TƏHLƏ

(Cəlilabad)
liman, körpü. – Bərgahda təhlə vareydi, gəmiynən ordan oların taxılın daşıydılar
TƏHƏRRƏNMƏX’
TƏHLİM
OBASTAN VİKİ
Təhlə
Təhlə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Təhlə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd.
Ağ-Təhlə
Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiası == Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir. Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır.
Təhlə (Bərdə)
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Təhlə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. Bərdə rayonunda da bu adda kənd mövcuddur. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.
Təhləli Novruz
Təhləli Novruz (22 mart 1912, Borçalı qəzası) — Azərbaycanlı sufi-şair. Təhləli Novruz 1912-ci ilin martın 22-də Qarayazı bölgəsində, indiki Qardabani rayonunun Təhlə kəndində anadan olub. O hələ balaca imişkən oxumayacağını demişdi ancaq 17 yaşında şair bir çox şeir yazmağa başladı 1939-cu ildə şairin atasını sürgün etmişdilər.Belə şeylər Qarayazı kəndində çox olurdu 1940-cı ildə şairiə şər atılıb dustaqxanaya salmışdırlar və ona 10 il iş vermişdilər.Təhləli Novruz 9ğ-cu ili bitəndı şairi azad etmişdirlər çünki Sovet itdifakı dağılmışdı. Təhləli Novruzun şeirləri və bir dastanı ilk dəfə ədəbiyyatşünas Əbdüləli İbrahimsoy tərəfindən 1991-ci ildə çap olunub. Daha sonra Allahverdi Təhləli tərəfindən şairin şeirlər kitabı çapdan çıxıb. Kitabda şairin 360-a yaxın şeiri toplanıb. Təhləli Novruzun “Zərqam uşaq” və “Sam şahzadəsi” dastanları Azərbaycan və Gürcüstan dastanları toplusunun 5-ci cildində çap olunub.