Təkdırnaqlılar (lat. Perissodactyla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Cütdırnaqlılardan fərqli olaraq, dırnaq əmələ gətirən barmaqlarının cüt sayda olmaması xarakterikdir. Dəstəyə ümumilikdə 17 növü əhatə edən 3 müasir fəsilə daxildir: Atlar (Equidae), Kərgədanlar (Rhinocerotidae) və Tapirlər (Tapiridae).