Təsbeh
Təsbeh — dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası sayılan və ərəb dilində subha kəlməsindən (Sübhanallah sözünün qısaldılmış forması) törəyən təsbeh sözü yalnız fars və türk dillərində bu cür səslənir. Əfqanlar ona tisba, tatarlar isə dispe deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı mədh etmək, tərifləmək deməkdir.
Müsəlman dünyasında təsbehdən istifadənin yaranma tarixçəsi haqqında tədqiqatçılar, əsasən, iki fikir yürüdürlər. Birincilər belə hesab edirlər ki, bir neçə hədisdə təsbeh haqqında az da olsa məlumat verilmiş və Həzrət Peyğəmbərin (s) bununla bağlı müəyyən təlimatları olmuşdur. Lakin bu fikir təsdiqini tam tapmamış və ona əks qüvvətli dəlillər gətirilmişdir. Hətta, dörd raşidi xəlifələr dövründə təsbeh haqqında hər hansı məlumata rast gəlinməmişdir.
Əslində bu əşyanın tarixçəsi elə din məfhumu qədər qədimdir desək yanılmarıq. Tarixi mənbələr bizə məlum ən qədim təsbehlərin e.ə.