tunc
tunclama
OBASTAN VİKİ
Qrafit
Qrafit (yun. γράφω — yazıram) — karbonun allotropik modifikasiyası olub, bircinsli elementlər sinfinə aid mineraldır. Laylı struktura malikdir. Kristallik qəfəsin layları bir-birinə nisbətən müxtəlif cür yerləşə bilər (heksaqonal, triqonal). Laylar zəif dalğavaridir, müstəviyə daha yaxındır, karbonun atomlarının altıbucaqlı layndan ibarətdir. Kristalları plastik olub, kələkötürdür. Moos bərkliyi 1 və 2 arasındadır, sıxlığı 2,1-2,3 q/cm³-dir. Rənqi bozdur. == Fiziki xassələri == Qrafit elektrik cərəyanını yaxşı keçirir. Almazdan fərqli olaraq daha aşağı bərkliyə malikdir, nisbtən yumşaqdır.
Tunc
Tunc — misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.
Tunc dövrü
Tunc dövrü — e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmiş tarixi dövr.Bu dövr 3 yerə bölünür:Erkən,Orta,Son Tunc dövrü. Erkən Tunc dövrü: Xış əkinçiliyi yarandı.Köçəri maldarlıq yarandı. Bu dövrdə birinci böyük ictimai əmək bölgüsü baş verdi əkinçilik maldarlıqdan ayrıldı.Bu dövrdə fiziki güc tələb edən xış əkinçiliyi,metalişləmə kimi işlər yarandı.Kişi əməyinə tələbat artdı . Beləcə anaxaqanlığını ataxaqanlığı (patriarxat) əvəz etdi. Erkən tunc dövründə tayfalar yarandı. Ölüyandırma və kollektiv dəfn adətləri yarandı. Bəzi qəbirlərin üzərində kurqanlar quruldu. Orta tunc dövrü: Boyalı qablar mədəniyyəti yarandı. İkinci böyük ictimai əmək bölgüsü yarandı:sənətkarlıq müstəqil sahəyə çevrildi.
Qrafit əsaslı materiallar
Qrafleks (ing."flexible graphite ") - çevik qrafit - və ya penoqrafitdir. == Alınması == Bu maddəni almaq üçün qrafit tozuna nitrat turşusu hopduraraq, onu reduksiyaedici mühitdə sürətlə qizdirirlar. Bu zaman nitrat turşusu parçalanır və alınan qazların təzyiqi altında layları bir-birindən ayrılaraq köpüklənir. Alınmış yüksək məsaməli, əyilə bilən materialı yaxıb, ştamplayırlar. == İstifadə sahəsi == Qrafleks korroziyaya uğramır və yüksək temperatur zonalarında rezin və metal istifadə etmək mümkün olmadıqda, doldurucu kimi istifadə olunur. == Şüşəkarbon == Fenolformaldehid qatranını hava daxil olmadan 800oC-də pirolizə uğratdıqda şüşəkarbon alınır. Bu material turşu və əsaslara qarşı davamlıdır. Ondan hazırlanmış qablar bir çox xassələrinə görə platindən üstündür. == Piroqrafit == Mühüm konstruksiya materiallarından biri də piriqrafitdir. Piroqrafit təbii qrafitin sıxılmasından alınan yüksəkdavamlı materialdır.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədi ilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. == Kəşfi == 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. == Təsvir == Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.
Tunc Allahın yükü
Tunc Allahın yükü (rus. Бремя бронзового бога) — Vahid Məmmədlinin “Tunc Mələk” və “Tunc Mələyin yolu” romanlarından ibarət, dünyada ilk qansız döyüş romanı olan dilogiyası. Vahid Məmmədli ədəbi yaradıcılığa ilk dəfə Rusiya Mədəniyyət Fondunun (RMF) “Qrifon” nəşriyyatında nəşr olunan “Tunc Allahın yükü” əsəri ilə başlamışdır. Əsərin RMF tərəfindən nəşr olunması və tez bir zamanda bestsellerə çevrilməsi onunla əlaqədardır ki, əsər dünya ədəbiyyatında tamamilə yeni bir janrda, qansız döyüş romanı janrında yazılmışdır. Əsərin tez bir zamanda tanınması Rusiyanın və Avropanın ən böyük nəşriyyatı olan “Eksmo” nəşriyyatının diqqətini cəlb etmiş, 2006-cı ildə onun “Tunc Mələk” əsərini “Cəllad tələsməyi sevmir” adı ilə “Rus bestselleri” seriyasında çap edib. == Məzmun == Dilogiyanın hər iki romanı “İnsanın öz ağlından başqa onun qəlbinə və beyninə heç nə və kimsə hakim kəsilə bilməz” düşüncəsinə əsaslanır. Əsər qəhrəmanı Tunc Mələyin müharibə gedən İraqda istənilən situasiyada – yaraqlı terrorçuların milyonlarla pul tələb etmək üçün oğurladıqları biznesmen və jurnalisti azad etməsi, var-dövlət hərisliyindən ən yaxın adamlarını, polis əməkdaşlarını öldürənlərin, öz uğursuzluğunun qisasını yaşlı təqaüdçüdən alan qatilin aşkara çıxarılması üçün, böyük bir qoşunun qarşısında, hər addımda təhlükəylə üzləşsə də, bir güllə belə atmadan, qan tökmədən yalnız yüksək intellekti və ağlının gücü ilə bütün çətinlikləri dəf etməklə, tanımadığı, müxtəlif millətdən, dindən olan insanları xilas edib Tunc Mələk adını alan detektiv analitikin fəaliyyətindən bəhs edir. Hər iki romanın qayəsini təşkil edən, müəllifin “Bu dünyada heç kim mələk deyil, başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər” sözləri, təsadüfi deyil ki, dünyanın bir çox yerlərində müdrik kəlamlar toplularında, saytlarında yer alır. Dilogiyanın yalnız xeyirxahlığı və ağlının gücü ilə hər kəsə qalib gələn qəhrəmanı Tunc Mələk romanı bir detektiv, döyüş romanından çox, dünyanın bir çox mütərəqqi fəlsəfə və dünyagörüş məktəblərindən qaynaqlanan möhtəşəm ədəbiyyat nümunəsi kimi oxuculara sevdirir.
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü) — Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi. Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilkik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi. Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.
Naxçıvan orta tunc dövrü mədəniyyəti
Naxçıvan orta tunc dövrü mədəniyyəti — E.ə. 3-2-ci minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə. 3-cü minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır. == Ümumi məlumat == Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir. Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini əhatə etmişdir.