turmalin
turna-turna
OBASTAN VİKİ
Turnavurdu
Turnavurdu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Turnavurdu oyunu novruz bayramında, bayramqabağı günlərdə eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Bu oyunu həm qızlar, həm də oğlanlar oynayırlar. Uşaqlar iki bərabər dəstəyə ayrılırlar. Hər dəstənin başçısı olur. Dairəvi cızıq çəkirlər. Dəstələrdən birindəki adamların sayı qədər turna eşirlər. Başçılardan biri ovucuna bir şey alır, əllərini bərk yumub o biri başçıya uzadır. Başçı gizlədilmiş əşyanın hansı əldə olduğunu tapsa qalib gəlir, əlini yuman başçının dəstəsi turna çəkilən dairəvi cızığa girir. Kənarda qalan qalib dəstə cızıqdakı turnaları götürməyə çalışır.

Значение слова в других словарях