Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Saman Təhmasibi
Saman Təhmasibi (26 iyul 1985, Sənəndəc) — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi. Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu. Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu. 2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu. Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış elədi və turniri 18-ci pillədə başa vurdu. Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu. Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə elədi. 2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil elədi.
Saman xudat
Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası. Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı. Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi. Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.
Albizia saman
Albizia saman (lat. Albizia saman) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Saman adam
Saman adam — tanımadan və ya fərqi etiraf etmədən faktiki olaraq müzakirə ediləndən fərqli bir arqumentin təkzib edilməsinin qeyri-rəsmi yanlışlığı. Bunla məşğul olan birinin "saman adama hücum etdiyi" deyilir. Tipik saman adam arqumenti, rəqibin fikrini gizli şəkildə başqa bir fikirlə əvəz etməklə və sonradan rəqibin fikri əvəzinə həmin saxta arqumenti təkzib etməklə, onun fikrini təkzib etmək və ya məğlub etmək illüziyası yaradır. Saman adamı arqumentləri tarix boyu polemik debatlarda, xüsusən də yüksək emosional mövzularda istifadə edilmişdir.
Saman (İran)
Saman və ya Sahman — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Samani
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
II Əbdülməlik (Samani)
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar. Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs.
II Əbdülməlik Samani
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar. Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs.
I Nəsr (Samani)
I Nəsr ibn Əhməd (?-892) — 864-892-ci illərdə hakimiyyətdə olan, Samanilər sülaləsindən hökmdar. I Nəsr bin Əhməd Səmərqənd şəhərində taxta yiyələnmişdi. Qüdrətli Samani hökmdarı I Nəsr ibn Əhməd (864-892) saray əhli ilə Heratın ətrafına ova çıxır. Şikar çox, hava əla, ov bir həftə çəkir, hökmdar hələ paytaxta, Buxaraya qayıtmaq barədə düşünmür. Saray əhli isə bezir, daha ovla məşğul olmaq istəmir, amma heç kim cürət edib hökmdara bunu deyə bilmir. Nəhayət, əyan-əşrəf sarayda nüfuz sahibi olan böyük şair Əbu Abdullah Cəfər Rudəkiyə (860-941) müraciət edir. "Nə qədər ov edərlər, arvad uşaq üçün darıxmışıq, bəlkə hökmdarı dilə tutasan. Buxara üçün burnumuzun ucu göynəyir…" Farsdilli xalqların "Şairlərin Adəmi" adlandırdığı Rudəki bu zaman şöhrətinin zirvəsində idi. Qədim mədəniyyətlərini, əvvəlki şöhrətlərini bərpa etmək istəyən farsdilli xalqlar üçün Rudəki qısa müddətdə əsl bayraqdara dönmüşdü. Rudəki misilsiz istedadı ilə qısa müddətdə əsl ədəbi fars poeziyasının təməl daşlarını qoya bildi.
I İsmayıl Samani
Əbu İbrahim İsmayıl ibn Əhməd Samani (fars. ابو ابراهیم اسماعیل بن احمد سامانی‎, tac. Абу Иброҳим Исмоил ибни Аҳмади Сомонӣ, aprel 849, Fərqanə — 24 noyabr, 907) — Samanilərdən tanınmış əmir. Abbasi xəlifəsi Məmun (hökmdarlığı 813-833) dönəmində Fərqanə valilisi olan Əhməd bin Əsədin kiçik oğluydu. Atasının yerinə keçən böyük qardaşı Nəsr bin Əhməd tərəfindən Buxara valiliyinə gətirildi. Bölgədəki qarışıqlıqları aradan götürdükdən sonra, bağlı olduqları Tahirilərin zəifliyindən yararlanaraq müstəqil bir hökmdar kimi davranmağa başladı. Bir yandan da böyük qardaşı Nəsr bin Əhmədə qarşı mübarizəyə girişərək ona üstünlüyünü qəbul etdirməyə çalışdı. İki qardaş arasındaki mücadilənin səbəbini qaynaqlar aradaki fəsadçılara və Nəsrə ödənməsi gərəkən verginin verilməməsinə bağlasalar da, gerçək nədən böyük ehtimalla İsmayılin Buxara çəkisini artımağa çalışması və Nəsrin onu özünə rəqib olaraq görməsindən qaynaqlanmaqdadır. Nəsrin ölümündən (892) sonra da bütün Mavəraünnəhrə hökmdar oldu.
Samana körfəzi
Samana körfəzi (isp. Bahía de Samaná) — Atlantik okeanda Dominikan Respublikasının şimal-şərq sahilində, eyniadlı şəhərdən və burundan cənubda yerləşən körfəz. Onu əhatə edən əsas şəhərlər: Santa Barbara de Samana, Sançes, Sabana de la Maar. Körfəzi şəxsən Xristofor Kolumb adlandırmışdı — Golfo de las Flechas. Şimaldan cənuba qədər uzunluğu — 65 km, şərqdən qərbə isə — 25 km. Körfəz sahilində «Yuna» çayının mənsəbi yerləşir. Körfəzin akvatoriyasında çoxlu riflər var, hansı ki çoxlu turist cəlb edir. Cənub-qərb sahilində «Los Xaytites» milli parkı var, bu guşə tropik bitkilərlə və heyvanlarla boldu. Samanada delfinlərə, qozbel balinalara (yanvar ayının sonundan mart ayının əvvəlinə qədər) rast gəlmək mümkündür. XIX əsrdə Fransa, İngiltərə, ABŞ bir neçə dəfə körfəzi ələ keçirmək üçün danışıqlar aparırdı.
Samana yarımadası
Samana yarımadası — Haiti adasının şimal-şərqində yerləşən yarımada. Yarımada ərazisi Dominikan Respublikasının Samana vilayəti ərazisində yerləşir. Yarımada dağlıq relyefə malikdir. Ərazisinin böyük hissəsi meşələrlə örtülüdür. Sahillərində çoxlu meşəlik vardır. Əsasən avtomobil yolu — DR-5 və DR-133. Yarımadada üç hava limanı vardır: Samana El-Catey. Yarımadada yerləşən yaşayış məntəqələri: Şimaldan və şərqdən Atlantik okean suları, cənubdan isə Samana körfəzi ilə əhatələnmişdir.
Samandar Kukanov
Samandar Kukanov (1945, Özbəkistan) — Özbəkistan SSR Ali Sovetinin deputatı (1989–1992). Samandar Kukanov 1945-ci ildə Özbəkistanın Cizak vilayətinin Feriş rayonunda anadan olmuşdur. 1989-cu ildə Özbəkistan SSR Ali Sovetinə deputat seçilmişdir. O, 1992-ci ildə iqtisadi cinayətlərdə – müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulmuşdur. 24 noyabr 2016-cı ildə həbs müddəti başa çadığı üçün azadlığa çıxmışdır.
Samanilər
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Samanilər dövləti
Samanilər dövləti, Samanilər İmperiyası, Samani əmirliyi və ya sadəcə olaraq Samanilər — 875–999-cu illərdə mövcud olmuş sünni Fars (Tacik) imperiyası. İmperatorluğun mərkəzi Xorasan və Transoxiana idi; ən böyük ölçüdə müasir Əfqanıstanı, İranın böyük hissələrini, Türkmənistanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Qazaxıstan və Pakistanın bir hissəsini əhatə edirdi. Mərkəzi Asiyada Ərəb xilafətinin hakimiyyətinə qarşı xalqların azadlıq mübarizəsi onu zəiflədirdi. Xilafətin ayrı-ayrı yerlərində müstəqil feodal dövlətlər yaranırdı. Bu dövlətlərdən biri də IX əsrin sonlarına yaxın Mərkəzi Asiyada yaranmış Samanilər dövləti idi. Paytaxtı Buxara şəhəri olan Samanilər dövlətinin əsasını iri feodal sülaləsi olan samanilər qoymuşdur. Bu sülalənin banisi iri torpaq sahibi olan Saman Xudat idi. O, İslam dinini qəbul etmişdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar. İlk vaxtlarda Samanilər Xorasan valiləri Tahirilərin vassalları idilər.
Samanilər sülaləsi
Samanilər sülaləsi (875-999) (Farsca: سامانیان Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində qurulmuş, adını qurucusu Saman xudadan alan bir xanədanlıq. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur. Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar.
Samanizadə Ömər Hulusi Əfəndi
Samanizadə Ömər Hulusi Əfəndi (1727, Konstantinopol – oktyabr 1812, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Kürəkəni Məkkəyizadə Asım Əfəndi də şeyxülislamlığa gətirilmişdir. 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. İstanbul qazısı Samanizadə Həsən Əfəndinin oğludur. Atasından və dövrün digər alimlərindən dərslər aldı, qabiliyyəti sayəsində təhsilini qısa zamanda tamamladı və 1749-cu ildə şeyxülislam Əbuishaqzadə Əsad Əfəndidən icazət alaraq müdərris olaraq fəaliyyətə başladı. Qısa müdərrislik xidmətinin ardından qazı olaraq təyin olundu. 1777-ci ildə təyin edildiyi İzmir qazılığında bir il xidmət etdi. 1783-cü ildə Misir qazısı, 1785-ci ilin sentyabrında Məkkə qazısı təyin olundu. 30 dekabr 1786-cı ildə mərasimlə İstanbula qayıtdı. 1790-cı ildə İstanbul qazılığına, 1794-cü ilin iyulunda Anadolu başqazılığına gətirildi.
Samanlı-i Büzürg
Samanlı-i Büzürg (fars. سامانلوي بزرگ‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (9 ailə).
Samanlıq
Samanlıq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Samanlıq kəndi Qoşabulaq bələdiyyəsinə daxildir. Mis çayının hər iki sahilində,Çobandagın ətəyində yerləşən Samanlıq kəndi Kiçik Qafqaz daglarının yamac tipli kənd formasında salınan yaşayış məntəqələrindəndir.Kəndin ərazisində Qalaca deyilən yerdə aşkar olunan qəbirlər və yaşayış yerlərinin qalıqları sübut edirki bu kənd ərazisi Xocalı Gədəbəy (Son Tunc və Erkən Dəmir dövrü) mədəniyyətinin dövrünə aiddir.Samanlıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında 1918-1920 ci illər Gəncə qəzasının Qazax nahiyəsinə aid edilmişdir.1930 cu ildə rayonlar təzədən qurulanda Samanlıq kəndi Tovuz rayonuna verilib.1961 ci ildə Tovuz rayonuna uzaq olduğuna görə, 26 km Gədəbəylə məsafəsinə görə Gədəbəyə verilmişdir.Bu işi o zamankı kolxoz sədri Sadiqov Əsəd kişi Moskovaya rəsmi məktub yazaraq etmişdir.Kəndin ətraf yerlərində olan yer adları Türk ad sisteminə aid olan coğrafi toponimlərdir.Kəndin Şəmkir tərəfində Qazaxlar arxacı,Geriyan meşə,Ortalı təpə,Tovuz tərəfində Qabaqyal dağı,Qaryağdı,şərq hissəsində Düyərli,Qaranlıq,Dikdaş,Zağa dərəsi,Qələmkər kişinin yurdu,Səfərvurulan,Atxalxalı və.s yer adları bu gündə camaat tərəfindən işlədilir. Bələdiyyə sədri Ələkbərov Rasim Şamil oğludur. Samanlıq oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Çoban dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Tovuz r-nunun Alakol kəndindən köçmüş ailələr Samanlıq adlanan keçmiş yurd yerində salmışlar. Gəncə xanlığının Zülqədər tayfasının Zəyəm mahalının yaylaq yeri kimi istifadə olunmuşdur.Allahyar Bəy Zülqədərli bu zonanın yani Xınna dərəsinin bəyi kimi Samanlıq kəndinidə idarə etmişdir.Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarına qədər bu ərazi Alakol kəndinin əkin sahəsi olmuşdur. Sonralar bu ərazi qışlaq, binə, daha sonra isə yaşayış məntəqəsinə çevrildi.
Samanlıq güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Samanqan
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. Əhalisi 1534 nəfərdir.
Samanta Cons
Samanta Cons — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə Samanta rolu aktrisa Kim Ketrall tərəfindən canlandırılmışdır. Ketrall canlandırdığı bu rola görə “Screen Actors Guild Award” və “Qızıl Qlobus Mükafatı”nı qazanmışdır. “Mən nə Demokratlar Partiyasına, nə də Respublikaçılar Partiyasına inanmıram, mən ancaq partilərə inanıram.” Samanta serialın əsas dörd qadın obrazından biridir. Qürurlu, yaxşı sirdaş və çox seksual qadın olan Samanta ilə bağlı hadisələr əsasən seks və qısa ömürlü əlaqələri ilə bağlıdır. O, sözü üzə deyəndir və özünü “yoxlayıcı-seksual” (hər şeyi yoxlayan anlamında) elan edib. Samanta obrazı bir qədər düşüncəsiz, ədalətli, dostlarının yolunda hər şeyə hazır olan və onları müdafiə edən bir tipdir. Samanta ailə həyatına və monoqamiyaya qarşıdır, onun əlaqələri hissi mərhələyə keçdikdə narahat olur, münasibətdə olduğu insanların ona aşiq olmasından çəkinir. Samanta üçün qarşı tərəflə münasibətlər yalnız seksdən ibarət olmalıdır. Samantanın gənclik illəri haqqında çox az məlumat var.
Samanta Cons (Böyük şəhərdə seks)
Samanta Cons — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə Samanta rolu aktrisa Kim Ketrall tərəfindən canlandırılmışdır. Ketrall canlandırdığı bu rola görə “Screen Actors Guild Award” və “Qızıl Qlobus Mükafatı”nı qazanmışdır. “Mən nə Demokratlar Partiyasına, nə də Respublikaçılar Partiyasına inanmıram, mən ancaq partilərə inanıram.” Samanta serialın əsas dörd qadın obrazından biridir. Qürurlu, yaxşı sirdaş və çox seksual qadın olan Samanta ilə bağlı hadisələr əsasən seks və qısa ömürlü əlaqələri ilə bağlıdır. O, sözü üzə deyəndir və özünü “yoxlayıcı-seksual” (hər şeyi yoxlayan anlamında) elan edib. Samanta obrazı bir qədər düşüncəsiz, ədalətli, dostlarının yolunda hər şeyə hazır olan və onları müdafiə edən bir tipdir. Samanta ailə həyatına və monoqamiyaya qarşıdır, onun əlaqələri hissi mərhələyə keçdikdə narahat olur, münasibətdə olduğu insanların ona aşiq olmasından çəkinir. Samanta üçün qarşı tərəflə münasibətlər yalnız seksdən ibarət olmalıdır. Samantanın gənclik illəri haqqında çox az məlumat var.
Samanta Eqqar
Samanta Eqqar və ya Viktoriya Luiza Samanta Mariya Elizabet Tereza Eqqar (ing. Samantha Eggar və ya ing. Victoria Louise Samantha Marie Elizabeth Therese Eggar) — Böyük Britaniya aktrisası. Samanta Eqqar Londonun şimalında yerləşən Hampsted rayonunda anadan olmuşdur. Onun atası Britaniya briqada generalı Ralf Eqqar, anası isə Müriel idi. Onun uşaqlığı Bakinqemşir qraflığında keçmişdir. 5 yaşında o, qadın monastırına getmiş və 17 yaşına qədər orada qalmışdır. Səhnəyə məhəbbət isə məktəb pyeslərindən və konsertlərindən sonra başlamışdı. Samantanın anası qızının Kral İncəsənət Akademiyasında təhsil almasının əleyhinə idi, lakin onun rəssamlıq məktəbini, sonra isə Londonda Vebber Duqlasın Dram İncəsənət məktəbini bitirməsinə razılıq verdi. Onun ilk pyesi Şekspirin "Yay gecəsində yuxu" əsəri oldu.
Samanta Foks
Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Samanta Foks (ifaçı)
Samanta Foks (ing. Samantha Fox 15 aprel 1966) – Böyük Britaniya fotomodeli və ifaçısıdır. Samanta Foks 15 aprel 1966-cı ildə London şəhərində Patrik Con və Kerol Enn Foksun ailəsində anadan olmuşdu. Onun Kiçik bacısı Vanessa və atasının ikinci evliliyindən Frederik adlı ögey qardaşı vardır. İlk dəfə ekrana 3 yaşında çıxmış və televiziya karyerasına başlamışdır. 1980-cı illərin əvvəlində Samanta Foksun anası Kerol Foks onun şəklini çəkərək, «Face and Shape of 1983» adlı modelləri hazırlaşdıran "The People" qəzetinin müxbirlərinə göndərir. Müxbirlər Samantanın şəklini bəyənirlər və onu modelyerlik karyerasını başlamağı dəvət edirlər. Onun şəkli "The Sun" qəzetinin 3-cü səhifəsində 1984, 1985 və 1986-cı illərdə qələbə qazanır. Həmçinin, bu müddətdə musiqi karyerasına başlayır. Samanta Foks 1986-cı ildə Touch Me (I Want Your Body) mahnısını ifa edərək böyük populyarlıq qazanır.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Fransuaza Saqan
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[…] – 24 sentyabr 2004[…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır. Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
I Salman
I Salman - müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətinin (700-1376) hökmdarı (1193-1210). Müasir Nigerin şərq hissəsini, Liviyanın cənubunu və Çad dövlətinin ərazisini əhatə edən Kanema dövlətində 1150-1176-cı illərdə hakimiyyətdə olan I Birinin kiçik oğlu I Salman (qərb mənbələrində adı Abd al Calil Selma (Qara) kimi qeyd edilmişdir) qardaşı Abdullahın (qərb mənbələrində adı Bikuru və ya Bekru kimi qeyd olunmuşdur) 1193-cü ildə ölümündən sonra mai (hökmdar) olmuşdur. (Kanema hökmdarlarının adlarının qərb və şərq mənbələrində fərqli səslənməsinin əsas səbəbi onların mənsub olduğu Sayfava sülaləsinin (1085-1376) hökmdarlarının islam dininə etiqad etmələri olmuşdur. İslam dinini qəbul edən hökmdarlar özlərinə müsəlman adlarını götürmüşlər). I Salmanın hakimiyyəti illərində Kanema dövlətinin güclənməsi davam etmişdir. O, uğurlu hərbi yürüşlərə çıxaraq beynəlxalq karvan yollarının keçdiyi Çad gölündən Çadoya qədər olan ərazini ələ keçirmişdi. I Salman tacirlərin təhlükəsizliyini təmin etmək üçün yol kənarlarında karvansaralar tikdirmiş, sonralar onların çoxu şəhərlərə çevrilmişdi. I Salman Çad gölünün qərbindəki Born əyalətini də ələ keçirməyə müvəffəq olmuşdur. Köçəri qəbilələrin hücumlarının qarşısını aldığı üçün əkinçilər, sənətkar və tacirlər I Salmana rəğbət bəsləyirdilər. O özü də xarici ölkələrə mal aparan karvanlarda şərik kimi fəal iştirak etməklə böyük gəlir əldə edirdi.
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.
Laman (Lerik)
Laman — Azərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. Əhalisi 524 nəfərdir. Oykonim şahsevənlərin laman tirəsinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Ərdəbilli Təvabi Məhəmmədxan özünə məxsus şahsevən ailələri ilə birlikdə Qubalı Fətəli xanın (1762-89) icazəsi ilə Quba xanlığına gələrək Şabran və Müşkür mahallarında Çaxmaqlı, Xisun, Cığatay, Hacılı, Xırmandalı, Gəbəli, Ustaclı, Laman və Qaradağlı kəndlərini bina etmişdir.
Laman (Xaçmaz)
Laman — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçay və Caqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir.
Maman (Miyanə)
Maman (fars. ممان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 889 nəfər yaşayır (280 ailə).
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Şaman (şəhər)
Şaman — Pakistanın şimalında, Bəlucistan əyalətində şəhər. Əfqanıstan sərhəddində yerləşir və Qəndəhar vilayəti ilə qonşudur. Əfqanıstan sərhəddinə yaxın olduğu üçün şəhər "Qızıl ayparanın" ən önəmli ixracatçı şəhərlərindən biridir.
Şaman Qayası
Şaman Qayası burnu, həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.. İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
Şaman burnu
Şaman burnu (bur. Айха Шулуун, rus. Шаманский мыс) — Baykal gölünün qərb qutaracağında, Slyudyanka şəhəri ilə Kultuk qəsəbəsi arasında yerləşən burun. Yerli sakinlər və turistlərin ən sevimli istirahət məkanlarından biridir. Gölün içərilərinə 600 m məsafədə daxil olur. Kultuk körfəzinin mərkəzində yerləşir. Burunun şərq hissəsi «Starı kamen» adlanır. Eni 30 m, uzunluğu isə 200 netrdən çoxdur. Əsas buruna 10 m eni olan bərzəxlə birləşir. Buryatlar arasında burun müqəddəs sayılır.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Qışlaq-i Salman və Alman (Pərsabad)
Qışlaq-i Salman və Alman (fars. قشلاق سلمان والمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).