Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bir sinədə iki ürək (film, 1987)
Bir sinədə iki ürək qısametrajlı sənədli filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın Qax bölgəsində Əlibəyli və Qapaxsilaq kəndlərində yaşayan azərbaycanlı və gürcülərin dostluğundan danışılır. == Məzmun == Filmdə Azərbaycanın Qax bölgəsində Əlibəyli və Qapaxsilaq kəndlərində yaşayan azərbaycanlı və gürcülərin dostluğundan, bir yerdə mehribancasına ömür sürmələrindən, bir-birilərinə köməklik göstərmələrindən danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sinədöydü
Sinədöydü — Məhərrəm ayında adətən şiə müsəlmanları tərəfindən edilən, sinənin döyülməsi və nəğmə vasitəsilə kədərin ifadə edildiyi mərasim. Ərəbdilli və farsdilli ölkələrdə ölkələrində latmiyya və ya lətmiyyə kimi, Hindistan və Pakistanda matəm və ya matəm-dari, həmçinin sinə aanni (sinənin döyülməsi) kimi tanınır. Sinədöydü çox vaxt Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin şəhadətinin xatirəsinə edilir. Sinədöydü 680-ci ildə baş verən Kərbəla döyüşünü Hüseyn ibn Əlinin Übeydulla ibn Ziyadın qüvvələri tərəfindən şəhid edilməsini xatırladan mərasimlər toplusu olan Məhərrəmliyin bir hissəsidir.
Sinəsər (Germi)
Sinəsər (fars. سينه سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (15 ailə).
Narıncı sinəli qızılquş
Narıncı sinəli qızılquş (lat. Falco deiroleucus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Sinək (Xürrəmdəşt)
Sinək (az.-əski. سینَک‎, fars. سینک‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 266 nəfər yaşayır (87 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Binə
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. == Tarixi == Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. == Adlandırılması == Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. == Tətbiq sahəsi == Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) — İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.
Kinə ağacı
Kinə ağacı (lat. Cinchona) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. == Həyatı == Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Minə Nəzirova
Minə Bəşir qızı Nəzirova (d.1914, Suvagil, Zaqatala rayonu — v.1984) — sovet təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1958), SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı.
Qurindervir Sinx
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sadi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. == Həyatı == Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. == Fəaliyyəti == === Aktrisa === Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. === Model === Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.
Sind dili
Sindhi dili Pakistannın Sind əyaləti və Hindistannın şimal bölgələrində Sindllilər tərəfindən danışılan Hind-Avropa dillərindəndir.
Sind milliyyətçiliyi
Sind millətçiliyi - Sind Millətçilik hərəkatı kimi də tanınır (Sind dilində: سنڌي قومپرستي يا سنڌي قومي تحريڪ). Bu hərəkat başlanğıcını 1950-ci illərdən götürür. 1971-ci ildə Banqladeş müstəqilliyini əldə etdikdən sonra Qulam Murtaza Şah Syed millətçiliyə yeni istiqamət verdi və 1972-ci ildə "Jeay Sindh Mahaz"-ın əsasını qoydu. O, Sindudeş ideyasını təqdim edirdi. Bu ideya sindlilər üçün ayrıca vətən, yəni müstəqillik tələb edirdi. Qulam Murtaza Şah Syed müasir Sind millətçiliyinin banisi hesab olunur. == Millətçilik hərəkatı == === Sindin ümumi müstəqilliyi === Sind millətçilik hərəkatının tələbləri içərisində geniş mədəni, iqtisadi və siyasi hüquqlardan siyasi muxtariyyətə və Pakistandan birbaşa ayrılmağa, Sindudeş adlanan müstəqil dövlət yaratmağa qədər tələblər var idi. Bu tələblər 1972-ci ildə Qulam Murtaza Şah Syed tərəfindən irəli sürülmüşdür ki, Sind separatçı qüvvələrinə Pakistandan Sindin ayrılmasına dəstək olsun. 1972-ci ildə Sind millətçiliyinin banisi Qulam Murtaza Şah Syed "Jeay Sindh Mahaz (JSM)" təşkilatının əsasını qoydu. Sonradan JSM bir çox qollara ayrıldı.
Sind mətbəxi
Sind mətbəxi (Sind dilində: سنڌي کاڌا) — Pakistanın Sind əyalətində yaşayan sindlilərin ənənəvi mətbəxi. == Haqqında == Gündəlik yemək buğda və düyüdən hazırlanmış yaymadan ibarətdir, biri souslu və biri quru kəsmikli yeməkdən ibarətdir. Bu gün sindhi yeməyi bir çox ölkələrdə, o cümlədən də 1947-ci ildə müstəqillik əldə etdikdən sonra hindus sindhlilərin böyük bir hissəsinin miqrasiya etdiyi Hindistanda qida rasionuna daxildir. Sind əyaləti müstəqilliyə qədər Bombey prezidentliyinin hakimiyyəti altında olub, Bombey və Sind də adlanırdı. Qucarat və Racastxanla yaxın olduğuna və hazırkı Bombeylə siyasi əlaqələrinə görə onun ümumi mətbəx ənənələri olmuşdur. Ulxasnaqarda Sindlilər bir neçə xüsusi yemək növündə bu ənənəni qoruyub saxlamışdılar. Bu növlərə misal olaraq Batan Papdi, Sev Dal Sendviç, Dahi Sev Puri və d. yeməklərini qeyd edə bilərik. Sarımsaq souslu pamfre - sebastes balığından soğan və pomidorla bişirilən yeməkdir. Çapati adı buğda unu çörəyi ilə yeyilir.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. == Haqqında == Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Sind tarixi
Sind tarixi — Sind əyalətinin keçmişi. == Paleolit və mezolit == == Mis və tunc dövrü == == Ərəb istilası == Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı.
Sind şahlığı
Sind şahlığı — "Mahabharata" və "Harivamsa-Purana" epik kitabında xatırlanan qədim hind şahlığı. == Haqqında == Sind şahlığı müasir Pakistan ərazisində, qədim Hindistanda Sind (Hind) çayın sahilləri boyu ərazidə yerləşirdi. Hesab edilir ki, Sind şahlığının əsası Vrsadarbh tərəfindən qoyulmuşdu. O Sivi oğullarından biri idi. Mirçandaninın müəllifi olduğu "Qədim Sind düşüncələri"nə əsasən, sonralar Sind kimi tanınan Tulsianis yerdə, indiki Mithankot şəhərinin ərazisində (cənubi Pəncabda) yerləşirdi. Şahlığın sakinləri sindus və ya sindxavami adlandırılırdı. "Sindhu" hərfən "dəniz" mənasını bildirir. "Mahabharata" epik kitabına əsasən, Cayadratha (Duryodhananın bacısının əri) Sindus Suviras və Sivis şahı idi. Ehtimal ki, Sauvira və Sivi sindhu şahlığına yaxın iki şahlıq idi və Cayadrata onları bir müddət işğal etməyə müyəssər olmuşdu. Sindhu və Sauvira, görünür, bir-biri ilə vuruşan iki vuruşan dövlət idilər.
Sind əyaləti
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. == Tarixi == Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Sink oksid
Sink oksid ZnO (sinkit) - ağ rəngli qeyri-üzvi maddədir. Suda həll olunmur, 1800 °C-ə qədər qızdırdıqda və sublimasiya zamanı saralır. == Fiziki xassələri == Altıbucaqlı, iysiz kristalik strukturu olan tozdur. == Alınması == Sink hidroksidin parçalanması zamanı alınır: Zn (OH)2→ ZnO + H2O (t=100-250°C). Sinkin oksigenlə qarşılıqlı təsirindən alınır: 2Zn + О2 → 2ZnО Həmçinin sink duzlarının parçalanması zamanı alınır. == Kimyəvi xassələri == Sink oksid amfoter oksidlərə aiddir. Turşularla reaksiya zamanı sink duzları alınır: ZnO+2HCl→ZnCl2+H2O Qələvilərlə reaksiya zamanı kaliun sinkat və su alınır: ZnO+2KOH→K2ZnO2+H2O ZnO + CoO → CoZnO2 Bor oksid və silisium dioksid ilə reaksiya zamanı şüşəyə oxşar boratlar və silikatlar alınır: 2ZnO + SiO2 → Zn2SiO4, ZnO + B2O3 → Zn(BO2)2. == Tətbiqi == ZnO tibdə istifadə olunur.Sink oksidinin müasir tibbdə və kosmetologiyada geniş yayılması çoxfunksiyalılığı, geniş spektrli fəaliyyət və mükəmməl müalicəvi xüsusiyyətləri ilə əlaqədardır. Sink oksid tərkibli preparatlar yaxşı sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malikdir. Toksikliyi ZnO buxarı orqanizmə düşdükdə gözlərə və tənəffüs yollarına pis təsir edir, qıcıqlanma yarada bilər.
Sint-Estatius
Sint-Estatius (nid. Sint Eustatius) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən biri. Rəsmi dili Niderland dilidir. Ərazisi 21 km² olan bu adada 3,877 nəfər yaşayır. Paytaxtı Oranyestad şəhəridir.
Sint-Marten
Sint-Marten (nid. Sint Maarten) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizində yerləşir. Paytaxtı Filipsburq şəhəridir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 37 km²-dir. == Əhalisi == 2011-ci ilin məlumatına görə halisi 33,609 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Official website of the Sint Maarten government Philipsburg Jubilee Public Library St. Maarten Chamber of Commerce and Industry (official site). St.
Siqə (termin)
Siqə — Ərəb dilində mənası "güvənilən"dir. Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəmiyyət kəsb edir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Fine Line
Fine Line — İngiltərə müğənnisi Harri Staylsın ikinci studiya albomu. 13 dekabr 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir. Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. == Tarixi == Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. === Makedoniyalı İsgəndərin dövründə === Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu.
Sinek
Sinek — rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Wine
Wine — Unix bənzəri əməliyyat sistemimlərində Windows üçün yaradılmış tətbiqləri açmağa imkan verən azad və açıq kodlu proqramdır. WINE rekursiv akronimdir, "Wine Is Not Emulator" yəni "Wine emulyator deyil" deməkdir.
Şivə
Şivə, həmçinin subdialekt və ya altdialekt (q.yun. διάλεκτος, "diskurs") — müəyyən bir dildə danışanların kiçik, adətən coğrafi cəhətdən əlaqəli hissəsi tərəfindən ünsiyyətdə istifadə olunan dil növü. Bu, dialektin əsas bölgüsüdür. == İstinadlar == == Xarici keçidlər == Булич С. К. Говор // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Говор // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Brooklyn Nine-Nine
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Şiə
Şiəlik (ərəb. الشيعة‎) ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur.
Mine Okubo
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. == İlk illəri == Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.