TƏKNƏ

сущ.
1. корыто:
1) сосуд для замешивания теста и других домашних надобностей, сделанный из расколотого пополам и выдолбленного бревна; xəmir təknəsi квашня (деревянная посудина для заквашивания теста)
2) посуда для поения, корма скота, птиц и т.п.
2. ковш (приспособление в различных механизмах, производствах). Ekskavatorun təknəsi ковш экскаватора, dəyirman təknəsi мельничный (мукомольный) ковш
3. корпус (остов лодки и т.п. со всей наружной обшивкой). Qayığın təknəsi корпус лодки
4. количество зерна, муки, вмещающегося в кадку (бочку с прямыми боками и одним днищем). Beş təknə un пять кадок муки; təknə mərtəbəsi магазин (запасное помещение в пчелином улье)
TƏKMİLLİK
TƏKNƏCİK
OBASTAN VİKİ
Təknə dağı
Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir.
Təknə qəbir
Təknə qəbir, gil sarkofaq və ya vanna qəbir — Qafqaz Albaniyası ərazisində mövcud olmuş qəbir tipi. Azərbaycanda əsasən Göyçay, Türyançay, Girdimançay hövzələri üçün səciyyəvidir. == Səciyyəvi xüsusiyyəti == Təknə tip qəbirlərdə ölü dördkünc və ya oval formada olan gildən hazırlanmış təknəyəbənzər saxsı içərisində dəfn olunurdu. Gil təknələrin ölçüləri əsasən 60-80 sm aralığında müşahidə olunur. Bəzi saxsı tabutların yan tərəflərində tutmaq üçün dəstəyi də olur. Qəbir avadanlıqları gil təknənin ətrafına və ya içərisinə (kiçik ölçülü əşyalar olduqda) qoyulurdu. Mərhum sağ və ya sol böyrü üstə olmaqla bükülü vəziyyətdə yerləşdirilirdi. == Arxeoloji qazıntılar == Təknə qəbirlər əsaslı şəkildə ilk dəfə 1930-1960-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı öyrənilmişdir. Bu illər ərzində İsmayıllı rayonunun bir neçə kəndində (Mollaisaqlı və Sultankənd, Qışlaq və Qalagah kəndlərində), Qəbələ şəhərinin xarabalıqlarında, Mingəçevirdə bir neçə təknə qəbirlər tədqiqata cəlb olunublar . Təknə qəbirlər haqqında ilk məlumatları professor Y.A.Paxomov 1933-cu ildə Mollaisaqlı kəndindən maddi-mədəniyyət nümunələrinin tapılması zamanı vermişdir.
Təknəli
Təknəli (Qızıl Qoç) — Qızıl Qoç (Qukasyan) rayonunda kənd.
Təknəli (Qars)
Təknəli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 375 nəfərdir (2022).
Təknəli (Qızıl Qoç)
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. 1728-ci ildən mə’lumdur. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir. == Toponimi == Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.

Значение слова в других словарях