udege 2021

udege
uddurmaq
udegecə 2021
OBASTAN VİKİ
Udegey dili
Udegey (udey) dili — udegeylərin dili, digər amur dilləri ilə birlikdə Tunqus-mancur dilləri dil ailəsinin tunqus qrupunun amur yarımqrupunu təşkil edir. Oroç dilinə yaxındır. Rusiyanın Primorsk və Xabarovsk diyarlarının bir neçə kənd rayonlarında yayılıb. Ərazi ruplarının danışığında müəyyən fərqlər vardır. Sayları — 103 nəfərdir (2010, siyahıya alınma). 2002-ci ildə udegey dilində 227 nəfər danışırdı. Udegey dilində əsasən yaşlı nəsil məişətdə istifadə edir ( 70 yaşdan yuxarı). Bütün udegeylər rus dilində sərbəst danışır, bəziləri oroç və nanay dillərini yaxşı bilirlər. Doğma dil kimi udegeylərin 24,3 %, rus dilində, 17,6 %Rusiyanın digər dillərində sərbəst danışır. Суник О. П. Удэгейский язык // Языки мира: Монгольские языки.
Udegeylər
Udegeylər, удэге́ (1956 ilə qədər— Udexeyç', həmcinin Ydexe) — Rusiya Federasiyasında Uzaq şərq bölgəsində yayılmış yerli xalq. Monqoloid irqinə mənsubdurlar. Dil — Udegey dili Tunqus-mancur dillərinin amur qrupunda danışırlar. Oroçi dilinə yaxınlığı ilə seçilir. Hazırda əhalinin böyük əksəriyyəti rus dilində danışır. 2002-ci ilə olan məlumata əsasən udegeylərin əraziyə görə sayları Primorsk diyarı: Kerasnıy Yar kəndi - 378 nəf Aqzu kəndi - 120 Xabarovsk diyarı: Qvasyoqi kəndi - 146 2002-ci il məlumatına əsasən Rusiya ərazisində 1657, Ukraynad isə 2001 ilə olan məlumata əsasən 41 nəfər udegey müəyyənləşmişdir. Sorğu nəticəsində 42 nəfərdən cəmi 8 (19 %) udegey dilini doğma dili hesab etmişdir. Altı nəfər doğma dillərinin ukrayn, yerdə qalanlar isə rus dili olduğunu bildirmişlər. Bununla da Rusiya və Ukraynada olan udegeylərin ümumi sayı 1,7 min nəfər təşkil etmişdir. SSRİ/Rusiyada sayları Udegeylər əsasən Primorsk diyarı ərazisinfə yayılmışlar.