Urbanizasiya
Urbanizasiya (lat. urbanus — şəhər kimi) — şəhərlərin cəmiyyətin inkişafında rolunun artması prosesinin elmi adı. Urbanizasiya aşağıdakılarla xarakterizə olunur:
Şəhərlərin və şəhər əhalisinin çoxalması;
Şəhər həyat tərzinin yayılması.
Müasir urbanizasiya prosesinin 3 əsas xüsusiyyəti var:
Şəhər əhalisinin artım sürətinin yüksək olması;
Əhalinin və təsərrüfatın, əsasən, böyük şəhərlərdə cəmləşməsi;
Şəhərlərin genişlənərək aqlomerasiyalara (meqapolis) və meqalopolislərə çevrilməsi.
Urbanizasiyaya şəhərlərdə sənayenin həcminin artması, şəhərin mədəni və siyasi funksiyalarının artması, əməyin bölgüsü strukturunu dəyişməsi şərtləri səbəb olur. Urbanizasiyanın əsas göstəricisi kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüməsi və ətraf kənd yaşayış yerlərini öz tərkibinə qatmasıdır.
Urbanizasiya prosesində şəhərsalma texnologiyası, onun hüquqi və sosial-ekoloji tərəfləri mühüm şərtlərdən biridir. Son illərdə Bakı şəhərində xeyli çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafındaşəxsi evlərin tikintisinin sürəti şəhərsalmanın hüquqi və sosial-ekoloji məsələlərinin aktual problem olduğunu göstərir.
Urbanizasiya prosesində iri şəhərlərin qlobal ekoloji bəlalarından biri də dünya miqyasında nəqliyyat vasitələrinin sayının çoxalması ilə əlaqədardır. Daxili yanma mühərriki ilə işləyən nəqliyyat növləri havadakı oksigeni mənimsəyərək əvəzində atmosferə karbon qazı, karbon-oksid, karbohidrogenlər, azot oksidi, benzapiren, qurğuşun, kalium və s.