turşaşirinlik
turşəngli
OBASTAN VİKİ
Turşəng
Turşəng və ya quzuqulağı (lat. Oxalis) — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb. Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var. Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm.
Adi turşəng
Adi turşəng (lat. Oxalis acetosella) — turşəng cinsinə aid bitki növü.
Hündür turşəng
Hündür turşəng (lat. Oxyria elatior) - turşəng cinsinə aid bitki növü.
Turşəngkimilər
Turşəngkimilər (lat. Oxalidaceae) — ətirşahçiçəklilər sırasına aid bitki fəsiləsi. Turşəngkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol, bəzən isə ağac bitkiləridir. Yarpaqları növbəli düzülür, lələkvarı və ya barmaqvarı formadadır. Bəzi nümayəndələrində yarpaq altlığına təasadüf olunur. Çiçəkləri ikicinslidir, aktinomorfdur və ikiqat çiçiəkyanlığına malikdir. Kasa və ləçək yarpaqları 5 ədəddir. Erkəkcikləri 10 ədəd olub, iki cərgədə düzülmüşdür. Əsassından birləşmiş, xarici kənarları isə dişcikli çıxıntılıdır. Bəzən erkəkcikdən 5-i staminodilərə çevrilir.
Turşəngçiçəklilər
Turşəngçiçəklilər (lat. Oxalidales) — bitkilər aləminə aid bitki dəstəsi.

Значение слова в других словарях