Urumiyə Şəhristanı
Urmiya şəhristanı (fars. شهرستان ارومیه) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının şəhristanlarından biridir. Şəhristanın (və həmçinin bütün ostanın) inzibati mərkəzi Urmiya/Urmu şəhəridir.
Şəhristan Türkiyə Cümhuriyyətinin Van (çox qısa sərhədə sahibdir) və Hakkari illləri, həmçinin İraq Cümhuriyyətinin İraq Kürdüstanı bölgəsinə tabe olan Ərbil mühafəzası (həmçinin çox qısa sərhədə sahibdir) ilə həmsərhəddir.
Şəhristanın ərazisi 5251 km²-dir.
Mərkəzi bəxşi
İnzibati mərkəzi: Urmiya / Urmu
DEHİSTANLARI
Baxışlıçay dehistanı
KƏNDLƏRİ: Ağcaqala, Almanabad, Aydınlı, Baldırlı, Baracıq, Birlan, Buraşan, Çöhrəqoşa, Darğalı, Dehkədə-i Əsayiş, Dizac-i Nəqalə, İlyasabad, İmamzadə, İslamlı, Gabaran, Gülpaşin/Gülparçin, Qılmanxana, Hacıpirli, Həsbistan, Hisar-i Hacılar, Hisar-i Tarmani, İğdır, İsakan, Carçılı, Kəştiban, Kürdlər, Laşınlı (Laçınlı), Maracul, Maşkabad-i Ülya, Maşkabad-i Süfla, Miyavaq, Üçqabarlar, Püşt-i Gül, Qalılı, Qamət, Qaraağac-i Ülya, Qarahəsənli-i Xacəpaşa, Qaracalı, Qışlaq-i Mirzəəli, Qışlaq-i Məhəmmədqulu, Qoturlar, Reyhanabad, Rikan, Sədəqə, Salehabad, Səngər-i Mirabdullah, Tarmani, Vəzirabad, Yengicə-i Qazi, Yuvalar
Bərəndüz dehistanı
KƏNDLƏRİ: Əliabad-i Bərəndüz, Əngəman, Bənd, Bərəndüz, Bözvə, Çavraş, Didan-i Ülya, Didan-i Süfla, Dizac-i Fəthi, Dizac-i Rəhimpur, Qazanəkeş, Hasukəndi, Havandıq, Heydərli, Cəfəriyan, Canvisli, Cürni, Kilsə-i Sir, Xataylı, Xürrəmabad, Narlar, Saatlıkuh (kuh (farsca) = dağ) / Saatlıdağ, Sarıbəyli-i Musayi, Şəmləkan, Şeyxməzari, Sidək, Sir, Vərməziyar
Bərəndüzçay-i Cənubi dehistanı
KƏNDLƏRİ: Ağbulaq, Balanıc, Bərbəran, Baruj, Bayat, Büzürgabad, Dərinqala, Dolama, Fuladlı (Poladlı), Güldanlı, Hisar-i Ağbulaq, İləzgi, İsalı, Karvansara, Kukiya, Kurani, Mahmudabad, Mübarəkabad, Nivli, Novruzbulağı, Qalacıq, Qasımlı, Rəhimabad, Seylanə, Şabankəndi, Şirukəndi, Təpəmakı, Tərzili, Təzəkənd-i Camalxan, Tülkan, Tumatar, Toppuzabad, Uzunməlik, Zovik
Bərəndüzçay-i Şimali dehistanı
KƏNDLƏRİ: Burxanlı, Dizac-i Təkyə, Fəqihbəyli, Göytəpə, Qaraağac, Qaralar-i Kuh (kuh (farsca) = dağ) / Qaralar-i Qurxana, Qutlu, Qurşalı, Saralan, Sarıbəyli-i Moin, Satlı (Saatlı) / Saatlı-i Bivalə, Şəms-i Hacıyan, Vandayi
Başqala dehistanı
KƏNDLƏRİ: Əmirabad, Əyyublu, Birincabad, Burbur, Çiçəkli-i Mansur, Çiçəkli-i Başqala, Dədəsaqi, Danqaralı, İslampənahabadi Cədid (cədid (ərəbcə) = yeni), Gəznəq, Gülmərz-i Süfla, Göyçəlitəpə / Göyçələrtəpə, Göyçəliaslan, İsalı-i Heydərli, İsalı-i Zəmi, Keçəbaş, Məzrayə-i Üçevlər, Qəhrəmanlı-i Ülya, Qəhrəmanlı-i Süfla, Qala-i Əzizbəy, Qərabqulu, Qazanəli, Qızılhacılı, Qusur, Səfərbehi, Səfərquluxankəndi, Sarıbəyli-i Aralıq, Sarıcalı, Şəhrək-i Gülmərz, Şeyxteymur, Şorkənd, Təkəli, Topraqqala (Torpaqqala), Şəhrək-i Sünəti-i Urmiyə [Urmiya sənaye ərazisi] (Urmia Industrial Estate), Yağmurəli, Yorqunabad-i Ülya, Yorqunabad-i Süfla, Yusifabad-i Şahmirzəkəndi
Dol dehistanı
KƏNDLƏRİ: Balistan, Bərdəkiş, Müctəmə-i Karkənan Karxana-i Siman [(Urmiya) sement kooperativi] (Cement Cooperative, Urmia), Dalov, Dərbənd, Daşağıl, Dizac-i Dövl, İslamabad, Colbar, Kamanə, Kanan-i Ülya, Kanan-i Süfla, Nanas, Narı, Nəsirabad, Naznaz, Pirəli, Qamışlı, Rəşkan, Samartu, Şəhrək-i Rustayi-i Nasir, Soltanabad, Carabad, Zeyvə
Nazlı-i Cənubi dehistanı
KƏNDLƏRİ: Abbasabad, Ərəbli-i Bişə, Ərəbli-i Dərə, Ərəbli-i Yekan, Əsgərabadtəpə, Barbin, Bozlu, Çiçəkli-i Hacıağa, Çonqaralı-i Yekan, Dəstcird, Daylaq, Fağıbəyli, Gərdabad, Qafarbehi, İrəvanlı, Kəkələr, Mərəngalı-i Kiçik, Məzrayə-i Təhqiqəti Tütün, Uzarlı, Qaragöz-i Səlimağa, Qaralar-i Lütfullah, Qaragöz-i El, Qırıqlı, Səidli, Səlimkəndi, Samsalı, Şeyxsərməst, Təzəkənd-i Əfşar, Təzəkənd-i Qışlaq, Furudgah-i Urmiyə [Urmiya hava limanı] (Urmia Airport), Zaiyəkəndi
Rövzəçay dehistanı
KƏNDLƏRİ: Əliabad, Alvac, Anhar-i Ülya, Anhar-i Süfla, Aşnaabad, Bədəki, Balacı, Balı, Dərəzəm, Gəcin, Gəncabad, Gülhar, Gözgəvənd, Cihadlı, Kaniquzan, Kəvələq, Xəlifatan, Xangah-i Alvac, Kutalan, Lerni, Lur, Məzrayə-i Nəsrabad, Mirabad, Pirmurad, Qarahəsənli, Qəsrik, Qışlaq-i Tarazlı, Qızılaşıq, Təzəkənd-i Anhar, Tezxarab, Vəlindeh-i Ülya, Vəlindeh-i Süfla, Yorğanlı, Zeynalı
Türkmən dehistanı
KƏNDLƏRİ: Alqiyan, Ərəbli, Babarud, Çubtaraş, Dərbərud, Qəribkəndi, Həsənabad, Hisar-i Qapıçı, Hisar-i Türkmən, Dəkəl Sədausima [(IRIB kanalının) teleyayın stansiyası] (IRIB Broadcasting Station), Cəbəlkəndi, Ceyran-i Ülya, Ceyran-i Süfla, Xəncərqışlağı, Xızırabad, Kusəabad, Mirşəkərli, Müqəddəm, Muradəli-i Ülya, Muradəli-i Süfla, Muradkəndi, Nəybin, Nəzərabadqala, Nəzərabad-i İftixar, Orduşahi, Üçevlər, Qaralar-i Ağatağı, Qaralar-i Hacıqasım, Qurttəpə, Saracıq, Sərdrud, Şahinabad, Təbbət, Təkə, Təpə, Təpətürkmən, Tasmalı, Təzəkənd, Tezxarab, Türkmən, Uzuniskəndəri
Ənzəl bəxşi
İnzibati mərkəzi: Quşçu
DEHİSTANLARI
Ənzəl-i Cənubi dehistanı
KƏNDLƏRİ: Əlikan, Bəhlə, Bolarğu, Dilədar, İmamkəndi, Gavlan, Gültəpə, Golanik-i Ülya, Golanik-i Süfla, Hacıbayram, Hamamlar, Cəbəlkəndi, Kəhriz, Kanişurik, Kasıb, Xürrəmabad, Kürə-i Ülya, Kürə-i Süfla, Mahmudan, Makukəndi, Meşik, Nur-ül Dinabad (Nurəddinabad), Pirgöl, Qəhrəman, Qulunçu, Quyucuq, Sənicilik, Padegan-i Şəhid Ab Şənasan [Şəhid Ab Şənasan (hərbi) qarnizonu] (Shahid Ab Shanasan Garrison), Şərifabad, Şirakan, Sultanabad, Təndərək, Zəngabad
Ənzəl-i Şimali dehistanı
KƏNDLƏRİ: Barı, Qurçinqala (Göyərçinqala), Camalabad, Muğatel, Nəcəfabad, Qalğaçı / Qalqaçı, Qarabağ
Nazlı bəxşi
İnzibati mərkəzi: Nuşin / Karxana-i Qənd
DEHİSTANLARI
Nazlıçay dehistanı
KƏNDLƏRİ: Armudağac, Azadigan, Bədilbu, Bəhlulabad, Danşəkədə-i Keşavərzi [(Qərbi Azərbaycan ostanı) Kənd təsərrüfatı departamenti] (Department of Agriculture, West Azerbaijan), Hacıabad, Hisarxaraba, Cənizə, Kəvsi, Xaraba-i Sənci, Kusəəhməd, Nazlı, Qalasərdar, Qala-i İsmayılağa, Qaralar-i Təsuci, Sənci, Tamtaman, Təpik, Təzəkənd, Təzəkənd-i Cənizə, Təzəkənd-i Qatırçı, Yorğanlı-i Cənizə
Nazlı-i Şimali dehistanı
KƏNDLƏRİ: Abacalı-i Ülya, Əlikəndi, Əlibəyli, Əngənə, Ərnisa, Əsgərabad-i Kuh (kuh (farsca) = dağ), Babagəncə, Bağıstan, Başlanbeşli, Çanaqlı, Çer, Çonqaralı-i Pul, Dovıran, Göycəyaran, Hisar-i Babagəncə, Hisar-i Bəhramxan, Heydərli, Heydərli-i Bəylər, Kalvan, Kərimabad, Xalidabad, Xanəgahsürx, Lək, Laləli-i Torab, Lülhəm, Mərəngalı-i Büzürg, Meskin, Naxçıvantəpə, Oxçular, Par, Qaraqız, Qaraqoyunlu, Qaracalı, Qılınclı, Qışlaq-i Şakur, Rəhimabad, Saatlı-i Bəylər, Sarıbəyli-i Çıraq, Şirabad, Təpə-i Babagəncə, Təqlidabad, Təzəkənd-i Babagəncə, Vəqaslı-i Ülya, Vəqaslı-i Süfla, Zadəli, Zonbalan
Talatəpə dehistanı
KƏNDLƏRİ: Abacalı-i Süfla, Adeh, Çamaki, Hisar-i Süpürgən, Xanəşan, Xudaverdixankəndi, Muşabad, Ovsalı-i Allahverdixan, Ovsalı-i Kazım, Süpürgən, Talatəpə, Yengicə, Zirmanlı
Silvanə bəxşi
İnzibati mərkəzi: Silvanə
DEHİSTANLARI
Dəşt dehistanı
KƏNDLƏRİ: Əhmədrəsul, Bərdəsur, Çəmən, Dərbənd, Dərəsənci, Dəzgir, Dövləpasan, Gövcar, Hələfələ, Kəy, Xoşaku, Mirabad, Nuşan-i Ülya, Nuşan-i Süfla, Ovalı, Peşkələ, Pirhadi, Qarayi, Qəsrik, Rajan, Səlimbəy, Sulik, Tuyi, Tuli, Zəngilan, Zerixan
Mərgavar dehistanı
KƏNDLƏRİ: Əleyh, Aversi, Bavan, Berəsb, Berəzan, Best, Bibakran, Çərikabad, Divac, Dovkana, Fələkan, Gəlləbehi, Gərdivan, Gərdik, Gərdiknasir, Gülüstanə, Həftabad, Xələc, Həsənabad, Həşimabad, Kəçalabad, Kəçalə, Kanidəstər, Kanitayir, Kasiyan, Kayir, Keləsi / Kilsə (?), Xurəsb, Lacani, Lorzini, Mamakan, Mansurabad, Mirabad, Mollabəsək, Nari, Nergi, Nuy, Qaranə, Razgəh, Sehgərgan, Şəhrək-i Zeyvə, Şəklabad, Şeyxzərd, Şirakan, Sudinabad, Sulədugal, Surkan, Susanabad, Təzəkənd, Toppuzabad, Carabad, Caraci, Zeyvə
Tərgavar dehistanı
KƏNDLƏRİ: Anbi, Ərzin, Əşki, Avdi, Balovlan, Bani, Bəsrik, Biquz, Dübarə, Dostalan, Gərdəbelic, Həki, Həlulan, Kərimabad, Xanəgah, Kuranə, Kurtəkavil, Mavana, Pesan, Şəhr-i Viran, Şeyban, Şeyxşəmzin, Surbani, Talin, Tibətan, Tovlaki
Sumay-i Bəradost bəxşi
İnzibati mərkəzi: Sirov
DEHİSTANLARI
Bəradost dehistanı
KƏNDLƏRİ: Axyan-i Büzürg, Axyan-i Kiçik, Əsəngəran, Əvdilan-i Ülya, Əvdilan-i Süfla, Bərdəzi-i Ülya, Çarə, Dərbənd, İmamkəndi, İskəndərabad, Firuziyan, Gəngəçin, Gül-i Şeyxan, Günbəd, Gündək-i Molla, Guranabad, Həftsəran, Halaquş, Həngrəvan, İşgəsu, Kanespi, Kanişurik, Kanisi, Xalyan, Xanik, Xoşalan, Kulgani, Kürəneh, Məfəran, Məcrusə, Malunə, Mərgərəş, Məstəkan, Mirdavud, Neyçalan, Ömərabad, Post, Qaraağac, Qarnisə, Qəsrik, Rabat, Rəvənd-i Ülya, Rəvənd-i Süfla, Siyarək, Sufikani, Təzəkənd-i Şeşmal, Zəngəkan
Sumay-i Cənubi dehistanı
KƏNDLƏRİ: Abdibəy, Ağsaqqal, Bərdərəş, Barduk, Bavan, Qaçi, Govdal, Həsənli, Həştiyan, Hovarsin, Calqaran, Cuhni, Cucahi, Kanespi, Kanimiran, Xaraguş, Kuran, Mərnə, Pirancıq, Qəsrik, Sinabad, Sultani, Sufiyan
Sumay-i Şimali dehistanı
KƏNDLƏRİ: Baçacıq, Baraspi, Bərdiyan, Bəstəkabad, Bacergah, Gələxar, Qazan, Qulusuyu, Həsənabad, Catar, Kanirəş, Xanik, Mamakan, Məstəkan, Minqol, Mirabad, Oskandriyan, Quni, Qurmik, Rigabad, Sakan, Seydan, Surmanabad, Yengicə
2006 sa. əsasən 856,914(kişilər:433,976 nəfər — qadınlar:422,938 nəfər) nəfərdir.
Urmiya şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər, həmçinin az sayda ermənilər və assuriyalılar yaşayırlar.
Kürdlər: şəhristan əhalisinin təxminən 15%-nin kürd əsilli insanlardan ibarət olduğu təxmin edilir.
Herki tayfası: Silvanə bəxşinin Dəşt, Tərgavar və Mərgavar dehistanlarında məskunlaşmışdır.