarusda traktor istehsal edən müəssisə. Kənd təsərrüfatı texnikasının istehsalına görə dünyada ilk səkkizliyə daxildir. Müəssisə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Belarusun bir çox təltiflərinə layiq görülmüşdür. «Minsk Traktor Zavodu» 29 may 1946-cı ildə təşkil edilmişdir. 2013-cü ilə olan məlumata görə burada 21 min insan çalışır. Zavodda buraxılan traktorlar həm təkərli həmdə tırtıllı variantlara sahibdir. 2008-ci ilə olan məlumata görə burada 3,7 mln traktor hazırlanmışdır ki, onun 2,6 mln dünyanın yüzdən çox ölkəsinə ixrac edilmişdir. Burada 62 növ müxtəlif maşın istehsal edilir. Traktorların böyük qismi dizel mühərtikləri ilə təmin edilir. Onlarda Minsk Motor Zavodunda istehsal edilir.
Qabaqcıl Traktor Briqadasında (1953)
Qabaqcıl traktor briqadasında (film, 1953)
Traktat
Traktat (yun. traktus - mühakimə) — antik dövrdən başlayaraq müəyyən mövzuda yazılan elmi əsərlər. Ənənəvi olaraq ədəbiyyat nəzəriyyəsi və fəlsəfəyə aid əsərlər də belə adlandırılmışdır. Eyni sözdən yaranmış "traktovka" termini də rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir. Bu termin ədəbi əsəri yozmaq, mənalandırmaq, şərh etmək mənasında işlənir. Orta əsrlərdə traktatları nəzmlə yazmaq ənənəsi var idi, bunlar poetik traktatlar adlanırdı. Sayılırdı ki, şeir dili ağılın daha yüksək və zərif ifadə formasıdır.
Traktor
Traktor (lat. tractor – "dartıcı") — kənd təsərrüfatında dartıcı kimi tətbiq edilən təkərli nəqliyyat vasitəsidir. Öz kiçik sürəti və yüksək dartma gücü ilə fərqlənir. Əkinçilik işlərinin yerinə yetirilməsində və çətin keçilən yerlərdə geniş tətbiq tapır. Traktorlar arxa hissədə asılmış və ya çarxlar üzərində hərəkət edə bilən kənd təsərrüfatı, tikinti və ya sənaye mexanizmləri ilə təchiz olunurlar. Bu zaman lazım olan aqreqat traktorun arxa hissəsindəki işçi valla və müxtəlif qaldırıcı qollarla birləşdirilir. İş zamanı işçi həmin mexanizmi traktorun içərisindən hidravlik idarəetmə sisteminin köməyi ilə hərəkət etdirir. Traktorlar çətin şəraitdə tərbiq olunduğundan onların təkərlərinin hamısı aparıcıdır. Təkərlərə iri dişli rezin üzlüklərin keçirilməsi ilə çətin yolları qət etmək olur. Traktorlar müxtəlif sahələrdə tətbiq olunduğundan onların sürətlərinin tənzimlənməsi lazım gəlir.
Traktor FK
Traktor Təbriz Futbol Klubu, həmçinin Tirəxtur və ya Traxtur (farsca rəsmi adı: باشگاه فرهنگی ورزشی اقتصادی تراکتور‎, Bâšgâh-e Farhangi Varzeši Eqtesâdi-ye Terâktor, İqtisadi Mədəni-İdman Klubu) — Cənubi Azərbaycanın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandası. 1968-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılmış, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir. Komanda 1970-ci ildə yaradılmışdır. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.
Traktor FK məşqçilərinin siyahısı
Traktor Sazi FK məşqçilərinin siyahısı — Traxtor Sazi FK klubu 1970-ci ildə yaradılmışdır. İran milli futbol çempionatında Təbriz şəhərini təmsil edir. Klubun yarandığı gündən indiyə qədər 29 baş məşqçisi olmuşdur. Birinci baş məşqçi Məhəmməd Bayati olmuşdur. Hal-hazırkı baş məşqçisi Corc Likensdir.
Traktor Klubu

Traktor Sazi FK

Traktor Sazi FK məşqçilərinin siyahısı
Traktor Sazi FK məşqçilərinin siyahısı — Traxtor Sazi FK klubu 1970-ci ildə yaradılmışdır. İran milli futbol çempionatında Təbriz şəhərini təmsil edir. Klubun yarandığı gündən indiyə qədər 29 baş məşqçisi olmuşdur. Birinci baş məşqçi Məhəmməd Bayati olmuşdur. Hal-hazırkı baş məşqçisi Corc Likensdir.
Traktorlar
Traktor (lat. tractor – "dartıcı") — kənd təsərrüfatında dartıcı kimi tətbiq edilən təkərli nəqliyyat vasitəsidir. Öz kiçik sürəti və yüksək dartma gücü ilə fərqlənir. Əkinçilik işlərinin yerinə yetirilməsində və çətin keçilən yerlərdə geniş tətbiq tapır. Traktorlar arxa hissədə asılmış və ya çarxlar üzərində hərəkət edə bilən kənd təsərrüfatı, tikinti və ya sənaye mexanizmləri ilə təchiz olunurlar. Bu zaman lazım olan aqreqat traktorun arxa hissəsindəki işçi valla və müxtəlif qaldırıcı qollarla birləşdirilir. İş zamanı işçi həmin mexanizmi traktorun içərisindən hidravlik idarəetmə sisteminin köməyi ilə hərəkət etdirir. Traktorlar çətin şəraitdə tərbiq olunduğundan onların təkərlərinin hamısı aparıcıdır. Təkərlərə iri dişli rezin üzlüklərin keçirilməsi ilə çətin yolları qət etmək olur. Traktorlar müxtəlif sahələrdə tətbiq olunduğundan onların sürətlərinin tənzimlənməsi lazım gəlir.
Təbriz traktor zavodu
İran Traktorqayırma Şirkəti (fars. شرکت تراکتورسازی ایران‎, ing. Iran Tractor Manufacturing Company) — baş ofisi Təbrizdə yerləşən traktorqayırma şirkəti. Zavod 1966-cı ildə Rumıniya ilə bağlanan dövlətlərarası müqavilə əsasında 1968-ci ildə yaradılıb. Zavodun ilk məqsədi tək və cüt differensial sürət qutusuna, 45-65 at gücünə malik 10000 ədəd traktor istehsal etmək idi. Təbriz traktor zavodu Yaxın və Orta Şərqin ən böyük traktor zavodudur. Burada istehsal, demək olar ki, bütünlüklə yerli ehtiyat hissələrinə əsaslanır. 1976-cı ildən Massey Ferguson tərəfindən ildə 13000 ədəd traktor yığılır. Hazırda şirkətin istehsal gücü illik 30000 ədədə qədər artıb. 1987-ci ildə zavod müxtəlif sənaye sahələri üçün tökmə məhsulları istehsal edə biləcək tökmə potensialının artırılmasna başladı.
İlk traktorçu haqqında hekayə (film, 1973)
İran Traktorqayırma Şirkəti

Şimoda traktatı
Şimoda traktatı (rəsmi: Rusiya və Yaponiya arasında Ticarət və Gəmiçilik Sazişi) 7 fevral 1855-ci ildə Rusiya ilə Yaponiya arasında Şimoda şəhərində imzalanan ilk müqavilədir. Rusiyanın ticarət gəmiləri Xakadote, Şimoda və Naqasaki limanlarına gələ bilərdi. Rusiya üçün da əlverişli rejim təmin edildi. Müqavilədə Saxalin iki ölkə arasında mübahisəli ərazi kimi qeyd olunmuşdu.
Belarus traktoru
Belarus (rus. Белару́с) — 1950-ci ildən Belarusun paytaxtı Minskdə yerləşən Minsk Traktor Zavodunda istehsal olunan traktor seriyası. Bu traktorlar Müstəqil Dövlətlər Birliyində yaxşı tanınır və dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞ və Kanadaya ixrac edilir. İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi. 1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır. Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə 70 illik yubileyində 1523.3 model Belarus traktoru hədiyyə etmişdir.