Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turşəng
Turşəng və ya quzuqulağı (lat. Oxalis) — turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi.Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb. Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var. Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm. olan çoxillik bitkidir.
Adi turşəng
Adi turşəng (lat. Oxalis acetosella) — turşəng cinsinə aid bitki növü.
Hündür turşəng
Hündür turşəng (lat. Oxyria elatior) - turşəng cinsinə aid bitki növü.
Turşəngkimilər
Turşəngkimilər (lat. Oxalidaceae) — ətirşahçiçəklilər sırasına aid bitki fəsiləsi.Turşəngkimilər fəsiləsinin nümayəndələri həyati formalarına görə ot, yarımkol, bəzən isə ağac bitkiləridir. Yarpaqları növbəli düzülür, lələkvarı və ya barmaqvarı formadadır. Bəzi nümayəndələrində yarpaq altlığına təasadüf olunur. Çiçəkləri ikicinslidir, aktinomorfdur və ikiqat çiçiəkyanlığına malikdir. Kasa və ləçək yarpaqları 5 ədəddir. Erkəkcikləri 10 ədəd olub, iki cərgədə düzülmüşdür. Əsassından birləşmiş, xarici kənarları isə dişcikli çıxıntılıdır. Bəzən erkəkcikdən 5-i staminodilərə çevrilir. Ginesey sinkarp olub, 3-5 meyvə yarpağından əmələ gəlmişdir və sütuncuq şəklindədir.
Turpəng
Turpəng (lat. Barbarea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Turpəng toxumlarında 33-42% yarımquruyan yağ (yod ədədi 110-111) vardır. Bu yağ xüsusiyyətlərinə görə raps yağına yaxındır. Amma tərkibindəki eruk turşusu onun qidalılıq dəyərini azaldır. Qida məqsədi ilə saflaşdırılmış yağı və ya tərkibində eruk turşusu az olan sortlardan alınan yağlar istifadə edilir. Belə yağlar yüksək dad keyfiyyətinə malik olurlar. Turpəng yağı sənayenin müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə edilir. Ondan sabunbişirmədə, lak - boyaq sahəsində metallurgiyada və başqa sahələrdə istifadə olunur. Jmıxın tərkibində 40 % -ə qədər tam keyfiyyətli zülal vardır ki, bu da heyvandarlıqda yaxşı konsentrat yem kimi istifadə olunur.
Turpəng kəpənəyi
Turpəng kəpənəyi (lat. Pieris rapae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ağcalar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kiçik ölçülü ağ rəngli kəpənəklərdir. == Həyat tərzi == Növün arealından asılı olaraq nəsilvermə qabiliyyəti müxtəlifdir. Belə ki, Sankt-Peterburq və Moskva vilayətlərində bu zərərverici 2 nəsil verir. Aşağı Povoljyevdə və Qafqazda bu növ 4-5 nəsil verir. Zaqafqaziya və Qara dəniz sahillərinin subtropik zonasında 5 nəsil verməsi mümkün hüsab olunur. Baykal ətrafında 3 nəsil verir. Turpəng kəpənəyinin aparılan tədqiqatlar nəticəsində pup mərhələsində qışladığı müəyyən olunmuşdur. Quba-Xaçmaz bölgəsində ilk kəpənəklər aprel ayının III ongünlüyündə uçmağa başlayır. Kəpənəklərin kütləvi uçuşu may ayının II yarısında müşahidə edilir.
Huşəng Azəroğlu
Huşəng Azəroğlu (1938 – 19 iyun 2019) — azərbaycanlı müğənni və aktyor. 1985-ci ildə Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülüb. == Həyatı və fəaliyyəti == Huşəng Azəroğlu 1938-ci ildə Ənzəli şəhərində anadan olub. 13 yaşında ikən hər iki valideynini itirib. Bir müddət özünü peşəkar idmanda sınayıb, İranın milli komandasında güləşib. Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusilə Xan Şuşinski və Cabbar Qaryağdıoğlunun ifalarından təsirlənərək Vəli Vahid və Məşədi Salamat kimi musiqi ustadlarından musiqi təhsili almağa başlayır. Sonrakı illərdə Mustafa Payanın şagirdi olur. O, 1979-cu İslam İnqilabına qədər 20 filmdə rol oynayıb. Məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində də rol alıb. İranda islam inqilabından sonra İstanbula köçüb, uzun illər orada yaşayıb.
Huşəng Cəfəri
Huşəng Cəfəri (هوشنگ جعفری) — müasir azərbaycanlı şair və rəssam. == Həyatı == Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. Amma "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür. == Zəncan == Huşəng Cəfəri Zəncanın adının yenidən Azərbaycana çevrilməsinə dair tezislər ifadə edib və O adın yenidən zəncana verilməsini istəyir.buna görə cəfəri deyir ki zəncanın adı qızıl azərbaycan (qızılın artırılması daha iki azərbaycandan ayrı tutulmasıdır) olmalıdır niyə ki oradan qızıl özən kimi axar çay keçir və dəyərli qızıl, mis və ayrı mədənlər bu ostanda bulunur.
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Kürsəngi
Kürsəngi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir. Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur. == Coğrafiyası və iqlimi == Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir. == Əhalisi == Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır. === Görkəmli şəxslər: === Əlipənah Bayramov – Jurnalist, "Xalq qəzeti"-nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi". === Birinci Qarabağ müharibəsi şəhidləri: === Mayılov Qarabala Ağabala oğlu Atamoğlanov Əbülfət Sabir oğlu === Vətən müharibəsi şəhidləri: === Həmidov Əmrah Firavan oğlu İmanov Səməndər İsaxan oğlu == Din == Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.
Bürsen
Bürsen (fr. Burcin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kanton-dü-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38063. Kommunanın 1999-cu il üçün əhalisi 370 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 453 ilə 734 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. == Tarixi haqqında == Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Huşəng ibn Kavus
Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu. == Hakimiyyəti == Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi.
Eyst Turseax
Eyst Turseax (pol. Eist Tuirseach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kralı, kraliça Kalantenin ikinci həyat yoldaşı. == Bioqrafiya == Eyst Turseax Skelliq kralı Branın qardaşı, yarl Krax an Kraytın dayısıdır. O, hələ həyat yoldaşının sağlığında yaxın münasibətdə olduğu Sintra kraliçası Kalante ilə evlənir və Pavettanın atalığı olur. Onun Kalante ilə evliliyi 14 il davam edir. Eyst Turseax nilfqaardlılara qarşı Marnadal döyüşündə həlak olur. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Eys rolunu Byörn Hlinur Haraldsson canlandırmışdır. Personaj serialın pilot seriyasında nilfqaardlılara qarşı döyüşdə həlak olsa da, sonradan keçmiş dövrün hadisələrini təsvir edən dördüncü və yeddinci seriyalarda yenidən görünür.
Sərsəng (1975)
== Məzmun == Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng SES
Sərsəng SES ya Tərtər SES (tam adı: Sərsəng/Tərtər Su Elektrik Stansiyası) — Azərbaycana məxsus 1976 ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su elektrik stansiyası. == Texniki göstəriciləri == Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. === Vəziyyəti === Qeyd etmək lazımdır ki, Sərsəng respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Kürsəngi dağı
Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən dağ və sönmüş palçıq vulkanı. Cənub-Şərqi Şirvan düzündə yerləşir və Kür-Araz ovalığının ən böyük palçıq vulkanlarından biridir. Hündürlüyü təxminən 77 metrdir. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olub. Kürsəngi kənd qəbiristanlığıda bu dağda yerləşir.
Kürsəngi yatağı
"Kürsəngi" neft yatağı Bakı şəhərindən 100 km aralıda, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində Ələt stansiyasından 30–32 km cənub-qərbdə, Kürsəngi kəndi ərazisində, "Kürovdağ", "Mişovdağ" və "Qalmaz" yataqlarının arasında yerləşir. Sahədə struktur-axtarış işlərinə 1937-ci ildən başlanılıb. 1947–1948-ci illərdə aparılan seysmik-axtarış işləri nəticəsində burada antiklinal qırışıq müəyyən olunub. 1959-cu ildə sahədə 3 ədəd kəşfiyyat quyusu qazılsa da, layihə dərinliyinə çatdırılmayıb. 1960-cı ildə qazılan 5 saylı quyu 2896 metr dərinlikdən sutkalıq 20–25 ton neft hasilatı ilə işlənməyə cəlb olunub. Bundan sonra, qazılan 8 (55–60 ton/gün) və 6 saylı (150 ton/gün) kəşfiyyat quyuları da sənaye əhəmiyyətli neft verib. "Kürsəngi" yatağı tektonik cəhətdən şimal-qərb istiqamətində uzanan əyilmiş braxiantiklinal quruluşludur. 1961-ci ildə struktur-axtarış qazması zamanı bir sıra quyulardan sənaye əhəmiyyətli neft və qaz alınıb. 1977-ci ildə "Kürsəngi" yatağının "Kürsəngi şimal" və "Kürsəngi cənub" qırışığından ibarət olması və bir neçə neftli-qazlı horizontlar aşkar edilib. Yataqda ümumilikdə 495 quyu qazılıb.
Alan Turinq
Alan Metison Türinq (ing. Alan Mathison Turing [ˈtjʊərɪŋ]; 23 iyun 1912[…], Meyda-Veyl[d], Böyük London – 7 iyun 1954[…], Uimslou[d], Çeşir[d]) — informatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri (1945) və London kral cəmiyyətinin üzvü (1951). Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd "Türinq hesablama maşını", alqoritm anlayışı formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur. A.Türinqin elmi əsərləri – informatikanın əsaslarına (və xüsusilə süni intellekt nəzəriyyəsinə) verilən həqiqi töhfədir. İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökumət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe – Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır). Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. 1948-ci ildə alim Mançester Universitetinin hesablama laboratoriyasında çalışan Maks Robert Nyumanın yanına işə düzələrək, məşhur "Mançester kompüterlərinin" yaradılmasında ona köməklik göstərmiş, bir müddət sonra isə riyazi biologiya nəzəriyyəsi ilə maraqlanmışdır.
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. == Tarixi == Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. == Xarakteristikası == Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. == Növləri == Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Avtomatik tüfəng
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.StG-44-ün açdığı yolda piyada tüfənginin anlayışı tamamilə dəyişdi.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Turinq testi
Türinq testi — 1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. == Testin mexanizmi == Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər. Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.
Türinq mükafatı
Türinq mükafatı (ing. Turing Award) — kompüter sahəsindəki görkəmli elmi və texniki töhfələrə görə Hesablama Texnikası Assosiasiyası tərəfindən verilən ən prestijli mükafat. == Mükafatın statusu və qaydası == Mükafat Hesablama Texnikası Assosiasiyası tərəfindən ilk elektron kompüterlərin meydana çıxmasından çox əvvəl hesablama qabiliyyətinə dair ilk dərin nəticələri alan görkəmli ingilis alimi Alan Türinqin şərəfinə təsis edilmişdir. Mükafat hər il bu sahəyə verdiyi töhfələr hesablama cəmiyyətinə güclü və davamlı təsir göstərən bir və ya daha çox kompüter aliminə verilir. Mükafat bir adama bir dəfədən çox olmayaraq verilə bilər. İnformasiya texnologiyaları sahəsində Turing mükafatı akademik elmlərdə Nobel mükafatına bənzər bir statusa sahibdir. İlk dəfə Türinq mükafatı 1966-cı ildə kompilyator texnologiyasının inkişafına görə Alan Perlisə verildi. 2000-ci illərdə mükafat fondu Intel və Google tərəfindən maliyyələşdirildi, illik mükafat 250.000 dollar idi, 2014-cü ildən bu yana illik mükafat fondu 1 milyon dollara qaldırıldı və Google mükafatın tək sponsoru oldu.
Xursən dağı
Xursən dağı - Kəlbəcər rayonu ərazisində dağ. == Oronim == X əsrə aid mənbədə Xursan Dərbəndlə Şirvan arasında yerləşən knyazlığın adı kimi yad olunur. Tədqiqatçılar bu toponimi xorus/gorus etnonimi ilə bağlayırlar. Oronim "goruslar" mənasındadır.
Türenn (hərbçi)
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. == Həyatı == Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir.1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir. 1646-cı ildə Hessendə isveçli Karl-Qustav Vrangelin qoşunları ilə birləşmiş, onların birgə uğurları Bavariya kürfürstünü Fransa ilə sülh bağlamağa məcbur etmişdir.
Türinq maşını