URF

I
(Göyçay)
urva
II
(Gədəbəy)
100 qram. – İki mırtdaη, bir urf olu:r?; – Dörd urfun bir girvəngə: ler
URÇAH
URFALIĞ
OBASTAN VİKİ
Urfa
Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi. Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib. Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır.
Urfa adamı
Urfa adamı və ya Balıklıgöl heykəli — müasir Türkiyənin cənub-şərqində, Yuxarı Mesopotamiyanın coğrafi bölgəsində Urfa yaxınlığındakı Balıklıgöldə aparılan qazıntılarda tapılan qədim insan formalı heykəl. Heykəlin hündürlüyü təxminən 1,80 metrdir. Gözlər qara obsidianın seqmentləri olan dərin dəliklərdən ibarətdir. Əllər cinsiyyət orqanını örtərək qabağını bağlayır. Heykəlin təxminən eramızdan əvvəl 9.000-ci ilə aid olduğu düşünülür və dünyanın ən qədim heykəli olduğu iddia edilir. Eramızdan əvvəl 9000-ci il neolit dövrünə aiddir və "insanların ən qədim naturalistik canlı ölçülü heykəli" hesab olunur. Bildirilir ki, 1993-cü ildə Balıklıgölün Yeni Yol küçəsində, 1997-ci ildən etibarən dulusçuluqdan əvvəlki neolit ​​dövrünə aid yerin araşdırıldığı yerdə aşkar edilib.
Urfa döyüşü
Urfa döyüşü — Qüvayi-milliyə birlikləri ilə Fransa ordusu arasında Fransa–Türkiyə müharibəsi zamanı baş vermiş döyüş. Mudros barışığının 7-ci maddəsinə görə "Müttəfiqlər, təhlükəsizliyi şübhə altına alan bir vəziyyətdə hər hansı bir strateji bölgəni işğal haqqı verilir" hökmü ilə hərəkətə keçən ingilislər 1919-cu il 24 martda Şanlıurfa bölgəsini işğal etdilər. Bir ingilis podpolkovniki, iki zabit və 1 zirehli avtomobillər ilə Urfaya gələn ingilis komandiri ziyarət getdiyi Mutasarrıfı Nüsrət bəyə "Qalib bir hökumətin zabiti niyə qarşılanmır?" soruşduqda Nüsrət bəy "Haqsız yerə məmləkəyi işğal edən bir ordunu qarşılamağa çıxmaq bir türk mutasarrıfa yaraşmır. Siz bir qonaq kimi gəlsəydiniz,sizi qarşılamağa çıxardım" cavabını vermişdi. 200 nəfərlik bir piyada bölüyü, 1 zirehli, 6 yük və 3 sərnişin olmaqla ümumilikdə 10 avtombil və 50 yük avtomobili ilə Urfanı işğal edən ingilislər, səhərisi gün Urfada olan 1-ci süvari Alay komandiri Mayor Hüseyn bəydən Alayın Urfanı tərk etməsini istədi. Vəziyyət rəhbərliyə bildirildikdən sonra Urfada 1 zabir və 1 süvari taqımı saxlanılaraq Alay Qarakörpüyə, sonra isə Siverek bölgəsinə getdi. İngilislər bölgədə olduqları müddətdə xüsusilə əsgərlərlə əlaqə qurmağa çalışırdılar. İngilislər üçün əhəmiyyətli olan Milli tayfa rəisi İbrahim Paşanın oğlu Mahmud bəyə, kürd Lavrenc adlandırılan mayor Noel və kapitan Voleyi göndərib Qafqaz və Mesopotamiya arasındakı bölgəni yoxlamağa göndərdi. Bununla da kifayətlənməyərək Xaləbdəki ingilis generalı Barrov, Mahmud bəyi 30 iyunda Urfaya dəvət etdi. Mahmud bəy 13-cü Diviziyadan aldığı təlimatlara əməl edərək Urfaya getmədi.
Urfan Abbasov
Abbasov Ürfan Ağamehdi oğlu (rus. Урфан Агамехти оглы Аббасов; 14 oktyabr 1992, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu, "Qəbələ" klubunun müdafiəçisi. Həvəskar karyerasında 2011-ci ildə başlayan Ürfan 6 ay sonra Qəbələ ilə müqavilə imzalayır.
Urfan Məmmədov
Urfan Vəlizadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Urfanı
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan "Urfanı" iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.
Urfaust
Urfaust — 2003-cü ildə Şimali Brabantda qurulmuş Hollandiyalı atmospheric black metal/ambient qrupu. Qrup adını Götenin "Urfaust" adlı əsərindən götürmüşdür. İlk əvvəllər IX ləqəbli (Willem) musiqiçi tərəfindən ambient proyekti olaraq başlamışdır. IX bu formada 2004-cü ilin əvvəllərində layihənin ilk demosu Urvaterlicher Sageni çıxarmışdır. Daha sonra bu layihəyə The Devil's Blood qrupunda aktiv qonaq sənətçi olan VRDRBR ləqəbli baterist qatılmışdır, beləcə bu layihə bir metal musiqi qrupuna çevrilmişdir. Qrup, GoatowaRex adlı rekord şirkətinin də köməyi ilə 1 may 2004-cü ildə Geist ist Teufel albomuyla çıxış etmişdir. Bunu 2005-ci ildə Verräterischer, Nichtswürdiger Geist albomu izləmişdir. Qrup sonrakı 5 ildə müxtəlif Ep və Split'lər çıxarmışdır. Urfaust çıxardığı ikinci split'dən indiyə qədər Nagelfar qrupunun keçmiş bas gitaraçısı Sven Dinninghoff'un rekord şirkəti Ván Records ilə kontratlıdır. Əsas mövzu olaraq nihilizm, ölüm, okkultizm və ritualları seçir.