TURNAVURDU

(Ucar)
uşaq oyunu adı. – Turnavurduda yə altı, yə səkkiz, yə on, yə oniki uşaq oynuyur
TURNAVİDƏ
TURNU
OBASTAN VİKİ
Turnavurdu
Turnavurdu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Turnavurdu oyunu novruz bayramında, bayramqabağı günlərdə eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Bu oyunu həm qızlar, həm də oğlanlar oynayırlar. == Oyunun qaydaları == Uşaqlar iki bərabər dəstəyə ayrılırlar. Hər dəstənin başçısı olur. Dairəvi cızıq çəkirlər. Dəstələrdən birindəki adamların sayı qədər turna eşirlər. Başçılardan biri ovucuna bir şey alır, əllərini bərk yumub o biri başçıya uzadır. Başçı gizlədilmiş əşyanın hansı əldə olduğunu tapsa qalib gəlir, əlini yuman başçının dəstəsi turna çəkilən dairəvi cızığa girir. Kənarda qalan qalib dəstə cızıqdakı turnaları götürməyə çalışır.